Icma.az
close
up
RU
Sankt Peterburqda 20 Yanvar hadisələrinin ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib AZƏRTAC

Sankt Peterburqda 20 Yanvar hadisələrinin ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib AZƏRTAC

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Sankt-Peterburq, 20 yanvar, AZƏRTAC

Azərbaycanın Rusiyanın Sankt-Peterburq şəhərindəki Baş Konsulluğunda “20 Yanvar – Qan yaddaşımız və qəhrəmanlıq tariximiz” mövzusunda dəyirmi masa keçirilib. Tədbir çərçivəsində 20 Yanvar faciəsini əks etdirən fotolardan ibarət sərgi də açılıb.

AZƏRTAC xəbər verir ki, Baş Konsulluqda Azərbaycanın dövlət bayrağı yarıya qədər endirilib və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Baş konsul vəzifəsini icra edən Anar Yusifzadə 1990-cı ilin 20 Yanvar günü Azərbaycan tarixinin həm kədərli səhifəsinin, həm də azadlığa gedən yolda canlarını qurban verən Vətən övladlarının misilsiz fədakarlıqları ilə qəhrəmanlıq səhifəsinin yazıldığını bildirib.

Diplomat qanlı faciəyə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilməsi məsələsinin Ümummilli Lider Heydər Əliyevin sayəsində həllini tapdığını deyib. O, faciənin ertəsi günü - yanvarın 21-də Ulu Öndər Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqla birgə olduğunu, baş vermiş faciənin hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu bəyan etdiyini, Azərbaycan xalqına qarşı edilən tarixi cinayət adlandırdığını qeyd edib.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il Vətən Müharibəsi və 2023-cü ilin sentyabrında həyata keçirilən uğurlu antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi ilə bütün şəhidlərimizin ruhunun şad olduğu anım tədbiri iştirakçılarının diqqətinə çatdırılıb.

Sankt-Peterburqda Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Vaqif Məmişov çıxışı zamanı 20 Yanvar faciəsinin Azərbaycan xalqına və insanlıq əleyhinə törədilmiş terror aktı olduğunu, məhz Ulu Öndər Heydər Əliyevin sayəsində hadisələrə ilk hüquqi qiymətin verildiyini, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 20 Yanvar şəhidlərinin ailələrinə və əlillərə daim dövlət qayğısının göstərildiyini, şəhidlərin əziz xatirəsinin hər zaman dünya azərbaycanlıları tərəfindən ehtiramla yad edildiyini vurğulayıb.

Türkiyənin Sankt-Peterburqdakı baş konsulu Özgün Talu da Azərbaycan dövlətinə və xalqına başsağlığı verib. O, müstəqillik yolunda canlarından keçmiş şəhidlərin xatirəsinin Türkiyə tərəfindən hər zaman uca tutulduğunu və Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi ilə şəhidlərin ruhunun artıq rahatlıq tapdığını bildirib.

Sonda 20 Yanvar faciəsindən bəhs edən “Qanlı şənbə gecəsi” sənədli filmi nümayiş etdirilib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Sankt-Peterburq 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Yanvar 2025 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see267

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see220

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see218

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see202

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see135

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see131

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see131

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see129

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see129

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see128

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri