Icma.az
close
up
RU
Samir Abasov: Nələrisə dəyişə bilmirdik

Samir Abasov: Nələrisə dəyişə bilmirdik

sport24.az saytına istinadən Icma.az xəbər verir.

"Neftçi" Azərbaycan Premyer Liqasının XX turunda səfərdə "Araz-Naxçıvan"a 1:2 hesabı ilə uduzub. Sport24.az-ın məlumatına görə, "ağ-qaralar"ın baş məşqçisi Samir Abasov matçdan sonra jurnalistlərin suallarını cavanlandırıb. 

- Birinci hissədə nə baş verdi ki, 4 əvəzetmə birdən etdiz?

- Tamamilə narazı qaldım. Birinci hissədə heyəti quranda fikirlərimiz o idi ki, hücum etməkdə sıxıntı var. Hücum yaratmaqda problemlərimiz var. Kreativ nələrsə etmək bacarısızlıq deyim, nə deyim bilmirəm. Bu problemlər üzə çıxdı. Onsuz da var idi. Fikirləşdik ki, Murad kreativdir, Ramil Şeydayev də sol cinahda oynasın. Əfsuslar olsun ki, sönük oyun getdi. Nə biz istədiyimizi etdik, nə verilən tapşırıqları yerinə yetirirdilər. Birinci hissədə qapıya zərbəsiz çıxdıq. Bu da narazı qaldığımız məqamlıardır. İkinci hissədə bunları dəyişməyə çalışdıq. Daha çox hücum etmək tapşırığı verdik. Alındı. Epizodlar da oldu. Amma qollar olmadı. Robert Bauer durduğu yerdə topu kornerə çıxardı. Bu cür təcrübəli oyunçular belə şeylər edir. Standart vəziyyətdən qol buraxdıq. Nələrisə dəyişə bilmirdik. Ümidimiz ikinci hissədəki dəyişikliyə qalmışdı. İmkan olsa idi, 5-ci dəyişikliyi də edərdik. Problemlərimiz, çətinliklərimiz var. Nədən irəli gəldiyini bilirəm. Amma çözməkdə çətinlik çəkirik. Vaxtımız var. Pəncərənin bağlanmağına vaxtımız var. Ümid edirəm ki, danışdığımız oyunçuları gətirərik, bəlkə nələrisə dəyşərik. Kubok oyunumuz var. Çox önəmlidir. Ona hazırlaşacağıq. Tam gücümüzü kuboka verərək, orada nələrsə etməyə çalışacağıq. Rəqibi təbrik edirəm.

- Yeddi yerli futbolçu ilə oyuna çıxdız. Legionerlərə üsyan edirdiz? Onları yayda vaqonla geri qaytaracaqsız?

- Vaqonla, "samalyot"la geri qaytarılacaq, yayda baxacağıq. Üsyan deyildi. Sadəcə bu gün bu idi durum. Əlimizdəki olan heyəti məşqlərə görə qururuq. Görmək istədiyim oyun stili var. Əlimizdə olan oyunçularla oynamalıyıq. Üsyan deyil. Gələn dəfə 11 yerli olacaqsa, bunu normal qarşılamağınızı istəyərdim. Sadəcə fikir idi, etdik.

- Üç mərkəz yarımmüdafiəçisinin heç biri pleymeker deyil. Komandada 10 nömrə yoxdur?

- 10 nömrə funksiyasında Filip Ozobiç var. Bu gün sırf 10 nömrə yox, sırf hücumda olan 3 oyunçu fikri ilə oynadıq. Sırf bütün gücü öndə edən, 3 dayaq yarımmüdafiəçisinə Emin Mahmudov da qoşulmalı idi. Başqa cür hücum qura bilmirik. Murad Məmmədov oyundan qopdu, Ramil Şeydayev də arxaya oynamağa başladı. Məşqlərdə etdiyimizin əksini gördük. Ona görə 4 dəyişiklik etdik. Ozobiç də xeyirli futbolçudur, yoxdan qol yaratdı. Onun da gücü yetən qədər dəqiqələr var. Reallıqlar var. Mən gələndə zədələr var idi, xronikidi ya, yox bilmirəm.

Sanki "Neftçi" futbolçularında olmalı olan istək, aqressiya Ürfan Abbasovda idi. İstəyərdiz ki, onda olan istək sizin futbolçularda olsun?

- Bundan xoş heç nə ola bilməz. Biz də istəyərdik ki, futbolçularımız istəkli olsunlar. Amma sözün açığı, bu istək "Neftçi" ilə oyunda bütün rəqiblərdə, rəqib futbolçuların hamısında var. Keçən oyunda fikirləşdim ki, "Sabah" bizimlə matçda istəkli idi, pis oynamadı. Düşündüm ki, "Sumqayıt"a qarşı da belə olacaq, qalib gələcək. Amma birinci hissə başlayanda görürsən ki, sənə qarşı oynayan rəqib dyeil sanki. Bu dəfələrlə olub. Keçən dəfə "Kəpəz"in özü...Biz onları 2:1 udduq, amma epizodlar qaçırdılar.. Yenə "Sumqayıt" deyəcəm. Amma deməliyəm, onlarla görüşdə 0:0 oynadılar. Ürfanın istəyi, digər komandaların futbolçularında da var. Bu da "Neftçi"dən irəli gələn məsələdir. İstəyərdim komandamda bu cür şeylər olsun. İşimiz də elə odur ki, bu cür komanda yaradaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://sport24.az
archiveBu xəbər 26 Yanvar 2025 18:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see372

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see356

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see346

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see321

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see309

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see306

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see281

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see276

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see269

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see264

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see248

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see242

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see242

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see240

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see236

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see234

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see229

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see227

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see218

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri