Icma.az
close
up
RU
Sank Peterburqda 12 il əvvəl azərbaycanlını girov saxlayıb öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Sank Peterburqda 12 il əvvəl azərbaycanlını girov saxlayıb öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Icma.az, Report.az portalına istinadən məlumat verir.

Rusiyanın Sank-Peterburq şəhərində 2013-cü ildə Heydər İsmayılovu qayınları ilə əlbir olub bir neçə gün girov saxladıqdan sonra qətlə yetirməkdə təqsirləndirilən Ülfət Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

“Report”un məlumatına görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Esmira Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, o, 14 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2013-cü ilin yanvar ayında baş verib.

İttihama görə, Ülfət Məmmədov və Heydər İsmayılov Ülfətin qayınlarına məxsus Sank-Peterburq şəhərində yerləşən mağazada bir yerdə işləyiblər. Bir müddət sonra Heydər İsmayılovun həmin mağazadan 500 min rubla yaxın vəsaiti kassaya ödəməyərək mənimsədiyi məlum olub. Onlar pulu Heydər İsmayılovdan tələb etdikdə geri qaytarmayıb. Bu səbəbdən Ülfət qayınları Cabir Cəfərov, Zahir Cəfərov və tanışı Tacikistan vətəndaşı Tohir Odiloviçlə əlbir olub Heydər İsmayılovu girov götürüblər. Onu bir neçə gün mənzildə girov saxladıqdan sonra Sank-Peterburq şəhəri yaxınlığında meşəlik əraziyə apararaq qətlə yetiriblər.

O, Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs tərəfindən xüsusi amansızlıqla və başqa cinayəti gizlətməklə əlaqədar adam öldürmə), 120.2.2, 120.2.4, 120.2.9 (xüsusi amansızlıqla aşkar surətdə köməksiz şəxsi xuliqanlıq niyyəti ilə öldürmə), 144.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədi ilə adam oğurluğu) maddələri ilə ittiham edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://report.az
archiveBu xəbər 03 Fevral 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see250

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see227

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see199

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see151

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see140

Qarabağ dan möhtəşəm qələbə: Ağdam 3:2 Frankfurt

21 Yanvar 2026 23:52see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri