Icma.az
close
up
RU
Samuxda Anım Günü tədbiri keçirildi GÖRÜNTÜLƏR

Samuxda Anım Günü tədbiri keçirildi GÖRÜNTÜLƏR

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

27 sentyabr 2026-cı il tarixində Samux şəhərində, Samux Şəhidləri Kompleksinin önündə 27 Sentyabr – Anım Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib.

Modern.az xəbər verir ki, tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsini dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad ediblər. Şəhidlərin ruhlarına hörmət əlaməti olaraq Samux Şəhidləri Kompleksinin önünə gül dəstələri düzülüb, onların əziz xatirəsi ehtiramla anılıb.

Vətən müharibəsində əldə olunan tarixi Zəfər Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasətin, güclü dövlət–ordu birliyinin və Azərbaycan Ordusunun qəhrəmanlığının nəticəsi kimi tariximizə qızıl hərflərlə yazılıb. Dövlət başçısının rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpası istiqamətində həyata keçirilən ardıcıl siyasət xalqımızın həmrəyliyini daha da möhkəmləndirib. Şəhidlərimizin qanı bahasına əldə edilən Böyük Zəfər Azərbaycan xalqının dövlətçilik salnaməsinin ən şərəfli səhifələrindən birini təşkil edir.

Saat 12:00-da Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Bununla əlaqədar rayon ərazisində nəqliyyat vasitələrinin və piyadaların hərəkəti dayandırılıb, şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq nəqliyyat vasitələrindən səs siqnalları verilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://modern.az
archiveBu xəbər 27 Sentyabr 2026 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri