Icma.az
close
up
RU
Samir Şərifov: “Azərbaycan İqlim Maliyyəsi Fəaliyyət Fonduna vəsait ayıracaq”

Samir Şərifov: “Azərbaycan İqlim Maliyyəsi Fəaliyyət Fonduna vəsait ayıracaq”

Icma.az bildirir, Operativ MM portalına istinadən.

COP29-un sədri kimi Azərbaycan İqlim Maliyyəsi Fəaliyyət Fondunun yaradılmasının təşəbbüskarıdır və fonda öz töhfəsini vermək üçün müvafiq məbləğdə vəsait ayıracaq.

"Operativ Məlumat Mərkəzi-OMM" Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov COP29-un Maliyyə, investisiya və ticarət günü çərçivəsində İqlim fəaliyyəti üzrə Maliyyə Nazirlərinin Koalisiyasının (The Coalition of Finance Ministers for Climate Action) xüsusi iclasında çıxışı zamanı bildirib.

O qeyd edib ki, fondun vəsaitləri karbohidrogen yanacaqları istehsal edən ölkələr və şirkətlər tərəfindən könüllü ianələr əsasında formalaşdırılır: “Yığılan həmin vəsaitlər, iqlimlə əlaqəli layihələrin maliyyələşməsinə, bərpa olunan enerji mənbələrinin təşviq edilməsinə və yeni iqlim həlləri üzrə araşdırmaların və tədqiqatların dəstəklənməsinə yönəldiləcək.

S. Şərifov iqlim fəaliyyəti üzrə Maliyyə Nazirlərinin Koalisiyasının fəaliyyətini və Koalisiyanın növbəti iclasının COP29 çərçivəsində Bakı şəhərində keçirilməsini yüksək qiymətləndirib. Nazir bildirib ki, Koalisiyaya son 6 ayda 5 yeni ölkə qoşulub, bu da onun artan təsirini və nüfuzunu göstərir. Eyni zamanda, Azərbaycanın Koalisiyaya qoşulmasından qısa müddət keçməsinə baxmayaraq, əməkdaşlığın genişləndirilməsində öz marağını ifadə edir.

Nazir eyni zamanda elan edib ki, Azərbaycan Beynəlxalq Valyuta Fondunda (İMF) özünə məxsus olan xüsusi borclanma hüquqlarını Fondun idarəedilməsinə verilməsi nəticəsində əldə olunacaq gəlirlər hesabına İMF-nin məqsədli fondlarına vəsait ayıracaq ki, bu da iqlim dəyişikliklərinin yaratdığı mənfi fəsadların qarşısının alınması və aradan qaldırılmasına və həmin ölkələrdə yoxsulluğun azaldılmasına xidmət edəcək.

İclasın panel müzakirələrində Milli Müəyyən Edilmiş Töhfələrin uğurlu icrası üçün maliyyə və investisiyaların səfərbər edilməsi, üzv ölkələr arasında iqlim üçün maliyyə səfərbərliyi təşəbbüslərinin əlaqələndirilməsi, həmçinin, tərəfdaş qurumlar və özəl sektor tərəfindən iqlim maliyyəsinin effektiv və əlaqələndirilmiş şəkildə təmin edilməsi ilə bağlı məsələlər müzakirə olunub. Eyni zamanda, tərəfdaş qurumların, maliyyə təminatçıları və özəl sektorun ölkələrə Milli Müəyyən Edilmiş Töhfələrin və Milli Uyğunlaşma Planı üçün maliyyə səfərbərliyində fəal iştirakının təşviqi müzakirələr zamanı diqqət mərkəzində olub.

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının maliyyə nazirinin müavini Lord Livermor, Misirin maliyyə naziri Əhməd Kuçuk, Uruqvayın maliyyə naziri Azucena Arbeleçe, Marşal Adalarının maliyyə naziri David Paul, Niderland Krallığının maliyyə nazirinin müavini Yasper Veselinq və digərləri çıxışlarında Milli Müəyyən Edilmiş Töhfələrinin təmin edilməsində ölkələrin real maliyyə imkanlarının uzlaşdırılmasının, iqlim dəyişikliyi ilə mübarizədə maliyyə əlçatanlığının təmin olunmasının və iqlim fəaliyyətlərinin maliyyələşdirilməsi üçün beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıblar.

Eyni zamanda, maliyyə nazirləri öz çıxışlarında Milli Müəyyən Edilmiş Töhfələrin həyata keçirilməsi istiqamətində maliyyə resurslarının daha effektiv səfərbər olunmasına, iqlimlə bağlı qlobal çağırışlara qarşı lazımi və dayanıqlı tədbirlərin görülməsinə dair təklif və tövsiyələrini irəli sürüblər.

İclasda çıxış edən İMF-nin təmsilçisi Azərbaycanın bu təşəbbüsünü olduqca yüksək qiymətləndirib və bunun Şərqi Avropa, Mərkəzi Asiya və Qafqaz regionunda ilk təşəbbüs olduğunu bildirib.

Qeyd edək ki, noyabrın 13-də Azərbaycan prezidenti İlham Əliyev İMF-nin sərəncamçı direktoru Kristalina Georgiyevanı qəbul edərkən Azərbaycanın Fond vasitəsilə inkişaf etməkdə olan və yoxsul ölkələrə iqlim çağırışları ilə bağlı yardım proqramlarında iştirakı müzakirə olunub. 95 ölkənin maliyyə nazirlərinin üzv olduğu İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyası 26 beynəlxalq təşkilatla institusional tərəfdaşlıq edir və həmin beynəlxalq təşkilatlar maliyyə nazirlərinin iqlim dəyişikliyi ilə bağlı siyasətlərin işlənib hazırlanması və həyata keçirilməsində səylərini dəstəkləməkdə əsas texniki və məsləhətçi rolunu oynayırlar. Hazırda Koalisiyaya Hollandiya və Uqandanın maliyyə nazirləri həmsədrlik edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 15 Noyabr 2024 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see247

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see209

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see201

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see175

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see163

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see162

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see147

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see141

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see138

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see137

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see137

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see136

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see135

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see130

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see128

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see128

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see127

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see126

Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə saldı

18 Oktyabr 2025 01:37see124

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri