Icma.az
close
up
RU
Santuş üçün son sınaq millimiz Macarıstanı uda bilməsə...

Santuş üçün son sınaq millimiz Macarıstanı uda bilməsə...

Sportal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Fernandu Santuşu millimizi rəsmi-yoldaşlıq oyunları qarışıq 9 matça çıxarıb. Qələbə yoxdur! Portuqaliyalı mütəxəssis bir neçə dəfə sistem dəyişikliyinə getsə də, oyun anlamında da ortada ciddi heç nə yoxdur. 

Sadəcə ilk gəldiyi vaxtlar daha açıq futbol oynatmağa çalışırdı millimizə. Sonra ona başa saldılar ki, burada "ömrünü uzatmaq" istəyirsənsə, müdafiyə yönümlü futbola üstünlük verməlisən. Qulağına pıçıldadılar ki, eyni nəsihəti AFFA-nın keçmiş rəhbəri Elxan Məmmədov millinin sabiq məşqçisi De Byaziyə də vermişdi. İtalyan minimal nəticələr sayəsində bir neçə il cibini doldurdu ölkəmizdə, indi isə heç kimə lazım deyil... 

Maraqlı tendensiya odur ki, millimizdə işləyən mütəxəssislər buradan gedəndən sonra heç kimə lazım olmur. Berti Foqts, Nikola Yurçeviç, De Byazi. Yalnız Prosineçki istisna kimi qəbul oluna bilər. Amma çətin ki, onun da məşqçi kimi böyük karyerası olsun. 

Santuş da Azərbaycanı tərk eləyəndən sonra ciddi bir iş tapa bilməyəcək. Avropada artıq hamının futbol oynamağı öyrəndiyini tez-tez deyirik. Amma yalnız futbol oynamağı yox, hamı həm də bu oyunun idarəetmə tərəfini, inkişaf yolunu düzgün istiqamətləndirməyi öyrənib. Bizim təfəkkürdə tək-tük federasiyalardan başqa heç kim milli komandanın başına adına görə məşqçi gətirmir. Belə təyinatlar zamanı ölkə futbolunun reallıqları, futbolçu potensialı, mental özəlliklər dərindən təhlil olunur və buna uyğun qərar çıxarılır.
Kor-koranə, adına və keçmişdə qalan nəticələrinə görə, Santuşu milliyə gətirənlər də nə böyük səhv etdiklərini anlayıblar. Əvvəllər hərdənbir qələbə qazanmağımız var idisə, daha onu da yadırğamışıq. Millimiz Macarıstanla bugünkü yoldaşlıq oyununda qələbə qazana bilməsə, böyük ehtimalla qarşıdakı 6 rəsmi matçda da qələbə görməyəcək. 

Santuş özü bunu qəbul etmək istəməsə belə, bu gün onun üçün son sınaqdır. Nəticədən asılı olaraq, ya o yanlıq, ya da bu yanlıq olacaq! 

Həmid

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:153
embedMənbə:https://sportal.az
archiveBu xəbər 10 İyun 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see400

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see311

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see291

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see281

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see272

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see268

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see260

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see260

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see259

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see240

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see225

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see217

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see215

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see214

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see213

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see209

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see204

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri