Icma.az
close
up
RU
Samir Şərifov: Azərbaycan və Mərkəzi Asiya ölkələrini qarşılıqlı münasibətlər bağlayır

Samir Şərifov: Azərbaycan və Mərkəzi Asiya ölkələrini qarşılıqlı münasibətlər bağlayır

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan və Mərkəzi Asiya ölkələrini xalqlarımızın qarşılıqlı münasibətləri bağlayır. Müstəqillik əldə etdikdən sonra əlaqələrimiz ikitərəfli və çoxtərəfli formatda inkişaf edir".

Oxu.Az xəbər verir ki, bu fikirləri "Azərbaycan Respublikası ilə Türkmənistan Respublikası arasında çoxşaxəli əməkdaşlıq: nailiyyətlər və perspektivlər" mövzusunda keçirilən tədbirdə Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Samir Şərifov deyib.

O bildirib ki, nəqliyyat və logistika sahəsində əlaqələrimiz inkişaf edir:

"Bu gün Azərbaycan və Mərkəzi Asiya ölkələri ticarət əlaqələrini gücləndirirlər. Xəzər dənizi vasitəsilə resursların ötürülməsində region ölkələri töhfə verir".

"9 iyunda iki ölkənin diplomatik münasibətlərinin qurulmasının 33 illiyini qeyd etdik. 33 il böyük zaman deyil. Lakin iki ölkə rəhbərlərinin səyləri nəticəsində münasibətlərimiz keyfiyyət baxımından yeni mərhələyə qədəm qoyub. Bizim ölkələrimiz arasında iqtisadi və humanitar sahələrin inkişaf etdirilməsi üçün hökumətlərarası komissiya fəaliyyət göstərir. Həmin komissiya çərçivəsində qəbul edilmiş qərarların icrası iqtisadi, humanitar sahədə əlaqələrimizin inkişafına təkan verir.

Azərbaycan və Türkmənistan arasında quru sərhəd olmasa da, Xəzər dənizi körpü rolunu oynayır. Bu gün Azərbaycan Avrasiyanın mühüm logistika mərkəzlərindən birinə çevrilib. İki ölkə arasında nəqliyyat sektorunda qarşılıqlı əlaqələrin genişləndirilməsi istiqamətində mühüm addımlar atılır.

Türk həmrəyliyinin gücləndirilməsi xalqlarımızın rifahına zəmin yaradır. Sülh olmayan yerdə tərəqqidən söhbət gedə bilməz. Əminəm ki, ölkələrimiz arasındakı qarşılıqlı münasibətlər daha da inkişaf edəcək", - deyə nazir müavini qeyd edib.

Məhərrəm Əliyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://oxu.az
archiveBu xəbər 18 İyun 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xoşbəxtlik okeanı Məryəm Bağırova yazır

10 Noyabr 2025 14:10see313

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see204

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

08 Noyabr 2025 23:07see200

Psixoloqlar aşağı zəkanın əlaməti sayılan 4 vərdişi açıqladı

09 Noyabr 2025 07:07see191

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see183

Ərəb ölkələri ABŞ ın bu planını rədd etdilər

09 Noyabr 2025 06:53see143

Qorxaq deputatlar: Rusiya ilə gərginliyi müzakirə etməkdən açıq şəkildə yayınırlar

09 Noyabr 2025 00:17see140

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see139

Noyabr bu bürclər üçün sakit və huzurlu keçəcək

08 Noyabr 2025 22:26see138

Elmar Baxşıyev: Bizdə əsas heyət anlayışı yoxdur

08 Noyabr 2025 19:18see135

Vətən müharibəsi mövzulu filmlər açıqlandı Siyahı

09 Noyabr 2025 01:02see131

“Bəziləri düşünür ki, Konstitusiyamıza hansısa ciddi dəyişikliklər ediləcək” DEPUTAT

09 Noyabr 2025 05:35see131

Zəfər turu nun qalibi bəlli oldu

09 Noyabr 2025 21:00see130

Ermənistanı revanşizmə həvəsləndirən Makrondur RƏY

09 Noyabr 2025 05:54see129

Zabitlərimiz paraddan öncə BELƏ sevindi VİDEO

09 Noyabr 2025 00:48see126

Tramp Putin görüşü yalnız bu halda keçiriləcək Siyarto

09 Noyabr 2025 21:10see126

Şamaxı nın forvardı: Azərbaycan Premyer Liqası oynadığım ən çətin liqalardan biridir

09 Noyabr 2025 16:22see126

1 tonluq sirr: Bir balqabaq necə 1000 kiloqrama qədər böyüyür?

10 Noyabr 2025 05:31see124

“Monqol əti”nin “halal” standartına uyğunluğu yoxlanılır? RƏSMİ AÇIQLAMA

09 Noyabr 2025 09:01see123

3I/ATLAS “Kosmik gəmisi” Günəşə yaxınlaşarkən qəribə reaktivlər yayıb...

09 Noyabr 2025 21:06see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri