San Marino Mançester Sitini məsxərəyə qoydu Sizi məğlub edə bilərik
Icma.az bildirir, Teleqraf.com saytına əsaslanaraq.
San Marino millisi ardıcıl məğlubiyyətləri sıralayan İngiltərənin "Mançester Siti" klubunu məsxərəyə qoyub.
Teleqraf.com xəbər verir ki, yığma komanda "X" sosial şəbəkə hesabında "şəhərlilər"ə müraciət ünvanlayıb.
"Salam. Zəhmət olmasa bizə qarşı oynayın. Sizi məğlub edə biləcəyimizi düşünürük”, - deyə müraciətdə bildirilib.
Qeyd edək ki, Pep Qvardiolanın rəhbərlik etdiyi "Mançester Siti" Premyer Liqanın XII turunda "Tottenhem"ə 0:4 hesabı ilə məğlub olub. Komanda ardıcıl İngiltərə Liqa Kubokunda “Tottenhem”ə və “Bornmut”a, ölkə çempionatında “Brayton”a, UEFA Çempionlar Liqasında isə "Sportinq"ə (Portuqaliya) uduzub.
Baxış sayı:118
Bu xəbər 26 Noyabr 2024 00:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















