Santuş: Qalib gələ bilmədiyimiz üçün məyusuq
Icma.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Qalib gələ bilmədiyimiz üçün məyusuq".
Reyting.az xəbər verir ki, bunu Azərbaycan yığmasının baş məşqçisi Fernandu Santuş UEFA Millətlər Liqasının V turunda Estoniya ilə keçirilən və 0-0 bitən matçdan sonra mətbuat konfransında söyləyib.
Baş məşqçi qazanmaq üçün əllərindən gələni etdiklərini deyib: "Rəqib komandanın qapıçısı çox yaxşı oyun nümayiş etdirdi. İlk 20 dəqiqə bərabər səviyyədə keçdi. Demək olar ki, hər iki komanda təhlükəli qol epizodları yarada bilirdi. 20 dəqiqədən sonra isə futbolçularım ancaq hücum futbolu nümayiş etdirdilər. Əlimizdən gələni etsək də, qalib gələ bilmədik. Futbolda bu cür nəticələr olur. Futbolçularımız bu oyuna xüsusi yanaşırdılar. Qalib gələ bilmədiyimiz üçün məyusuq. Rəqib komanda çox yaxşı müdafiə olunurdu".
Baxış sayı:125
Bu xəbər 17 Noyabr 2024 00:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















