Samir Abasov: “Ümidimizi Lixtenşteynlə oyuna bağlamışıq”
Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.
“Millidən yalnız qələbə gözləyirəm. Başqa cür ola bilməz. Əgər qalib gələ bilməsək, artıq millidən və futboldan danışmağa dəyməz”.
Bu barədə “Neftçi” futbol klubunun sabiq baş məşqçisi Samir Abasov deyib.
Təcrübəli mütəxəssis UEFA Millətlər Liqası çərçivəsində keçiriləcək Lixtenşteyn - Azərbaycan qarşılaşması ilə bağlı gözləntilərini bölüşüb.
“Bundan sonra ümidimizi klublara bağlamalı olacağıq. Qələbə qazana bilməsək, bunun məsuliyyətini yalnız baş məşqçi Ayxan Abbasovun üzərinə qoymaq düzgün olmaz. Bu barədə futbolçular da düşünməlidirlər. Görün, nə günə qalmışıq ki, artıq ümidimiz Lixtenşteynlə görüşə qalıb. Olan olub, keçən keçib. Əgər bu, bizim alın yazımızdırsa, qəbul etməliyik. Belə qarşılaşmalarda qalib gəlib seviniriksə, heç olmasa, bu dəfə də qələbə qazanaq. Elə futbolçular var ki, yəqin, heç ağıllarına da gəlməzdi ki, nə vaxtsa millidə çıxış edəcəklər. Ayxan Abbasov onlara bu imkanı verib. Onlar da yaradılan şansdan maksimum yararlanmalı, özlərini göstərməli və milli komandaya layiq olduqlarını sübut etməlidirlər”, - deyə o sport24.az-a açıqlamasında söyləyib.
Xatırladaq ki, bu gün Vaduts şəhərində keçiriləcək Lixtenşteyn - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.
Baxış sayı:88
Bu xəbər 13 Noyabr 2026 17:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















