Icma.az
close
up
RU
Samir Şərifovun kadrı BAKINI BELƏ QARIŞDIRIR... TƏFƏRRÜAT

Samir Şərifovun kadrı BAKINI BELƏ QARIŞDIRIR... TƏFƏRRÜAT

Hurriyyet saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakının mərkəzində - “Bayırşəhər məhəlləsi” adlanan ərazidə söküntünün dayandırılması üçün sakinlər hüquqi müstəvidə mübarizəyə başlayıb. “Təzə pir” məscidinin ətrafında yaşayan sakinlər bir müddətdir bu ərazidə başlayan söküntünün dayandırılmasını tələb edir.
Sakinlər Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib. Onlar Azərbaycan prospekti ilə Mirzə Fətəli Axundov, həmçinin Nizami küçəsilə Mirzağa Əliyev küçələrinin arasında yerləşən ərazinin sökülməsi və oradakı tikililərin mülkiyyətçilərdən satın alınması barədə Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamının ləğvini tələb edirlər. Sakinlər bildirirlər ki, bu sərəncam qanunsuzdur.
“Qarşı tərəfin nümayəndələri mülkiyyətimizdə olan evlərin qanunsuz söküntüsü üçün bizə mənəvi və psixoloji təsir göstərir, hədələyir. Bu isə mülkiyyət hüququmuzun açıq-aşkar pozulmasıdır”, - deyə iddia ərizəsində yazıblar.
Qeyd edək ki, sakinlərin şikayətinə Bakı İnzibati Məhkəməsində baxılır.
Sakinlərin bildirdiyinə görə, onların evlərinin hər kvadrat metrinə görə 2700 manat kompensasiya təklif olunur. Qeyri-yaşayış sahələrinin (obyektlər) hər kvadrat metrinə görə isə təklif olunan məbləğ 3000 manatdır. Bu məbləğ də vətəndaşları qane etmir. Onlar bildirir ki, yaşadıqları ərazidə evlərin bazar qiyməti bundan xeyli yüksəkdir.
Bundan başqa, ümumiyyətlə, evindən köçmək istəməyən, həmin ərazidəki tikililərin sökülməsinə etiraz edən vətəndaşlar da kifayət qədərdir. Onlar bildirirlər ki, sözügedən ərazidə 180-ə qədər tarixi abidə yerləşir. Onların arasında tarixi məscidlər, hamamlar, görkəmli şəxsiyyətlərin ev muzeylərini sadalamaq olar.
Dövlət qurumları həmin ərazidə park və süni göl salınacağını bəyan edib.
"Dia-az" olaraq qeyd edək ki, əslində sakinlərin hədəf kimi Bakı Şəhər İcra Hakimiyyətini seçməsi sırf texniki xarakter daşıdığından əslində bu işin arxasında dayanan qüvvələrin enində-sonunda hədəfə çevriləcəyi şəkksizdir. Burada söhbət bütün bu söküntü prosesinin arxasında dayanaraq maliiyə işlərini yürüdən qurumdan və daha dəqiqi, bu quruma rəhbərlik edən şəxsdən - Maliyyə Nazirliyinin sabiq aparat rəhbəri, hal-hazırda isə Bakının dövlət ehtiyacı adı altında söküntüsü ilə bağlı məşğul olan və Bakı şəhər icra hakimiyyətinin yanında yaradılmış Komissiyada maliyyə işlərini həyata keçirən Cavanşir Yusifovdan gedir.
Yəni sakinləri narazı salan maliyyənin azlığıdırsa, bu məsələ ilə bağlı ən sonuncu sorumlu elə "Baksovet"dir, əsas cavabdeh olan Cavanşir Yusifov isə nəhayətdə cavab verməli olacaq. Hər halda, görünəni odur ki, sakinlər öz hüquqlarını sona qədər müdafiə edəcək və nıəhayətdə əsas cavabdeh ortaya çıxmalı olacaq ki, sakinlərin hansısa kütləvi etirazının qarşısı alınsın. Belə bir etiraz aksiyalarına Bakı bir neçə dəfə şahidlik edib və hələ o zaman "Sovetski" sakinləri məhz "yuxarı" orqanların müdaxiləsi ilə tələblərinin icrasına nail olmuşdular. İndi isə "yuxarıların" prosesə bəri başdan müdaxiləsi vacibdir ki, Cavanşir Yusfiov kimilərinin tamahı ucbatından xalqın dövlətə olan inamı sarsılmasın...
Məsələ diqqətimizdədir...

\\Dia-az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:190
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 30 Avqust 2025 22:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see382

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see375

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see290

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see257

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see249

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see248

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see244

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see241

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see229

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see228

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see217

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see206

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see203

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see199

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see197

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see190

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see189

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see189

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see186

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri