Icma.az
close
up
RU
Samsung Knox: televizorlarda təhlükəsizlik platformasının lazımlığı və bu tələbatın kvantlarla bağlılığı FOTO

Samsung Knox: televizorlarda təhlükəsizlik platformasının lazımlığı və bu tələbatın kvantlarla bağlılığı FOTO

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xarici təhlükələrdən qorunmanın çoxpilləli sistemi ilə tanış oluruq.

Samsung smartfon və planşetləri artıq 10 ildən (bu sistem ilk dəfə 2013-cü ildə təqdim edilib) çoxdur ki, marka təhlükəsizlik platforması olan Knox-un, müdafiəsi altındadır. Portativ texnikalarda güclü qoruma protokollarına olan tələbat təbiidir:  smartfon oğurlana və ya yeni yüklənmiş proqram təminatı tərəfindən kiber hücuma məruz qala bilər ki, belə hallarda sizə məxsus məlumatların üçüncü şəxslərin əlinə keçməsi riski mövcuddur.

Lakin, Samsung mühafizə mövzularında yenilik edərək,  Knox  təhlükəsizlik sistemini həm də ağıllı televizorlarda da istifadə olunmansını təmin etmişdir. Əslində burada təəccüblənəcək heç nə yoxdur. Müasir TV -qonaq otağınızda yerləşən kompüterdir, belə ki, burada tam funksional brauzer, ağıllı ev ekosisteminə inteqrasiya və yüklənə bilən tətbiqlər mövcuddur.
İnternet qoşulmasının olması, əlbəttə, çox faydalıdır, lakin bu qoşulmanın həm də kiber hücumlar üçün giriş nöqtəsi olması,  diqqət tələb edir. Belə ki, 2024-cü ilin əvvəlində 170 000-dən çox televizor və TV-konsoldan ibarət botnet haqqında geniş müzakirələr aparılmışdır. Digər məşhur botnet isə təxminən 200 000 cihazı əhatə edirdi. Və cihazların bir-biri ilə aktiv qarşılıqlı əlaqədə olması onlardan birinə hücum təşkil olunduğu halda, bütün ekosistemin risk altına salınması deməkdir.

Gəlin, Samsung Knox-un, mühafizə üçün hansı alətlərdən istifadə etdiyini, birlikdə araşdıraq.

Knox-un anatomiyası

Təhlükəsizlik platforması, aparat, proqram və servis kimi üç səviyyəli qorumadan ibarət olub, Samsung televizorlarında hərtərəfli müdafiəni təmin edir.

Knox loqosu - qalxan formasında labirint - çoxpilləli müdafiə prinsipini əks etdirir.

Aparat səviyyəsi.  Belə ki, zavod istehsalı mərhələsində televizorun çipinə dəyişməz açar - "rəqəmsal iz" tətbiq olunur. Hər yenilənmə zamanı Secure Boot mexanizmi işə düşərək, proqram təminatının imzasını bu digital iz ilə mərhələli şəkildə yoxlayır. Bu yoxlanış zamanı, proqram təminatının dəyişdirilməsi və ya kənar mənbələrlə əvəz edilməsi aşkarlanarsa "imza" zənciri qırılaraq, yüklənmədən imtina edirlir və həssas məlumatların qorunması təmin olunur.
Yoxlama uğurla başa çatdıqda, prosessor TrustZone-u aktivləşdirir və özünü iki müstəqil "fəzaya" bölür. Ən həssas məlumatlar, o cümlədən çip daxilində yerləşən, nə proqram, nə də fiziki təsir ilə müdaxilə edilməsi mümkün olmayan - Knox Vault "seyfi" qorunan hissəyə yerləşdirlir. Samsung televizorları arasında bu qorunan yaddaş fəzası Neo QLED 8K modellərində mövcuddur.
Əməliyyat sistemi və adi tətbiqlər isə burada "açıq" fəzada fəaliyyət göstərir. Qorunan seqmentdə yer alan tətbiqlər hər iki fəzanın resurslarına çıxış əldə edə bilər, lakin məlumat axınının əks istiqamətdə hərəkəti mümkün deyil. Bu səbəbdən də, hətta zərərli proqram təminatı istifadəçi hissəsinə hücum etsə belə, o nə həssas məlumatları oğurlaya, nə də sistem fayllarını dəyişdirə biləcək.

Proqram səviyyəsi. İstifadəçi və tətbiqlərə aid bütün məlumatlar müasir kriptoqrafik alqoritmlərlə şifrələnir. Açarlar isə qorunan yaddaşda saxlanılır.

Servis səviyyəsi. Bu səviyyədəki qoruma vasitələri zərərli kodun ümumiyyətlə cihaza düşməsinə imkan vermir. Daxili brauzer, keçid edilən sayt ünvanlarını bulud bazasındakı təhlükəli resurslarla müqayisə edən filtrə malikdir. Belə ki, şübhəli saytlar səhifə yüklənməmiş bloklanır.
Həmçinin burada parolların, giriş açarlarının və digər mühüm məlumatların saxlanması üçün yaradılmış Samsung Pass xidməti mövcuddur. Belə ki, sistemdə yer alan bütün məlumatlar end-to-end şifrələmə üsulu ilə qorunaraq, hətta Samsung tərəfindən belə istifadə edilə bilmir. Bununla belə, smartfon, televizor və kompüterlər arasında sinxronizasiyanın təşkilinə maneə yaradılmır.

2023-cü ildə isə Samsung Knox Matrix-i təqdim etdərək, təhlükəsizlik səviyyəsini ayrıca cihaz çərçivəsindən, bütün ekosistem səviyyəsinə qaldırdı. Belə ki, Samsung smartfonları, televizorları və hətta məişət texnikası Trust Chain vasitəsilə bir-birini təhlükəsizlik baxımından yoxlaya bilər.
Əgər zəncir iştirakçılarından biri hücuma məruz qalarsa, sistem dərhal onu ekosistemdən təcrid edərək, digər cihazların müdafiəsini təmin edir. Buna misal olaraq, hakerlər robot-tozsoranı və ya ağıllı soyuducunu (bəli, soyuducular da artıq ağıllıdır!) hədəf seçərsə, Knox Matrix həmin cihazı dərhal ekosistemdən ayırır.

Televizorda təhlükələrin olub-olmadığını smartfondan, smartfondakı vəziyyəti isə televizordan yoxlamaq mümkündür.

Əlavə olaraq Knox Matrix-ə aşağıdakılar daxildir:

Credential Sync funksiyası - cihazlar arasında sinxronizasiya zamanı istifadəçi məlumatlarını qoruyur. Cross Platform SDK alətləri - müxtəlif əməliyyat sistemləri olan qurğularda eyni yüksək səviyyəli təhlükəsizliyin təmin edilməsinə imkan yaradır.

Samsung televizorlarında Knox platformasının etibarlılığını beynəlxalq Common Criteria standartı sertifikatı təsdiq edir. 2024-cü ildə Samsung Knox-un təhlükəsizliyi ardıcıl olaraq onuncu dəfə bu sertifikatla təsdiq edilmişdir.

Bəs kvantların bu məsələ ilə bağlılığı nədir?

"Kvantlar" termini televizor dünyasında ən çox QLED (Quantum dot LED) texnologiyası ilə əlaqələndirilir. QLED ekranlarda kvant nöqtələrindən ibarət qat istifadə olunur ki, bu nöqtələr hər pikselin şüalanmasını formalaşdıraraq rəng diapazonunu genişləndirir və kontrastlığı artırır.

Qeyd edək ki, 2015-ci ildən etibarən Samsung QLED televizorları tərkibində toksik kadmium olmayan kvant nöqtələrindən istifadə edir. Belə ki, kanserogen material daha ekoloji fosfid indiumla əvəz olunub, bununla da diodların ömrü uzadılıb.
Amma təhlükəsizlik çərçivəsində Samsung televizorlarının "kvantlarla" bağlılığı tamamilə başqa məna daşıyır - burada söhbət kvant kompüterlərindən gedir. Belə ki, gələcəkdə kvant kompüterləri ənənəvi şifrələmə alqoritmlərini asanlıqla aşa biləcək. Bu səbəbdən də Knox Matrix ekosistemində artıq post-kvant ML KEM alqoritmi istifadə olunur. Sözü gedən alqoritmlə ehtiyat nüsxələr və sinxronizasiya olunan parollar şifrələnir ki, məlumatlar super güclü kvant hesablamaları dövründə də yüksək səviyyədə qorunsun.

Knox-un üçpilləli qoruma sistemi və post-kvant alqoritmlərə keçid sayəsində Samsung adi televizoru təkcə bu gün deyil, gələcəkdə də yarana biləcək  təhlükələrə hazır olan etibarlı ev ekosisteminə çevirir.

Mənbə: https://rozetked.me/articles/39455-samsung-knox-zachem-televizoram-platforma-bezopasnosti-i-pri-chem-tut-kvanty

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 27 Avqust 2025 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see294

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see292

Tramp planı beynəlxalq hüquqa sığmır

26 Noyabr 2025 14:10see252

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see239

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see189

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see188

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see170

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see150

Basketbol millimiz ilk matçında uduzdu

28 Noyabr 2025 01:55see145

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see143

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see142

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see138

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see136

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see128

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see126

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see125

Hikmət Hacıyev Aİ nin rəsmi şəxsləri ilə ikitərəfli gündəliyi müzakirə etdi

28 Noyabr 2025 01:34see124

Müəllimə avtobus sükanı arxasında Qadın sürücülərdən reportaj VİDEO

26 Noyabr 2025 09:48see124

Xızıda yük maşını dəmir arakəsməyə çırpıldı ÖZƏL

27 Noyabr 2025 00:31see122

Aİ üçün Rusiya əleyhinə yeni sanksiyalar hazırda prioritet deyil

28 Noyabr 2025 02:36see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri