Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Samir Abasov özünü məşqçi kimi göstərməlidi, şoumen kimi yox rəy

Samir Abasov özünü məşqçi kimi göstərməlidi, şoumen kimi yox rəy

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son həftələrdə ölkə futbolunda , dəqiq desək, premyer-liqada öyrəşmədiyimiz tendensiya yaranıb.

Belə ki, media nümayəndələriylə baş məşqçilər arasında aparılan müzakirələr gündəm yaradır. Xüsusilə mövsümün ikinci yarısında rast gəlməyə başladığımız hallar indiyə qədər əsasən Vaqif Cavadov, Qurban Qurban Qurbanov və Samir Abasovun mətbuat konfranslarında yaşanıb. Hər üç baş məşqçi gah verilən suallara həddindən artıq emosional reaksiya göstərib, gah da jurnalistlərin çalışdığı media orqanları və sosial şəbəkə hesabları vasitəsilə ictimaiyyətə çatdırdığı fikirləri qınayıb. O başqa məsələ ki, bu yöndə ən sərt mövqe sərgiləyən “Neftçi”nin çalışdırıcısıdı.
Bəs, jurnalistlərlə baş məşqçilər arasında yaşanan xoşagəlməz halların artmasının səbəbi nədi? Tərəflər belə hadisələrin baş verməməsi üçün hansı məqamlara daha diqqətlə yanaşmalıdı?
Bu suallarla təcrübəli həmkarımız, "Futbolinfo.az” saytının baş redaktoru Vüsal Mahmudova müraciət etdik:

“Düzü, mətbuat konfransında belə qalmaqalların yaşanmasını heç də pis qarşılamıram. Əksinə, daha maraqlı olur. Sadəcə, hər iki tərəf öz səviyyəsini gözləməli, uyğunsuz ifadələr işlətməməlidi. Təəssüf ki, bəzi hallarda həm media nümayəndələri, həm də baş məşqçilər etik qaydalara riayət etmir. Belə qalmalların olması mümkündü. Onsuz da burda hər iki tərəf eyni statusda olmur. Jurnalist hücum, baş məşqçi işini, özünü və komandasını müdafiə edən şəxs olur. Belə hadisələrə dünya təcrübəsində də rast gəlinir. Əslində bu halların yaşanmaması daha pis hadisələrlə nəticələnə bilər. Bəzən bu məsələlərdə aşırı reaksiya göstərənlər də olur. Məsələn, Samir Abbasov... O, son bir neçə mətbuat konfransında eyni açıqlamalar verməklə məşğuldu. Media nümayəndələrinin hansısa məqsədinin olduğunu, sualların nə üçün verildiyini bildiyini deyir. Düzdü, bu ifadəni Samir bəyə aid etmək istəmirəm. Məqsədim onu xain adlandırmaq deyil. Amma söz var ki, xain xoflu olar. Bunu sözgəlişi deyirəm. Bəlli məsələdi ki, kim nə edibsə, qarşısındakı adamın da həmin şeyi etdiyini düşünür. Samir Abasov “Sumqayıt”dan “Neftçi”yə necə, kimlərin vasitəsilə gəldi? İndi kimləri müdafiə edir? Bu məsələlərin hamısı qaranlıq qalıb. Bunun arxasında nəsə gizlənir. Ona görə həmişə kimisə suçlayır, hansısa məqsədinin olduğunu deyir. Ümumiyyətlə, insan özü necədisə, qarşısındakı şəxsi də elə görür. Kaş ki, bu yöndə daha sivil danışmaq mümkün olaydı. Məsələn, “Sumqayıt”ın baş məşqçisi Vaqif Cavadov da eyni səhvi etdi. Lakin bir-iki turdan sonra anladı ki, mətbuatla belə danışmaq olmaz və səhvini düzəltdi. Ümid edirəm ki, Samir Abasov da səhvini düzəldəcək. Sanki o, “Neftçi”nin uğursuz nəticələrini şou tipli açıqlamalarla ört-basdır etməyə çalışır. Gah “martın 22-si düzələcək” açıqlamasıyla gündəm yaradır, gah da belə... Nəticədə “Neftçi”nin oyunu yaddan çıxır. Samir Abasova sonuncu mətbuat konfransında istefa verməsiylə bağlı ünvanlanan sual normal idi. Həqiqətən də, ölkənin ən yaxşı büdcəyə malik klubunun bu vəziyyətdə olması heç də yaxşı hal deyil. Belədə ona, təbii ki, belə suallar verilməlidi. Sadəcə, baş məşqçi komandanın uğursuzluğunu öz şoularıyla unutdurur. Əlbəttə, onun da bəzi sözlərində haqq var. Baş məşqçiyə vaxt verilməsinin vacibliyindən xəbərdarıqsa, o da belə mütəxəssislərdən biridi. Sadəcə, Samir Abasov bu müddət ərzində özünü məşqçi kimi göstərməlidi, şoumen kimi yox. Hələ ki meydanda onun formalaşdırmaq istədiyi komandanın işartıları görünmür. Mənə elə gəlir ki, bunun üçün çox böyük vaxtı da olmayacaq. Bu mövsüm yalnız ölkə kubokunun finalına yüksəlməklə nəsə qazana bilər. Növbəti “futbol ili”ndə isə ilk turlardan etibarən iddiasını ortaya qoymalıdı. Təbii ki, media nümayəndələriylə baş məşqçilər arasındakı münasibətlər zamanla yoluna düşəcək. Lakin Samir Abasov danışıqlarına diqqət etməli, klub da bunu ondan tələb etməlidi. Hər halda, nə yaxşı ki, belə qalmaqallar var”.


KƏNAN BAHADIR
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:193
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 31 Mart 2025 23:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see375

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see299

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see282

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see258

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see257

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see242

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see239

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see233

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see226

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see225

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see211

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see210

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see206

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see204

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see203

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see198

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see195

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see191

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see185

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri