Icma.az
close
up
RU
Şantaja görə həbs olunan sayt rəhbərinin cəzası azaldıldı

Şantaja görə həbs olunan sayt rəhbərinin cəzası azaldıldı

Pravda.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ali Məhkəmədə hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən Nicat Baxşəliyevin (Ocaqlı) barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti qismən təmin edilib. Məhkumun Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin çıxardığı qərar dəyişdirilib. Nicat Baxşəliyevin 2021-ci ilin oktyabr ayında zərərçəkmiş şəxsə qarşı hədə-qorxu ilə tələb etmə cinayətini törətmədiyinə görə həmin dövrə aid epizod üzrə təqsirli bilinərək məhkum olunmasına, məhkum olunmuş şəxsin hədə-qorxu ilə tələb etmə cinayətini təkrarən törətməsinə dair müddəalar Şəki Apellyasiya Məhkəməsinin qərarından və onunla bağlı Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmündən xaric olunub və bu əsaslarla onun 2022-ci ilin oktyabr ayında törətdiyi hədə-qorxu ilə tələb etmə cinayət əməli Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsindən həmin Məcəllənin 182.1-ci maddəsinə tövsif edilib. Ona bu maddə əsasında, 3 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunub.

Xatırlatma: Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nicat Ocaqlı 5 il 6 ay azadlıqdan məhrum edilmiş və məhkəmə zalında həbs olunmuşdu. Şəki Apellyasiya Məhkəməsi şikayəti təmin etməmişdi.

İttihama görə, Nicat Baxşəliyev rəhbəri olduğu "amia.az" saytı vasitəsilə ayrı-ayrı şəxslər barəsində neqativ xarakterli yazlar yazmaqla onlara təzyiq edərək, hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirləndirilir. Təqsirləndirilən şəxs barəsində Yevlax şəhərindəki orta məktəblərin birinin direktorunun şikayəti əsasında cinayət işi başlanıb.

Kamal Məmmədov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:105
embedMənbə:https://pravda.az
archiveBu xəbər 05 Fevral 2025 08:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Musiqinin beyinə təsiri: Stressi cəmi 8 dəqiqəyə azaldan mahnı açıqlandı (VİDEO)

31 May 2025 20:03see192

İrəvan separatçıları və qanuni hədəfimiz

31 May 2025 09:09see171

Qurbanovdan sərt reaksiya: “Ən bərbad hakimlik idi”

31 May 2025 22:12see159

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see132

İspaniya təmsilçisi Fernando Torreslə müqavilə müddətini uzadıb

31 May 2025 02:02see127

Çelsi Joao Feliksdən qurtulmağın yollarını axtarır

31 May 2025 01:21see127

Sizi varlı göstərəcək 3 çanta modeli FOTO

31 May 2025 18:46see123

“Vəfa” yenidən səhnədə

01 İyun 2025 01:08see123

Küsülü idilər, səhnədə barışıb evlilik təklif etdi VİDEO

31 May 2025 20:02see119

Hakimlik haqda nəsə demək istəmirəm Elvin Cəfərquliyev

31 May 2025 22:58see118

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see117

Kallas Rusiya ilə Çinin yaxınlaşmasını dövrümüzün ən böyük problemi adlandırıb

31 May 2025 12:34see117

Abşeronda “təndirxana dələduzluğu”

31 May 2025 15:33see117

Gicitkəndən dondurma hazırlandı

31 May 2025 15:11see116

Miss Vorld 2025 in qalibi müəyyənləşdi Foto

31 May 2025 22:09see116

Barselona danışıqlarda irəlilədi

31 May 2025 19:01see115

“OPEC+”un 8 ölkəsi iyulda hasilatı 411 min barel artırmaqla bağlı razılığa gəlib

31 May 2025 16:46see115

Mələksima Qumru quşu

01 İyun 2025 01:19see115

KƏND HƏYATINDA UŞAQ SEVİNCİ... FOTOLAR

31 May 2025 23:11see114

NASA və Harvard qurban seçildi Tramp nəyi dəyişmək istəyir?

31 May 2025 22:36see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri