Samir Şərifov: Azərbaycan və ABŞ uzunmüddətli əməkdaşlıq üçün möhkəm təməl qoyublar
Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ortaq strateji baxışa əsaslanan Azərbaycan və ABŞ-ın birgə təşəbbüslərinin həyata keçirilməsi – regionda sülhün və uzunmüddətli rifah təmin edilməsi – qarşılıqlı faydalı və uzunmüddətli əməkdaşlıq üçün möhkəm zəmin yaradıb.
Bakıvaxtı.az-ın məlumatına görə, bunu Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov ABŞ-nin Müstəqillik Gününün 250 illiyi münasibətilə keçirilən tədbirdə bildirib.
Onun sözlərinə görə, rəsmi Bakı əmindir ki, Azərbaycan Prezidenti İlham Əliyev ilə ABŞ Prezidenti Donald Tramp arasında qarşılıqlı etimada əsaslanan dialoq ikitərəfli əməkdaşlığın davamlı inkişafını təmin edəcək.
"Bu, iqtisadi və investisiya əməkdaşlığının daha da genişlənməsinə, eləcə də qarşılıqlı maraq doğuran bütün istiqamətlərdə birgə fəaliyyətin dərinləşməsinə töhfə verəcək", - S. Şərifov qeyd edib.
Baş nazir müavini həmçinin vurğulayıb ki, ABŞ 250 illik dövlətçilik tarixi ərzində dünya siyasətinin, iqtisadiyyatının və beynəlxalq münasibətlər sisteminin formalaşmasında və inkişafında müstəsna rol oynayaraq aparıcı dünya dövlətləri arasında layiqli yer tutub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:182
Bu xəbər 01 İyul 2026 20:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















