Icma.az
close
up
RU
Samir Abasov: İstəmirəm futbolda VAR olsun

Samir Abasov: İstəmirəm futbolda VAR olsun

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

"Qol buraxdıq, amma qol vura bilmədik. Fürsətlərdən istifadə etmək alınmadı. Hücumçularımız “dişsiz” idilər, epizodlarda baş çıxara bilmədilər. Ələlxüsus da Ağadadaş Salyanski. Ona görə də uduzduq".

İdman.biz xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov "Kəpəz"lə matçından sonra keçirilmiş mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis Misli Premyer Liqasının 25-ci turunda səfərdə qeydə alınan 0:1 hesablı məğlubiyyəti şərh edib: "Bizim üçün motivasiya udmaqdır. Oyuna yaxşı başladıq, epizodlar əldə etdik. Son verilən qərarlar, keyfiyyət baxımından axsıyırıq. Bütün matçlar önəmlidir, daha da önə getmək baxımından deyirəm. Bu oyunu uduzduq, səhvlərimizdən dərs çıxarmalıyıq. Epizod hardan başladı, necə oldu, ona baxmaq lazımdır. Bilmirəm, epizodu xatırlayıram, ya yox. Ağadadaş Salyanskidə yaxşı şans var idi, amma başını çəkdi. Bu da suallar yaradır ki, niyə belə şey etdi? Videoyaya baxandan sonra nələrsə deyəcəm. Deyəsən, o epizoddan sonra qapımızda qol gördük. Onun ardı idi, ya yox, dəqiq xatırlamıram".

Samir Abasov növbəti dəfə VAR sistemi ilə bağlı fikirlərini bildirib: "Şəxsi fikrimdir. Futboldan VAR-ı rədd eləmək lazımdır demişdim. İnsanlar qol vurur, sonra sayılmır. Bildiyim qədərilə, İsveç VAR sistemini aradan götürüb. Şəxsi fikrimdir. İstəmirəm futbolda VAR olsun. Heç istəmirəm ki, futbol texnologiyalara bağlı olsun. Azərbaycanda da istəmirəm. Ona görə cəza verilməlidir? Bəs nə haqda danışaq? Əksinə, fikirləşirdim ki, “Neftçi”nin baş məşqçisi buna toxunursa, fikri ajiotaja yaradırsa... Haqlı olaraq orada qırmızı vərəqə olduğunu düşünmürdüm. Qaydalar nə deyir? Bunları kənara qoyduq. Fikirləşirdim ki, özləri də baxarlar, başa düşərlər və maksimum bir oyun edərlər. Sambu yoxdur, onun da altından çıxacağıq. Sırf mən dedim deyə, 2 oyun edirlərsə, hara gedib çıxacaq vəziyyət? İntizam Komitəsinin mənimlə prinsipi, qərəzi var?".

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 05 Mart 2025 19:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see494

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see381

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see331

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see304

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see273

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see270

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see267

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see248

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see232

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see221

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see219

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see214

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see213

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see212

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see211

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see210

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see206

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see199

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see180

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri