Icma.az
close
up
RU
Berdıyev sonda qurtuldu

Berdıyev sonda qurtuldu

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

Səbail – Turan Tovuz 1:1 (1:0)
1. Hüseynəli Quliyev – 6,0
74. Yusif Nəbiyev (k) – 5,5
18. Süleyman Əhmədov – 5,0
20. Mərt Çəlik – 5,0
11. Rüfət Abdullazadə - 6,5
(15. Vüsal Məsimov, 81) – qiymətsiz
83. Nihad Quliyev – 5,0
(17. Gülağa Əsədov, 88) – qiymətsiz
19. Samir Abdullayev – 5,0
(10. David Qomis, 88) – qiymətsiz
8. Qorka Laruçça – 5,5
3. Dmitri Litvin – 5,0
21. Ayman Bouali – 5,5
(6. Cabir Əmirli, 90+4) – qiymətsiz
14. Suleyman Alluş – 6,0
Ehtiyat oyunçular
12. Əlirza Müştəbazadə
25. Nicat Məmmədzadə
16. Emin Rüstəmov
36. Azad Əsgərov
44. Amir Bilali
Məşqçi: Elvin Məmmədov
Komandanın ən yaxşısı: Rüfət Abdullazadə
1. İvan Konovalov – 6,5
4. Şəhriyar Əliyev (k) – 5,5
(33. Eltun Turabov, 69) – 5,0
10. Xəyal Nəcəfov – 5,5
(77. Veysəl Rzayev, 69) - 5
88. Faiq Hacıyev – 6,0
11. Ayxan Hüseynov – 5,5
(80. Otto Con, 46) – 5,5
7. İsmayıl Zülfüqarlı – 5,5
(44. Rüfət Əhmədov, 63) – 6,0
9. Kristian da Silva – 6,0
(13. Fərid Yusifli, 69) – 5,5
23. Alexandro Serrano – 5,5
15. Emmanuel Hakman – 5,5
25. Denis Marandiçi – 5,5
21. Aleks Souza – 6,0
Ehtiyat oyunçular
41. Sergey Samok
71. Mehman Hacıyev
39. Sadiq Quliyev
8. Tural Bayramlı
99. Sadiq Şəfiyev
70. Məzahir Məmmədzadə
20. İbrahim Ramazanov
Baş məşqçi: Kurban Berdıyev
Komandanın ən yaxşısı: İvan Konovalov
Qollar: R.Abdullazadə, 40 (1:0, S.Alluş). F.Hacıyev, 86 (1:1, R.Əhmədov).
K.da Silva, 44-cü dəqiqədə penaltidən yararlana bilməyib (tir).
Vərəqələr: R.Abdullazadə, 20 (qeyri-idman hərəkəti). E.Hakman, 22 (qeyri-idman hərəkəti). M.Çəlik, 43 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: İNQİLAB MƏMMƏDOV, Namik Hüseynov, Müslüm Əliyev, Elvin Bayramov (hamısı Bakı).
VAR hakimi: Tural Qurbanov (Bakı).
VAR hakiminin köməkçisi: Elşad Abdullayev (Bakı).
Hakim-inspektor: Zöhrab Qədiyev (Bakı).
AFFA nümayəndəsi: Namiq Əliyev (Baki).
9 noyabr. Bakı. “ASCO Arena”. 700 tamaşaçı (3200 yerlik).
Birinci hissəyə 2, ikinci hissəyə 6 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Nə sirrdisə, futbolda məşqçi dəyişikliyinə gedən istənilən komanda ən azı emosional yüksəliş yaşayır. Bu dəfə də istisna olmadı. Şahin Diniyevin istefasından sonra “Səbail”i bu oyuna hazırlayan Elvin Məmmədov bacarığını cari mövsümü yetərincə yaxşı keçirən “Turan Tovuz”a göstərməliydi. Özü də rəqibin məşqçi korpusunda yer alan Cavid Hüseynovun elə bu oyundan sonra düşərgəni dəyişərək Bayıla köçəcəyini bilə-bilə.
Oyuna fəal başlayan “dənizçilər”, daha dəqiqi, Alluş artıq 6-cı dəqiqədə hesabı açmağa borclu idi. Rüfət Abdullazadə ona ideal ötürmə vermişdi. Amma Süleyman yaxın məsafədən topu qapıya yox, qapıçıya vurdu. 22-ci dəqiqədə isə “Səbail”in qapısı önündə yaranan qarışıqlıq zamanı qonaqlardan heç biri topa zərbə vura bilmədi. Cari mövsümü yüksək səviyyədə keçirən, amma nədənsə Fernando Santuşun maraq dairəsinə düşə bilməyən Rüfət üç rəqibin əhatəsindən sıyrılıb cərimə meydançasına daxil olsa da, zərbəsi qapıdan azca aralı keçdi. 27-ci dəqiqədə “Turan Tovuz” rəqib qapısı önündə ilk real qol vəziyyətini yaratdı. Souzanın ötürməsindən sonra Ayxan Quseynov qapıya zərbə vursa da, Hüseynəli Quliyev komandasını qoldan xilas edə bildi.
Meydan sahiblərindən Alluş 34-cü dəqiqədə daha bir təhlükəli zərbə vurdu. Elə həmin Alluş və Rüfət 40-cı dəqiqədə gözəl bir qol yaratdılar. Abdullazadə qarşısıalınmaz zərbə ilə “Səbail”i irəli çıxardı. Düzdü, hissənin sonuna qədər hesab bərabərləşə bilərdi. Mərtin topu uzaqlaşdırarkən İsmayılın ayağını tapdalaması qonaqlara penalti qazandırdı. Ancaq Da Silva topu tirə vurdu. Qayıdan topu Ayxan təkrar zərbə ilə qapıdan keçirsə də, qonaqların qol sevinci gözündə qaldı. İnqilab Məmmədov VAR-dan aldığı cavabdan sonra Ayxanın penalti zamanı təyin olunan məsafəyə riayət etmədiyini əsas gətirərək qolu ləğv etdi.
Təbii ki, tovuzlular 2-ci hissəyə hücumlarla başladı. Onlar uzaq və yaxın məsafədən zərbələrlə Hüseynəliyə göz açmağa imkan vermirdilər. “Turan Tovuz” bərabərlik qolunu 86-cı dəqiqədə vura bildi. Rüfət Əhmədovun sol cinahdan qapı önünə asmasını sürpriz qollar ustası Faiq Hacıyev başla tamamladı. 90+1-ci dəqiqədə “Səbail” 2-ci qolunu vurmağa yaxın idi. Boualinin cərimə meydançasının qövsü üzərindən zərbəsi qapıdan aralı keçdi. Beləcə “Səbail” ardıcıl üç məğlubiyyətdən sonra 1 xala sevinə bildi. “Turan Tovuz” isə daha iki xal itirməklə liderlərdən bir qədər uzaq düşdü.
Gözdən qaçmadı
* Oyun Bayraq Gününə təsadüf etdiyindən futbolçular meydana “Bayraq mənliyimdi, bayraq kimliyim, bayraq öz yurduma öz hakimliyim” pankartı ilə daxil oldu.
* Media sektorunda yer alan jurnalistlərin əksəriyyəti tovuzlu idi və “Turan Tovuz”a dəstək verirdilər.
* 69-cu dəqiqədə Şəhriyar Əliyev əvəzlənərkən kapitan sarğısını Marandiçiyə təhvil verdi.
* 90+4-cü dəqiqədə zədələnən Bouali meydanı xərəkdə tərk etdi.
RÖYANƏ OĞUZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 16 Noyabr 2024 20:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see354

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see286

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see273

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see272

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see270

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see261

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see259

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see258

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see256

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see252

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see238

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see236

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see231

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see228

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see227

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see225

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see206

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see202

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see202

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri