Icma.az
close
up
RU
Televizorlarda təhlükəsizlik platformasının lazımlığı və bu tələbatın kvantlarla bağlılığı “Samsung Knox”

Televizorlarda təhlükəsizlik platformasının lazımlığı və bu tələbatın kvantlarla bağlılığı “Samsung Knox”

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xarici təhlükələrdən qorunmanın çoxpilləli sistemi ilə tanış oluruq.

Samsung smartfon və planşetləri artıq 10 ildən (bu sistem ilk dəfə 2013-cü ildə təqdim edilib) çoxdur ki, marka təhlükəsizlik platforması olan Knox-un, müdafiəsi altındadır. Portativ texnikalarda güclü qoruma protokollarına olan tələbat təbiidir:  smartfon oğurlana və ya yeni yüklənmiş proqram təminatı tərəfindən kiber hücuma məruz qala bilər ki, belə hallarda sizə məxsus məlumatların üçüncü şəxslərin əlinə keçməsi riski mövcuddur.

Lakin, “Samsung” mühafizə mövzularında yenilik edərək,  “Knox”  təhlükəsizlik sistemini həm də ağıllı televizorlarda da istifadə olunmansını təmin etmişdir. Əslində burada təəccüblənəcək heç nə yoxdur. Müasir TV —qonaq otağınızda yerləşən kompüterdir, belə ki, burada tam funksional brauzer, ağıllı ev ekosisteminə inteqrasiya və yüklənə bilən tətbiqlər mövcuddur.
İnternet qoşulmasının olması, əlbəttə, çox faydalıdır, lakin bu qoşulmanın həm də kiber hücumlar üçün giriş nöqtəsi olması,  diqqət tələb edir. Belə ki, 2024-cü ilin əvvəlində 170 000-dən çox televizor və TV-konsoldan ibarət botnet haqqında geniş müzakirələr aparılmışdır. Digər məşhur botnet isə təxminən 200 000 cihazı əhatə edirdi. Və cihazların bir-biri ilə aktiv qarşılıqlı əlaqədə olması onlardan birinə hücum təşkil olunduğu halda, bütün ekosistemin risk altına salınması deməkdir.

Gəlin, “Samsung Knox”un, mühafizə üçün hansı alətlərdən istifadə etdiyini, birlikdə araşdıraq.

“Knox”​un anatomiyası

Təhlükəsizlik platforması, aparat, proqram və servis kimi üç səviyyəli qorumadan ibarət olub, “Samsung” televizorlarında hərtərəfli müdafiəni təmin edir.

“Knox” loqosu — qalxan formasında labirint — çoxpilləli müdafiə prinsipini əks etdirir.

Aparat səviyyəsi. Belə ki, zavod istehsalı mərhələsində televizorun çipinə dəyişməz açar — “rəqəmsal iz” tətbiq olunur. Hər yenilənmə zamanı “Secure Boot” mexanizmi işə düşərək, proqram təminatının imzasını bu digital iz ilə mərhələli şəkildə yoxlayır. Bu yoxlanış zamanı, proqram təminatının dəyişdirilməsi və ya kənar mənbələrlə əvəz edilməsi aşkarlanarsa “imza” zənciri qırılaraq, yüklənmədən imtina edirlir və həssas məlumatların qorunması təmin olunur.
Yoxlama uğurla başa çatdıqda, prosessor “TrustZone”u aktivləşdirir və özünü iki müstəqil “fəzaya” bölür. Ən həssas məlumatlar, o cümlədən çip daxilində yerləşən, nə proqram, nə də fiziki təsir ilə müdaxilə edilməsi mümkün olmayan – “Knox Vault” “seyfi” qorunan hissəyə yerləşdirlir. “Samsung” televizorları arasında bu qorunan yaddaş fəzası “Neo QLED 8K” modellərində mövcuddur.
Əməliyyat sistemi və adi tətbiqlər isə burada “açıq” fəzada fəaliyyət göstərir. Qorunan seqmentdə yer alan tətbiqlər hər iki fəzanın resurslarına çıxış əldə edə bilər, lakin məlumat axınının əks istiqamətdə hərəkəti mümkün deyil. Bu səbəbdən də, hətta zərərli proqram təminatı istifadəçi hissəsinə hücum etsə belə, o nə həssas məlumatları oğurlaya, nə də sistem fayllarını dəyişdirə biləcək.

Proqram səviyyəsi. İstifadəçi və tətbiqlərə aid bütün məlumatlar müasir kriptoqrafik alqoritmlərlə şifrələnir. Açarlar isə qorunan yaddaşda saxlanılır.

Servis səviyyəsi. Bu səviyyədəki qoruma vasitələri zərərli kodun ümumiyyətlə cihaza düşməsinə imkan vermir. Daxili brauzer, keçid edilən sayt ünvanlarını bulud bazasındakı təhlükəli resurslarla müqayisə edən filtrə malikdir. Belə ki, şübhəli saytlar səhifə yüklənməmiş bloklanır.

Həmçinin burada parolların, giriş açarlarının və digər mühüm məlumatların saxlanması üçün yaradılmış Samsung Pass xidməti mövcuddur. Belə ki, sistemdə yer alan bütün məlumatlar end-to-end şifrələmə üsulu ilə qorunaraq, hətta Samsung tərəfindən belə istifadə edilə bilmir. Bununla belə, smartfon, televizor və kompüterlər arasında sinxronizasiyanın təşkilinə maneə yaradılmır.

2023-cü ildə isə “Samsung Knox Matrix”i təqdim etdərək, təhlükəsizlik səviyyəsini ayrıca cihaz çərçivəsindən, bütün ekosistem səviyyəsinə qaldırdı. Belə ki, “Samsung” smartfonları, televizorları və hətta məişət texnikası “Trust Chain” vasitəsilə bir-birini təhlükəsizlik baxımından yoxlaya bilər.

Əgər zəncir iştirakçılarından biri hücuma məruz qalarsa, sistem dərhal onu ekosistemdən təcrid edərək, digər cihazların müdafiəsini təmin edir. Buna misal olaraq, hakerlər robot-tozsoranı və ya ağıllı soyuducunu (bəli, soyuducular da artıq ağıllıdır!) hədəf seçərsə, “Knox Matrix” həmin cihazı dərhal ekosistemdən ayırır.

Televizorda təhlükələrin olub-olmadığını smartfondan, smartfondakı vəziyyəti isə televizordan yoxlamaq mümkündür.

Əlavə olaraq “Knox Matrix”ə aşağıdakılar daxildir:

“Credential Sync” funksiyası — cihazlar arasında sinxronizasiya zamanı istifadəçi məlumatlarını qoruyur. “Cross Platform SDK” alətləri — müxtəlif əməliyyat sistemləri olan qurğularda eyni yüksək səviyyəli təhlükəsizliyin təmin edilməsinə imkan yaradır.

“Samsung” televizorlarında Knox platformasının etibarlılığını beynəlxalq “Common Criteria” standartı sertifikatı təsdiq edir. 2024-cü ildə “Samsung Knox”un təhlükəsizliyi ardıcıl olaraq onuncu dəfə bu sertifikatla təsdiq edilmişdir.

Bəs kvantların bu məsələ ilə bağlılığı nədir?

“Kvantlar” termini televizor dünyasında ən çox QLED (Quantum dot LED) texnologiyası ilə əlaqələndirilir. QLED ekranlarda kvant nöqtələrindən ibarət qat istifadə olunur ki, bu nöqtələr hər pikselin şüalanmasını formalaşdıraraq rəng diapazonunu genişləndirir və kontrastlığı artırır.

Qeyd edək ki, 2015-ci ildən etibarən Samsung QLED” televizorları tərkibində toksik kadmium olmayan kvant nöqtələrindən istifadə edir. Belə ki, kanserogen material daha ekoloji fosfid indiumla əvəz olunub, bununla da diodların ömrü uzadılıb.

Amma təhlükəsizlik çərçivəsində  “Samsung” televizorlarının “kvantlarla” bağlılığı tamamilə başqa məna daşıyır — burada söhbət kvant kompüterlərindən gedir. Belə ki, gələcəkdə kvant kompüterləri ənənəvi şifrələmə alqoritmlərini asanlıqla aşa biləcək. Bu səbəbdən də  “Knox Matrix” ekosistemində artıq post-kvant ML KEM alqoritmi istifadə olunur. Sözü gedən alqoritmlə ehtiyat nüsxələr və sinxronizasiya olunan parollar şifrələnir ki, məlumatlar super güclü kvant hesablamaları dövründə də yüksək səviyyədə qorunsun.

 “Knox”un üçpilləli qoruma sistemi və post-kvant alqoritmlərə keçid sayəsində “Samsung” adi televizoru təkcə bu gün deyil, gələcəkdə də yarana biləcək təhlükələrə hazır olan etibarlı ev ekosisteminə çevirir.

Mənbə: https://rozetked.me/articles/39455-samsung-knox-zachem-televizoram-platforma-bezopasnosti-i-pri-chem-tut-kvanty

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 19 Noyabr 2025 18:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see263

Yeni qan qrupu yaradılır: Yalnız 50 nəfərdə var

18 Noyabr 2025 00:35see251

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see250

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see207

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see151

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see139

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see138

Gələn ay 30 manat yardım veriləcək

18 Noyabr 2025 09:32see134

“Quba” gürcü oyunçu ilə yollarını ayırıb

17 Noyabr 2025 23:58see133

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see133

Məşhur Avropa kanalı Azərbaycanda ofis açdı GÖRÜNTÜ

17 Noyabr 2025 20:35see133

Almaniya və Çexiya rəqiblərinə “divan tutdu” gecənin nəticələri

18 Noyabr 2025 01:47see132

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see131

BİRMARKET də ŞOOOK Cümə!

18 Noyabr 2025 09:38see127

Tramp BMT Təhlükəsizlik Şurasının qərarını alqışladı

18 Noyabr 2025 04:18see126

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see126

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see123

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see121

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

18 Noyabr 2025 21:37see119

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri