Icma.az
close
up
RU
Samir Musayev: “Neftçi” daxildəki problemləri həll etməlidir” MÜSAHİBƏ

Samir Musayev: “Neftçi” daxildəki problemləri həll etməlidir” MÜSAHİBƏ

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Qarabağ"ın veteran futbolçusu Samir Musayevin İdman.biz-ə müsahibəsi

- Azərbaycan kubokunda yarımfinal mərhələsinə yekun vuruldu. “Qarabağ” və "Sabah" artıq finaldadır. Dünən baş tutan matçları necə dəyərləndirirsiniz?

- “Qarabağ” – “Araz-Naxçıvan” oyunun nəticəsində təəccüblənəcək bir şey yoxdur. İlk oyunda Ağdam təmsilçisinin məğlub olmasına baxmayaraq, yenə də kimdən soruşsaydın, onların finala keçəcəyini deyərdi. Belə də oldu. “Sabah” – “Neftçi” qarşılaşmasında isə vəziyyət bir qədər fərqli idi. Aşağı-yuxarı eyni səviyyədə komanda olduqlarına görə, hər an hər şey gözləmək olardı. Kimdə istək daha çox olsaydı, o da qalib gələcəkdi. Ancaq öncədən də düşünürdüm ki, “Sabah” ilk oyunda qazandığı nəticəni çətin əldən verə.

- “Qarabağ” - “Araz-Naxçıvan” matçında verilməyən penalti. Bu qərarın ədalətsiz olduğunu iddia edənlar var. Siz bu haqda nə düşünürsünüz?

- O penalti verilsə belə yenə də nəticə dəyişməyəcəkdi. Yenə də “Qarabağ” dörd qol vurub keçəcəkdi. Əgər biz hakimə inanmırıqsa, VAR sistemi var. Əgər VAR da penalti göstərmirsə, demək ki, yoxdur. İnanın, “Qarabağ”ın əleyhinə penalti təyin olunsaydı, millətin yarısı deyəcəkdi ki, yox idi. İstənilən halda, hakimin qərarına hörmətlə yanaşmalıyıq.

- Samir Abasovu istefaya səsləyənlərə qoşulursunuz?

- Mən həmişə demişəm və yenə deyirəm, məşqçi birillik təyin olunmamalıdır. Bunun ən real nümunəsi “Qarabağ” və Qurban Qrubanovdur. Heç bir məşqçi bir ilə heç nə qazana bilməz, bu, mümkün deyil. Klublarımız bu yanaşmanı dəyişməlidir. Məşqçi gəldi, nəticə vermədi, üç aydan sonra getsin. Belə bir şey olmur. Mütəxəssisə öz işini göstərmək üçün zaman lazımdır. Dünya futbolunda üç aydan bir məşqçi dəyişmir, bu, yalnız Azərbaycandadır. “Neftçi” bir ildə səkkiz məşqçi dəyişir. Bununla nəticə əldə etmək olmaz. Fikrimcə, Samir Abasova iki-üç il vaxt verilməli, ona yaşıl işıq yandırılmalıdır ki, öz heyətini formalaşdıra bilsin.

- Samir Abasov oyundan sonra təşkil edilən mətbuat konfransında da heyət məsələsini xüsusi olaraq vurğuladı. Sizcə, bu amil onun üçün qalxandır, yoxsa məğlubiyyətin əsas səbəbi?

- Mən onların daxili işlərinə qarışmaq istəmirəm. Ancaq bunu mütləq deməliyəm. Samir komandaya gələndə heyətdə kimlərin olacağını bilirdi, belə olan halda niyə əvvəlcədən razılaşırdı? Məsələnin bu tərəfini də demək lazımdır. Məşqçi gələndə ya heyətini qurmalıdır, ya da əlindəki heyətə görə futbol oynatmalıdır. Hər məşqçi öz oyun üslubuna uyğun heyət formalaşdırır.

- “Neftçi” artıq ikinci ildir ki, avrokuboklardan uzaq düşür. Sizcə, bu, komanda üçün adiləşə bilər?

- İnanmıram ki, bu cür davam edə. “Neftçi” ölkənin flaqmanı sayılır, köklü komandalarımızdan biridir. Əvvəlcə klub daxilindəki problemləri həll etməlidir. Belə olan halda yenə yüksək yerlər uğrunda mübarizə apara biləcəklər. Lakin nə qədər ki, bu çempionatda “Qarabağ” var, “Neftçi” də daxil olmaqla bütün komandalar sonrakı yerlər uğrunda mübarizə aparacaq.

- Necə düşünürsünüz, kubokun sahibi hansı komanda olacaq?

- “Qarabağ” həm çempionatda, həm də avrokuboklarda oynadığı dövrdə belə ölkə çempionatında rəqibi yox idi. Düşünün ki, indi komanda çempionluğunu həll edib, bütün gücünü kuboka qoyacaq. Sizcə, belə olan halda hansı nəticəni gözləmək olar? Çempionat başlayanda əvvəlcədən birinciliyi “Qarabağ”a vermək lazımdır ki, digər komandalar ikinci və üçüncü yerlər uğrunda mübarizə aparsınlar. Onsuz da sonda “Qarabağ” çempion olacaq. Məncə, bu il də “Qızıl dubl” edəcəklər.

Aytac Sahəd
İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 24 Aprel 2025 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see356

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see325

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see316

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see316

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see301

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see287

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see283

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see266

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see257

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see248

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see247

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see238

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see228

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see221

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see211

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see198

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see192

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see191

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see183

Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır

09 Noyabr 2026 21:18see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri