Icma.az
close
up
RU
Samir Abasov: “Oyun intizamını düzəltmək lazımdır”

Samir Abasov: “Oyun intizamını düzəltmək lazımdır”

Apasport saytına istinadən Icma.az xəbər verir.

Misli Premyer Liqasının XIX turunun “Neftçi” – “Sabah” matçından (1:1) sonra ev sahiblərinin baş məşqçisi Samir Abasov mətbuat konfransı keçirilib.

- Matçın sonlarına yaxın sanki siz başqa şey fikirləşirdiz, futbolçular bununla razı deyildi. Qazanılacaq bir xalı itirməkdən qorxdular və risk etmədilər.
-Meydana qələbə üçün çıxmışdıq. Çox ümidli və motivasiyalı idik. Qəbələ toplanışında öz kanalımıza müsahibəmdə toplanışın möhtəşəm keçdiyini demişdim. Bu gün uduzsaydıq, nə deyəcəyimi bilmirdim. Qol buraxıb, qol vurursansa, ruhlanırsan. Biz kənardan nə qədər istəsək də, futbolçuların fiziki durumu, yorğunluğu var. Deməzdim ki, istəmədilər və bir xal üçün oynayırdılar. Qorxu bəzi futbolçularda ola bilər. Bu da xal itirməklə bağlıdır. Yaxşı, maraqlı oyun oldu. Qol çox olmadı, epizodlar da həmçinin. Bəlkə kiməsə bu baxımdan maraqsız gələ bilər. Amma futbolçulara təşəkkür edirəm. İşimiz elə çoxdur ki. Oyun intizamını düzəltmək lazımdır. Psixoloji məqamlar da var. "Neftçi" adına çox hücum etməliyik. Əhatəsi böyük məsələdir. Bunlar bir günlə düzəlməyəcək. Oyunçularıma bu oyundakı intizama görə təşəkkür edirəm. Kim hara düşmək lazım idi, onu düzgün etdilər. Biz rəqibə çox epizod vermədik. Dörd qol buraxdığımız oyunlar var idi. Hücumlarda daha da kəsərli olmalıyıq. O da pis sezilən tərəf idi. Aradan qaldıracağıq. Uzunmüddətli iş görməliyik ki, hamısı düzəlsin. Tempə futbolçular dözsün, diqtə edən tərəf biz olaq. Bu tempə dözmək üçün hər şey yerində olmalıdır. Problemlərimiz var, aradan qaldıracağıq. Vaxt lazımdır.

- Onları daha tez aradan qaldırmaq üçün yoxlama görüşü köməyinizə  gəlmədi?
- 18 oyuna problem aradan qalxmayıbsa, yoldaşlıq görüşü ilə aradan qalxan deyil. Bu haqda danışmışıq. Hər şeyi o toplanışa bağlayırıqsa, tam razıyam. Meydanda işlədikıərimizi gördük. Yoldaşlıq görüşləri ilə hər şey düzələn deyil. Düzələcək, inanram.
Azarkeşlərin daha iddialı "Neftçi" görməsi üçün.
- Dedim axı, martın 22-i. 
- Gerçəyə baxaq. Rəhbərliyə demisiz?
- Bu qədər vaxt lazım olduğunu deməmişəm. Bu klubda futbolu tək anlayan mən deyiləm. Mən deyən düzdür deyə, bir şey yoxdur. Rəhbərlik də hər şeyi yaxşı başa düşür. Biz də başa düşməliyik ki,onlar hər zamna yaxşısını gətirib. Onlar da daha yaxşı "Neftçi" olmasına çalışır. Onlar da, mən də istəyirəm. Mənim futbolçularımı yerdən-yerə vururlar. Bu futbolçu filan şeydir, bu futbolçu oynaya bilmir. Onlar oynaya bilmirsə, dominant futbolu necə oynayaq? Dominant futbol oynamaq üçün uzun proses keçməlisən. Kökə bağlanır. İlin əvvəlindən qurduğun işə bağlanır. Ayaqda durmağı bacarmalısan və komanda, məşqçi işi ortada olmalıdır. Sizin gözünüzdən qaçan şeylər var ki, mən də razıyam, daha çox şey tələb edirik. Amma tələb edəndə düşünürəm ki, o futbolçu bunu edə bilər? Bizdən yuxarıda gedən komandalar. “Qarabağ"ı çıxaq. Orada artıq sistemdir. Digər komandalar bir-biri ilə oynayanda, hansı dominantdır? Bəlkə dominant anladığım məsələ başqadır, sual verənlərin anladığı dominant başqa. Mən anladığım dominant futbol bir günlə düzələn bir şey deyil. Onun üçün kölün olmalıdır, ayaqda duran komanda olmalısan. Rəqib artıq bilməlidir ki, bu sənin oyunundur. İki-üç aylıq məşqçi dəyişikliyi ilə düzələsi bir şey deyil.

“Forza Neftçi” qələbənin 20 illiyini belə qeyd etdi - foto Qərb derbisində qalmaqal - video "Turan Tovuz" "Kəpəz"dən "5" aldı - YENİLƏNİB Santuşu təəccübləndirən “Sumqayıt”ın gənc futbolçusu - VİDEO "Baku Fire" iki braziliyalı futzalçı ilə anlaşıb
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://apasport.az
archiveBu xəbər 19 Yanvar 2025 21:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şimali Makedoniyada Qərbi Nil virusundan 4 nəfər ölüb

19 Avqust 2026 01:53see342

İranın, ABŞ və İngiltərənin hərbi obyektlərini hədəf alması real görünür Şərh

19 Avqust 2026 16:56see305

Müşfiq Ələsgərli: “Azərbaycanın geosiyasi əhəmiyyətinin artması Rusiyadakı mərkəzləri narahat edir”

19 Avqust 2026 01:51see301

Çində 5,9 bal gücündə zəlzələ baş verib

19 Avqust 2026 02:23see296

Azərbaycan əleyhinə danışan şəxs Rusiyada vəzifədən qovuldu

19 Avqust 2026 03:06see268

Mustafa Abbasbəyli nazirlikdə yeni vəzifəyə TƏYİN EDİLDİ

19 Avqust 2026 01:35see247

“Prezidentin verdiyi mesajlar regionumuzun gələcəyi baxımından böyük önəm kəsb edir” ŞƏRH

18 Avqust 2026 15:52see237

İnstagram da 1,4 milyon izləyicisi olan azərbaycanlı qız (VİDEO)

19 Avqust 2026 04:49see235

Xaricdə həyat qurmaq üçün ən yaxşı 10 ölkə Siyahı açıqlandı gecə

19 Avqust 2026 05:06see234

Cəmi iki dəqiqəyə əmanət təminatlı kredit!

19 Avqust 2026 10:01see204

Venesuelanın gündəlik neft hasilatının təxminən yarısının ABŞ yə ixrac edildiyi açıqlanıb

19 Avqust 2026 04:53see181

FFF İnfantinoya “yox” deyəcək

19 Avqust 2026 00:26see180

Tramp İranla Hörmüz boğazı üzrə hazırlanan razılaşmaya görə Omana hədə qorxu gəlib

19 Avqust 2026 02:34see178

Çətin anda uzanan yardım əli...

19 Avqust 2026 10:05see171

17 il sonra ekranlara qayıdır Rekord qonorar alacaq

19 Avqust 2026 06:20see170

Bakıda 30 küçədə təmir işləri BİTDİ

18 Avqust 2026 19:15see168

Rusiyada DƏHŞƏT: Ayı turist qızı çadırdan çıxarıb meşəyə apardı FOTO

19 Avqust 2026 09:57see167

Evdən çıxmadan çekap müayinəsi nə dərəcədə etibarlıdır? Həkim AÇIQLADI

19 Avqust 2026 20:00see160

Sabah la Bakıdakı matçda yaxşı oyun göstərmək istəyirik

20 Avqust 2026 01:46see152

Cingiz Qənizadə təsdiqlədi: “David Seliverstov”la tədbirdə iştirak etmişəm”

18 Avqust 2026 15:10see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri