SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub
Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İsrail ordusu bazar günü Suriyanın cənubundakı Quneytra vilayətinin bir bölgəsinə daxil olaraq müvəqqəti yoxlama-buraxılış məntəqəsi qurub və yoldan keçənləri yoxladıqdan sonra geri çəkilib.
Moderator.az xəbər verir ki, bunu SANA-ya (Syrian Arab News Agency) yerli mənbələr açıqlayıb.
"İki hərbi nəqliyyat vasitəsindən ibarət qüvvə Seydə əl-Qolan kəndi ilə Məzrəət əl-Bəsəli arasındakı yol boyunca irəliləyib. İsrail əsgərləri ərazidən keçən insanları saxlayıb və yoxlayıb, sonra geri çəkiliblər", - məlumatda bildirilib.
Qeyd olunub ki, İsrail 4 hərbi maşınla Dəra vilayətinin kəndlərindən birinə daxil olub və eyni fəaliyyəti həyata keçirib.
"4 hərbi maşında təxminən 150 əsgər olub. İsrail hərbçilərinin qurduğu məntəqələrdə kimlərinsə saxlanılıb həbs olunması barədə məlumat yoxdur", - mənbədən bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:209
Bu xəbər 31 May 2026 15:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















