Sanderlend Barselona nın yarımmüdafiəçinə elçi düşüb
Icma.az xəbər verir, sport24.az saytına əsaslanaraq.
İngiltərə təmsilçisi "Sanderlend" "Barselona"nın yarımmüdafiəçisi Mark Kasadonun transferi üçün danışıqlar aparır. "Qara pişiklər" baş məşqçi Hans-Diter Flikin planlarına daxil olmayan 22 yaşlı yarımmüdafiəçi uğrunda mübarizəyə qoşulub. Sport24.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Kasadonun yaxın günlərdə gələcəyi ilə bağlı qərar verməsi gözlənilir.
Mənbənin sözlərinə görə, yarımmüdafiəçi Səudiyyə Ərəbistanından gələn təkliflərə baxmayaraq, karyerasını Avropada davam etdirmək niyyətindədir. Bir müddət əvvəl "Nottingem Forest" "Barselona"nın yetirməsi üçün əsas namizəd hesab olunurdu. Lakin "Sanderlend" mümkün keçidi qısa vaxtda yekunlaşdırmaq istəyir.
Qeyd edək ki, Kasado 2025/2026 mövsümündə "Barselona"nın heyətində La Liqada 24 oyuna çıxıb, bir məhsuldar ötürmə edib və həmçinin Çempionlar Liqasının altı matçında iştirak edib. Futbolçunun "Barselona" ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 25 Avqust 2026 13:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















