Samir Əliyev: Hər iki komandanın oyun üslublarının bir birinə oxşadığını...
Icma.az bildirir, sport24.az portalına istinadən.
"İlk öncə ölkəmizi avrokuboklarda təmsil edəcək bütün komandalara uğurlar arzulayıram". Bu sözləri Sport24.az-a açıqlamasında U-21-in sabiq baş məşqçisi Samir Əliyev deyib.
Əliyev Çempionlar Liqasının II təsnifat mərhələsində rəqibi ola biləcək "Şelburn" (İrlandiya) və"Linfild"in (Şimali İrlandiya) oyun üslublarının bir-birinə bənzədiyini bildirib.
"Qarabağ"a gəldikdə isə fərq eləməz rəqib "Şelburn" və ya "Linfild" olsun. Ətraflı məlumatım olmasa da, hər iki komandanın oyun üslublarının bir-birinə oxşadığını söyləmək mümkündür. Hər-halda "Qarabağ"ın məşqçilər korpusu hər iki komandanı yaxından təhlil edəcək. Ağdamlıların avrokuboklardakı təcrübəsini nəzərə alsaq, hər iki komanda qarşısında favoritdir. İnanıram ki, Qurban Qurbanovun komandası statusunu doğruldub, mərhələ adlayacaq".
Qeyd edək ki, II təsnifat mərhələsinin ilk görüşü iyulun 22-23-də, cavab qarşılaşması 29-30-da baş tutacaq. Ağdam təmsilçisi ilk matçını səfərdə keçirəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 19 İyun 2025 13:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















