Icma.az
close
up
RU
Samok: “Berdıyev qısa danışır, amma düzgün motivasiya verir”

Samok: “Berdıyev qısa danışır, amma düzgün motivasiya verir”

sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Turan Tovuz"un qapıçısı Sergey Samokun Sport24.az-a müsahibəsi

- Azərbaycan Premyer Liqasının 23-cü turunda vacib qələbə qazandınız. "Neftçi"ni məğlub etdiyiniz görüşü (1:0) necə şərh edərdiniz?
- Çətin oyun keçdi. Elə də çox qol epizodları olmadı. Nə bizdə, nə də rəqibdə. İlk hissədə "Neftçi"nin cinah ötürmələri təhlükəli alınırdı. Lakin müdafiəçilərimiz bunun öhdəsindən gəldilər. Fasilədən sonra daha fəal idik və qələbə qolunu vurduq. Vacib 3 xal qazandığımızı düşünürəm.

- Yəqin ki, oyundan əvvəl "Zirə"nin "Kəpəz"lə görüşdə xal itirdiyini bilirdiniz. Bu məqam motivasiyanızı daha da artırmışdı?
- Açığı, oyundan əvvəl bunu bilmirdim. Yalnız "Neftçi" ilə matçımız başa çatdıqdan sonra eşitdim ki, "Zirə" xal itirib. Bu, məni xoş mənada təəccübləndirdi. Lakin indidən nəsə demək olmaz. Çünki qarşıda hələ 10 tur var. Odur ki, hər matçda qələbə qazanmağa çalışmalıyıq.

- Demək olar ki, "Turan Tovuz" bu qələbə sayəsində bürünc medala doğru vacib addım atdı?
- Əlbəttə. Amma "Neftçi" də yaxşı komandadır. Aramızdakı xal fərqinə baxmayaraq, onların riyazi cəhətdən bizi ötmək şansları var idi. Ona görə də bu qələbə bizim üçün vacibdir. Lakin yenə deyirəm ki, heç cür rahatlaşmaq olmaz. Qarşıda təxminən 1 dövrə var.

- Ardıcıl 8 oyundur qapınızda qol görmürsünüz. Bu uğurlu seriyanın əsas səbəbi nədədir?
- Təbii ki, 8 oyunda qol buraxmamağımız çox yaxşı nəticədir. Mənim üçün də xoşdur. Ancaq bu, təkcə mənim əməyim deyil. Qapımızda qol görmürüksə, bunda bütün komandanın rolu var. Deməli, müdafiəçilərimiz işlərinin öhdəsindən gəlirlər.

- Kurban Berdıyev mətbuat konfranslarında az danışır. Daha dəqiq desək, suallara konkret və lakonik cavab verir. Maraqlıdır, bu cür vacib qələbələrdən sonra paltardəyişmə otağında da eyni tərzdə çıxış edir?
- Hər dəfə fərqli olur. "Neftçi" ilə matçdan sonra o da emosional idi. Çünki vacib qələbə qazandıq. Bu nəticəyə görə hamı sevinirdi. Təbii ki, Kurban Berdıyev də. Düzdür, o, qələbələrdən sonra da çox danışmır. Ümumiyyətlə, istər oyundan öncə və ya sonra, istər məşqlərdə Berdıyev qısa danışsa da, hər zaman qələbə üçün lazım olan sözləri tapır. Bizə yaxşı motivasiya verir, tapşırıqlarını çatdırır. Biz də onun dediklərini meydanda reallaşdırmağa çalışırıq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://sport24.az
archiveBu xəbər 10 Mart 2026 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see462

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see300

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see299

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see293

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see271

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see239

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see236

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see223

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see223

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see216

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see215

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see213

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see211

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see206

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see203

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see202

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see195

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see190

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see185

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri