Samsunspor la tarix yazan məşqçi vətəninə qayıda bilər
Icma.az bildirir, Footbal-plus portalına istinadən.
''Samsunspor''un başında mühüm işlər görməklə diqqət çəkən Tomas Rays bundesliqanın köklü klublarından birinin maraq dairəsinə düşüb.
"Football-plus.az" xəbə verir ki, söhbət ''Volfsburq''dan gedir. ''Canavarlar'' ümidləri doğrultmayan Paul Simonislə yollarını ayırıblar və yeni məşqçi axtarışındadılar.
Son 3 oyunda məğlub olan ''Volfsburq'' 10 turdan sonra 14-cü pillədə qərarlaşıb. Komanda artıq ölkə kubokunda da mübarizəni dayandırıb. ''Skay Sport''un məlumatına görə namizədlər arasında Rays da var. Bu mütəxəssis Samsun təmsilçisini ötən ilin yayında qəbul etmiş və XXI əsrdə ilk dəfə avrokuboklara daşımışdı. Hazırda ''Samsunspor'' Konfrans Liqasında 3 turdan sonra liderdi. Raysın klubla 2027-yə qədər müqaviləsi var. Tərəflər arasında şərti birillik anlaşma da mövcuddu. Amma müqavilədə sərbəstqalma maddəsi də var. ''Volfsburq'' bu məşqçini ''oğurlamaq'' istəsə, 200 min avro təzminat ödəməli olacaq.
İlk dəfədi, vətənindən kənarda işləyən 52 yaşlı Rays daha öncə ''Bohum'' və ''Şalke-04''də çalışıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 12 Noyabr 2025 14:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















