Samvel Karapetyanın ofisində axtarış fonunda parlament Elektroşəbəkələr lə bağlı qanun qəbul etdi
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ermənistan parlamenti "Elektroşəbəkələr"in (Ermənistanın paylayıcı elektrik şəbəkələri - red.) dövlət nəzarətinə keçməsi ilə bağlı qanun layihəsini birinci oxunuşda qəbul edib.
Oxu.Az bu barədə Ermənistan KİV-ə istinadla xəbər verir.
Qanun layihəsinə əsasən, Ermənistanın İctimai Xidmətlərin Tənzimlənməsi Komissiyası şirkətin fəaliyyətində ciddi pozuntular aşkarladığı və araşdırma apardığı halda, rəhbərliyi dəyişdirmək səlahiyyətinə malik olacaq. Belə bir halda komissiya müvəqqəti idarəçi təyin edə bilər.
Müxalifət bu qanun layihəsini "dövlət reketi" və "investorlardan mülkiyyətin alınması" cəhdi kimi dəyərləndirib. Eyni zamanda, layihə həbsdə olan "Elektroşəbəkələr"in sahibi, "Taşir" qrupunun rəhbəri Samvel Karapetyana qarşı siyasi təzyiq vasitəsi kimi qiymətləndirilib.
Qeyd edək ki, "Elektroşəbəkələr" Ermənistanın elektrik enerjisinin paylayıcı şəbəkələrinə sahibdir və son istehlakçılarla işləyir. Yüksəkgərginlikli ötürücü şəbəkə isə dövlətə məxsus olaraq qalır.
Bununla yanaşı, "Taşir" qrupunun İrəvandakı ofisində axtarışların aparıldığı bildirilir.
Ermənistan İstintaq Komitəsi bu axtarışların orada aparılan cinayət işi üzrə təcili istintaq hərəkətləri çərçivəsində həyata keçirildiyini açıqlayıb.
Xatırladaq ki, "Taşir" qrupunun rəhbəri Samvel Karapetyan 18 iyun tarixində iki ay müddətinə həbs olunub. O, "hakimiyyəti ələ keçirməyə açıq çağırışlar" ittihamı ilə həbs edilib. Bu, onun bir gün öncə Erməni Apostol Kilsəsinin (EAK) müdafiəsinə dair ictimai çıxışından sonra baş verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 02 İyul 2025 12:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















