Icma.az
close
up
RU
Mangalda Sağlamlıq Təhlükəsi: Bu Ət Zəhər Saça Bilər! Bu ət Zəhər SAÇA BİLƏR!

Mangalda Sağlamlıq Təhlükəsi: Bu Ət Zəhər Saça Bilər! Bu ət Zəhər SAÇA BİLƏR!

Icma.az bildirir, News24 saytına əsaslanaraq.

Yay mövsümünün sevilən ənənələrindən biri olan manqal, hər kəs üçün xoş anlar bəxş etsə də, bəzi yanlış vərdişlər sağlamlıq baxımından ciddi risklər yarada bilər. Almaniyanın Federal Qidalanma Mərkəzi (BZfE), manqal zamanı tez-tez edilən səhvlərə diqqət çəkərək, sadə qorunma yollarını ictimaiyyətlə bölüşüb.

News24.az xəbər verir ki, Mütəxəssislər xüsusilə emal olunmuş ət məhsulları ilə bağlı xəbərdarlıq edir. Salam, sosis, sucuq kimi hisə verilmiş və ya duzlanmış məhsullar yüksək istilikdə bişirildikdə təhlükəli hala gəlir. BZfE-nin məlumatına görə, bu məhsulların tərkibindəki duzlama maddələrində (nitrit) olan birləşmələr, ətin zülalları ilə reaksiya verərək kanserogen sayılan "nitrozamin" adlı maddələrin yaranmasına səbəb olur. Bu səbəbdən bu cür məhsulların manqalda bişirilməsi qətiyyən tövsiyə edilmir.

Ətdən və ya souslardan közün üstünə damlayan maye, göyümtül tüstünün yaranmasına səbəb olur. Bu tüstü tərkibində polisiklik aromatik karbohidrogenlər (PAH) kimi zərərli maddələr saxlayır. Bu maddələr tüstü vasitəsilə qidanın üzərinə çökərək orqanizmə keçə bilər.

Bu riski azaltmaq üçün, marinad edilmiş ətlərin birbaşa manqal üzərində deyil, xüsusi hazırlanmış paslanmayan polad və ya alüminium ızgara qablarında bişirilməsi tövsiyə olunur.

Alüminium manqal tepsiləri çox istifadə olunsa da, həmişə təhlükəsiz sayılmır. Xüsusilə duzlu və turşulu (pomidor, limon, qatıq əsaslı) souslar, yüksək istilik və uzunmüddətli təmas zamanı alüminiumun tərkibini pozaraq zərərli metal birləşmələrin qidaya keçməsinə səbəb ola bilər. Bu baxımdan, duzlama və ədviyyatlama əməliyyatlarının bişirməyə yaxın zamanda aparılması, turşulu qidaların isə alüminium qabda qızdırılmaması tövsiyə edilir. Ən yaxşı alternativ isə təkrar istifadə oluna bilən, istiliyədavamlı paslanmaz polad qabların seçilməsidir.

Manqal zamanı təzə otlar və ədviyyatların bişirmənin son mərhələsində əlavə olunması da vacibdir. Çünki yüksək və birbaşa istilik bu maddələrin tez yanmasına, acı dad verməsinə və zərərli maddələrin yaranmasına səbəb ola bilər.

Əgər bu yay manqal edirsinizsə, istifadə etdiyiniz ətin növünə, pişirmə üsuluna və istifadə etdiyiniz alətlərə diqqət edin. Kiçik ehtiyat tədbirləri ilə həm dadlı, həm də sağlam bir manqal təcrübəsi yaşamaq mümkündür.

Xeyrənsə Piriyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://news24.az
archiveBu xəbər 18 İyul 2025 20:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri