Icma.az
close
up
RU
“Baxdığımız, danışdığımız oyunçular var” Samir Abasov

“Baxdığımız, danışdığımız oyunçular var” Samir Abasov

Idmanxeber.az saytına istinadən Icma.az xəbər verir.

Misli Premyer Liqasında 36-cı – son turun matçları çərçivəsində “Neftçi” səfərdə “Sabah”a 0:1 hesabı ilə məğlub olub.

İdmanxeber.az xəbər verir ki, matçdan sonra “Neftçi”nin baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırıb:

– Fiziki, mental durumu yəqin ki, yoluna qoymaq olar. Amma düşünmək olar ki, yayda ən çətin işiniz seleksiya işi olacaq?

– Bəli, seleksiya işidir. Bu işlərə çoxdan start vermişik. Bu yolda da komanda olaraq məşqçi olaraq, bu işdə çalışanlar olaraq bu nə qədər açıqlanmasa da, yaxşı yol seçmişik. Seçimlərdə çalışırıq ki, diqqətli olaq. Buna çox güc sərf edirik. Baxdığımız, danışdığımız oyunçular var. O işə daha çox köklənmişəm. Son illərdə problemlər yaşamışıq seleksiya ilə bağlı, bunu aradan qaldırmağa çalışacağıq. Çox çətin period bizi gözləyir. Amma bu vaxta kimi də gördüyümüz işlər açıqlanmasa da, yaxşı iş görmüşük. Təki nəticəsi olsun.

– Gücləndirmək istədiyiniz mövqe arasında qapı xətti var?

– Mövqeləri açıqlamayacağıq. Transferlər olanda, görəcəksiz. Bu oyunçular klub tərəfdən açıqlana da bilər. Transferləri 1-2 aydan sonra da gətirə bilərik. Bir neçə mövqeyimiz var.

– Birinci hissədə epizod var idi, Namik Ələsgərov Emin Mahmudovun ayağına girir və qırmızı vərəqəyə oxşayır. Keçən dəfə demişdiz ki, lazım olan şəxslər yumruğu stola vursun. O yumruq vurulmasa, yeni sezon “Neftçi” daha çox çətinlik çəkcəcək?

– Hansısa referini, referiləri bizə qarşı hansısa komandaya qarşı qərəzli iş gördüyünü ağlımızdan keçirmirik. Səhvlər var. Nəticələrə də təsir edir. Siz deyən epizodu görməmişəm. Biz o qədər nəticələrə köklənmişdik ki, siz deyən məsələni prioritet tutmadıq. Amma bu da bizim üçün önəmli olacaq. Azarkeşin qarşısında rahat danışmaq üçün nəticəni, oyunumuzu düzəltməliyik ki, sonra ətrafda baş verən proseslərə köklənək. Bizə yaraşmayan mövsüm oldu. Katastroya yaxın bir şey oldu. Bunları masaya otuzdurub, danışa bilmərik. Dilimiz qısadır. Qərəzsiz olduğuna əmin olduğumdan səhvlər aradan qalxacaq.

– Düşünürsüz ki, elə bu heyətlə getməmək yaxşıdır, yayda oturub köklü islahatlar aparasız? Hər halda, avrokuboklara getsəydiz, oyunçuları yola salmaq, yeni heyət qurmaq zaman alacaqdı. Avrokuboklar da gözləmir…

-Futbol baxımından elədir. İşlədiyimiz klub bizim istəklərimizi üstələyir. Azarkeşin istədiyi şeylər var. Biz avrokuboklarda oynamalıyıq. Həmina avrokuboklarda oynaya-oynaya işimizi düzgün görməliyik. Bir neçə il avrokuboka getməyək, alınmayacaq bu klubda. (sportal.az)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 24 May 2025 22:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see325

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see319

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see304

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see299

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see298

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see297

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see294

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see286

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see286

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see275

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see271

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see264

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see254

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see250

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see247

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see241

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see240

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see236

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see235

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri