Icma.az
close
up
RU
Alman generalı əsir alan ağdamlı QƏHRƏMAN

Alman generalı əsir alan ağdamlı QƏHRƏMAN

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Tarixin ən qanlı savaşlarından biri olan İkinci Dünya müharibəsi təkcə döyüş meydanlarında deyil, insanlıq tarixində də silinməz izlər buraxıb. 9 may – faşizmin məğlub olduğu bu gün Azərbaycan xalqının da şərəf günüdür.

Azərbaycan bu tarixi Qələbəyə sanballı töhfələr verib. Müharibə zamanı ölkədən 600 mindən çox oğul və qız cəbhəyə yola salınıb, onların yarısı döyüşlərdən geri qayıtmayıb. Azərbaycanlı əsgərlərin igidliyi 130-dan çox vətəndaşımıza Sovet İttifaqı Qəhrəmanı fəxri adını qazandırıb. 170 mindən çox əsgər və zabit isə müxtəlif orden və medallarla təltif olunub.

Modern.az bu münasibətlə Sovet İttifaqı Qəhrəmanı, nasist general-leytenant İohan Fon Rodenburqu əsir alan Həmzə Sadıqovun oğlu Firdovsi Sadıqovla söhbətləşib.

Ağdamlı qəhrəman

Firdovsi Sadıqov atasının Ağdam şəhərində doğulduğunu bildirib:

“Ailəmiz əslən Şuşadandır, lakin sonradan Ağdama köçüblər. Atam da burada dünyaya gəlib. 1938-ci ildə hərbi xidmətə çağırılıb, 1940-cı ildə artilleriya məktəbini topçu kimi bitirib. Həmin dövrdə kəşfiyyat təlimi də alaraq Baş Kəşfiyyat İdarəsinin 4-cü korpusunda xidmətə başlayıb”.

Onun sözlərinə görə, Həmzə Sadıqov batalyonu ilə birlikdə əsirlikdə saxlanılan yəhudi uşaqlarını azad etmək üçün alman generalı İohan Fon Rodenburqu mühasirəyə alıb:

“Generalın rəhbərlik etdiyi 76-cı piyada diviziyası Stalinqraddakı Qırmızı Oktyabr zavodunun ətrafında yerləşirdi. Atam həmin ərazini mühasirəyə alaraq Rodenburqu əsir götürür. Bu əməliyyat zamanı bir neçə güllə yarası alsa da, yəhudi uşaqları xilas edə bilmişdi. Onun dəstəsi generalla birgə 200-dən artıq əsgər və zabiti, eləcə də onların silah və ləvazimatlarını ələ keçirib”.

Sadıqova  Sovet İttifaqı Qəhrəmanı adı niyə verilməyib?

Firdovsi Sadıqovun sözlərinə görə, bu uğura görə atası Sovet İttifaqı Qəhrəmanı adına layiq görülsə də, siyasi intriqalar buna mane olub:

“Əslində atama qəhrəman adı verilməliydi, lakin Anastas Mikoyan buna imkan vermədi və bu ad bir erməniyə verildi. Səbəb isə atamın Marşal Baqramyanın keçmişi barədə məlumat əldə etməsi idi. Baqramyan 1918–1921-ci illərdə Daşnaksütun partiyasının üzvü olub və azərbaycanlılarla yanaşı yəhudi və türklərin də qanına bais olub. Atamın bu faktları üzə çıxarmasından sonra onunla düşmən oldular”.

Azərbaycanlı qəhrəmana sui-qəsd planı

Müsahibimiz bildirib ki, Həmzə Sadıqovun soyadı rəsmi sənədlərdə “Sadıqaşvili” kimi qeyd olunduğundan və milliyyəti “gürcü” göstərildiyindən, ona qarşı sui-qəsd planları uğursuz olub:

“Mikoyan onu aradan götürmək istədi, amma Stalinə görə cəsarət etmədi. Bu gün atam haqqında kitab hazırlanıb və Holokost qurbanlarına həsr olunmuş tədbirdə təqdim edilib. Yəhudi təşkilatlarından minnətdarlıq məktubları almışam. Bu işdə mənə dağ yəhudilərinin ağsaqqalı Melix Yevdayev böyük dəstək göstərib. Atamın xatirəsi bu gün də bizimlədir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:186
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 May 2025 10:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see783

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see526

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see315

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see294

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see286

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see269

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see259

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see248

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see247

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see245

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see242

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see235

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see231

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see228

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see225

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see203

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see201

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see190

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see184

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri