Icma.az
close
up
RU
Şanlı tarixə malik qalib ordu ŞƏRH

Şanlı tarixə malik qalib ordu ŞƏRH

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü xalqımızın milli qürur, şərəf və qələbə bayramıdır. Bu əlamətdar gün müasir, qüdrətli və müzəffər Azərbaycan Ordusunun keçdiyi şanlı inkişaf yolunun, xalq və ordu birliyinin ən bariz təzahürüdür. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində əsası qoyulan müasir ordu quruculuğu prosesi, bu gün Azərbaycanı regionun və dünyanın ən güclü, hazırlıqlı hərbi güclərindən birinə çevirib. Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsi və ondan sonrakı uğurlu hərbi əməliyyatlar ordumuzun gücünü, əsgər və zabitlərimizin rəşadətini bütün dünyaya nümayiş etdirdi. Otuz ilə yaxın davam edən torpaq həsrətinə son qoyan bu tarixi zəfər, təkcə hərbi gücün deyil, həm də sarsılmaz milli iradənin qələbəsi idi. Bu şanlı tarixin, böyük xilaskarlıq missiyasının və möhtəşəm hərbi nailiyyətin mərkəzində isə uzaqgörən strateq, qətiyyətli rəhbər – Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev dayanır.

Azərbaycanda nizamlı və peşəkar ordunun formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ildə Ulu Öndərin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra pərakəndə silahlı qruplaşmalar ləğv edildi, vahid komandanlığa tabe olan nizami ordu quruculuğuna start verildi. 1998-ci il iyunun 22-də imzalanan Fərmanla 26 iyun tarixi Silahlı Qüvvələr Günü elan olundu. 2003-cü ildən etibarən bu strateji kurs Prezident İlham Əliyev tərəfindən keyfiyyətcə yeni mərhələyə qaldırıldı. Ölkənin iqtisadi imkanlarının artması ilk növbədə müdafiə potensialının gücləndirilməsinə yönəldildi. Son illərdə Azərbaycanda müasir hərbi-sənaye kompleksi yaradıldı, ordumuz ən müasir silahlar, pilotsuz uçuş aparatları, yüksək dəqiqlikli raketlər və zirehli texnikalarla təchiz olundu. Lakin ən böyük sərmayə insana – vətənpərvər, yüksək intizamlı və döyüş ruhlu yeni nəsil hərbçilərin yetişdirilməsinə qoyuldu.

Müzəffər Ali Baş Komandan İlham Əliyev təkcə hərbi sahədə deyil, həm də diplomatik və informasiya cəbhəsində böyük bir dövləti qələbəyə hazırladı. O, dünya kürsülərindən Azərbaycanın heç vaxt işğalla barışmayacağını, torpaqlarımızın nəyin bahasına olursa-olsun azad ediləcəyini qətiyyətlə bəyan edirdi. 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq başlayan Dəmir Yumruq əməliyyatı Ali Baş Komandanın strateji zəkası və sərkərdəlik məharətinin nümayişi oldu. Onun rəhbərliyi ilə həyata keçirilən düzgün hərbi strategiya, müasir hərb elminin ən son yeniliklərinin tətbiqi və ordunun yüksək peşəkarlık səviyyəsi sayəsində düşmənin uzun illər boyu qurduğu, keçilməz hesab olunan istehkamlar darmadağın edildi. Cəmi 44 gün ərzində düşmənin hərbi texnikası və canlı qüvvəsi iflic edildi, əsrin hərbi möcüzəsi hesab olunan Şuşa əməliyyatı ilə dünya hərb tarixinə yeni səhifə yazıldı və düşmən kapitulyasiya aktına imza atmağa məcbur edildi.

Müzəffər Ali Baş Komandanın uzaqgörən siyasəti təkcə 44 günlük müharibə ilə məhdudlaşmadı. Ordumuzun gücü və dövlətimizin qətiyyəti sayəsində 2023-cü ilin sentyabrında keçirilən cəmi 23 saatlıq antiterror tədbirləri nəticəsində separatizmin kökü birdəfəlik kəsildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xankəndidə, Xocalıda, Ağdərədə və Xocavənddə dövlət bayrağımızı ucaltması ilə ölkəmizin bütün ərazilərində suverenliyimiz tam və qəti şəkildə bərpa olundu. Bu, Azərbaycanın çoxəsrlik tarixində analoqu olmayan, hər bir vətəndaşımızın qəlbini qürurla dolduran tarixi bir nailiyyətdir.

Bu gün işğaldan azad edilmiş torpaqlarımızda ucaldılan və əzəmətlə dalğalanan üçrəngli dövlət bayrağımız Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan tarixi nailiyyətin ən parlaq rəmzidir. Azərbaycan Silahlı Qüvvələri artıq öz ərazi bütövlüyünü bərpa etmiş, regionda tamamilə yeni geosiyasi reallıqlar yaratmış zəfər ordusu kimi Silahlı Qüvvələr Gününü qeyd edir. Azad olunmuş torpaqlarda yaradılan yeni hərbi infrastruktur və Komando hərbi hissələri ordumuzun müdafiə qabiliyyətini daha da sarsılmaz edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, biz bundan sonra da hərbi qüdrətimizi artıracağıq və Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni icra etməyə qadirdir.

Bu müqəddəs bayram günündə torpaqlarımızın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən, bizə qalib xalq olmaq xoşbəxtliyini bəxş edən müqəddəs şəhidlərimizi dərin ehtiram və rəhmətlə yad edir, qazilərimizə uzun ömür, cansağlığı diləyirik. Şəhidlərimizin qanı və canı bahasına qazanılan bu qələbə Azərbaycan durduqca yaşayacaqdır. Bizə bu böyük tarixi nailiyyəti və qüruru yaşadan Müzəffər Ali Baş Komandana və onun rəşadətli, qəhrəman ordusuna minnətdarıq. 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü mübarək olsun!

Eşq olsun Azərbaycan Ordusuna!

İlqar İlyasov

Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 24 İyun 2026 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see328

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see322

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see321

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see305

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see304

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see287

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see287

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see283

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see270

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see249

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see240

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see235

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see234

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see234

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see227

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see224

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see202

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see201

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri