Icma.az
close
up
RU
Santos özünü ən yaxşı sayır: “Qarabağ”ı 3:0 hesabı ilə udmalı idik” MÜSAHİBƏ

Santos özünü ən yaxşı sayır: “Qarabağ”ı 3:0 hesabı ilə udmalı idik” MÜSAHİBƏ

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Araz-Naxçıvan”ın braziliyalı yarımmüdafiəçisi Felipe Santosun futbolinfo.az saytına müsahibəsi

– Ölkə kubokunun yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində “Qarabağ”a qalib gəlməyi (1:0) bacardınız. Matçla bağlı fikirləriniz necədir?

– Çətin oyun idi. Əslində, 3:0 hesablı qələbəni haqq edirdik. Ancaq real qol vəziyyətlərindən yararlana bilmədik. Buna baxmayaraq, qalib gəldiyimiz üçün xoşbəxtəm.

– “Araz-Naxçıvan”a qələbə qazandıran qola siz imza atdınız. Penaltini yerinə yetirərkən narahat idiniz?

– Qətiyyən narahat deyildim. Hər gün penalti məşqləri edirəm, buna görə də özümə çox güvənirəm. İnanıram ki, Azərbaycanda ən yaxşı penalti vuran futbolçu mənəm. Komandaya faydalı ola bildiyim üçün məmnunam.

– “Qarabağ”la cavab matçında da lazımi nəticəni əldə edərək finala çıxa biləcəksiniz?

– İkinci oyunda daha inamlı və diqqətli oynamalı, ən yaxşı oyunumuzu keçirməliyik. Çünki finalın bir addımlığındayıq. Bizi olduqca çətin matç gözləyir. Favorit “Qarabağ”dır, ancaq biz də keyfiyyətli komandayıq.

– Maraqlıdır, Azərbaycan Kubokunun finalında hansı komanda ilə qarşılaşmaq istərdiniz: “Sabah”la, yoxsa “Neftçi” ilə?

– Əsas məsələ finala çıxmaqdır. Həlledici oyunda hansı rəqiblə qarşılaşacağımız elə də önəm kəsb etmir. Bütün diqqətimizi finala çıxmağa yönəldəcəyik. Buna nail olmaq üçün əlimizdən gələn hər şeyi edəcəyik.

– Qarşıda sizi “Sumqayıt”la çempionat oyunu gözləyir. Meydanı 3 xalla tərk etməyi bacaracaqsınız?

– Çox çətin oyun olacaq. Azərbaycan liqasında asan rəqib yoxdur. Qalib gəlmək üçün bütün gücümüzü meydanda qoyacağıq. Əsas məqsədimiz avrokuboklara çempionat vasitəsilə vəsiqə qazanmaqdır. Növbəti oyunda bu istəyimizə bir qədər də yaxınlaşmaq üçün çox yaxşı şansımız var.

– Kubokdan fərqli olaraq, komandanız çempionatın son 8 turunda qələbə qazana bilməyib. Bunun səbəbi nədir?

– Pis dövr keçirdik. Amma kubokda “Qarabağ” kimi güclü komandaya qalib gəlmək yaxşı oldu. Bu qələbə bizə inam verdi və göstərdi ki, növbəti oyunlarda da qələbə qazana biləcək keyfiyyətli komandamız var.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 05 Aprel 2025 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see180

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see177

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see175

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see158

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see156

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see148

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see147

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see145

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see135

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see133

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri