Icma.az
close
up
RU
Santuşun futbolumuzu 5 10 il geri atması, pulumuzu xərcləməsi üzücü idi MÜSAHİBƏ

Santuşun futbolumuzu 5 10 il geri atması, pulumuzu xərcləməsi üzücü idi MÜSAHİBƏ

Icma.az, Sportal.az portalına istinadən məlumat yayır.

Azərbaycan millisinin veteran futbolçusu Əfran İsmayılov Sportal.az saytına müsahibə verib.

- Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş istefaya göndərildi. İslandiya məğlubiyyətindən sonra bu xəbərin olacağını yəqin ki, gözləyirdin?

- İstefaya çoxdan göndərilməliydi. Gəldiyi gündən demişik ki, Santuş artıq xərcdir. Belə komandalarda fayda verməyən məşqçinin millimizdə nəsə etməyəcəyi aydın idi, görünürdü. Nəticələr də göstərdi ki, Santuşun təyinatı artıq xərc və vaxt itkisidir. Bu xəbəri gözləyirdim də. Cahangir Fərəcullayevə alqış düşür. Sözünü dedi və arxasında dayandı, Santuşu istefaya göndərdi. Neçə oyun idi ki, bu söhbətlər açılırdı, deyirdilər istefaya gedəcək, lakin getmirdi. Amma Cahangir müəllim bu məsələ ilə məşğul oldu, dediyini etdi. Təşəkkürümüzü bildirməliyik.

- Portuqal mütəxəssis postundan göndərildisə, millidəki problemlər başa çatdıki?

- Əlbəttə ki, problemlər başa çatmış olmayacaq. Təkcə Santuşda günah yox idi. Azərbaycan futbolunda problemlər var. Bu da danılmazdır. Yerli məşqçinin gəlməsi, ona illərlə şans verilməsi, komandanı bir yerlərə gətirib-çıxarması vacibdir. Onsuz da real danışsaq, bu qrupda 1 xal götürsək, böyük nəticədir. Santuşun Azərbaycanda qalması, futbolumuzu 5-10 il geri atması, üstəlik pulumuzu xərcləməsi üzücü idi. Santuş mövzusu bitməli idi. Bundan sonra yeni strategiya inkişaf fonunda baş məşqçi gəlməlidir. Onu yönləndirməliyik. Azərbaycan futbolunu, mentatlitetimizi bilən, futbolçularımızı tanıyan biri lazımdır. Allah qoysa, belə məşqçi gələr və millimizi inkişaf etdirər.

- Ümumiyyətlə, Santuş milliyə bir qələbə belə, qazandıra bilmədi. Son məğlubiyyət bir yana, ümumilikdə Santuşun millidəki dönəminə nə ad vermək, necə qiymətləndirmək olar?

- Heç nə. Yalnız vaxt itkisi idi. Azərbaycan futbolunu 5-10 il geriyə atdı. Üstəlik, pullarımızı "yedi".

- Milli komandanı bu gün Ukrayna ilə oyuna Ayxan Abbasov çıxaracaq. Səncə, qısa dönəmdə millini psixoloji və taktiki sarıdan hazırlayıb, oyuna çıxarmaq və hansısa nəticəyə iddia etmək mümkün olacaq?

Gözəl xəbərlərdən biridir. Düzdür, Arif Əsədov bir müddət işlədi. Amma çoxdan idi ki, millini yerli mütəxəssis matçlara çıxarmırdı. Çox çətin olacaq. Qrupumuzda azca zəif görünən İslandiya idi, onlara qarşı elə oynadıqsa...Ukraynaya qarşı yaxşı motivasiya ilə çxııb, ən azından yaxşı oyun göstərmək lazımdır. Uduzsaq da, kişi kimi uduzmaq lazımdır. İnanıram ki, Ayxan müəllim bu işi bacaracaq.

- Yəqin ki, yaxın günlərdə A millinin yeni baş məşqçisi açıqlanacaq. Milli komandaya namizədin kimlərdir? Qurban Qurbanov, Rəşad Sadıqov, Elmar Baxşıyev, Ayxan Abbasov namizədlər arasında göstərilir...

- Santuş üçün verilən pulları uşaq futboluna, meydançaların inşasına, Azərbaycan futbolunun inkişafına yönləndirək, daha səmərəli istifadə etmək olar. Millimizə azərbaycanlı məşqçini tapşırmaq, ona şans verib, onu bir müddt gözləmək lazımdır. Azərbaycanlı məşqçi mentalitetimizi, oyunçularımızı yaxşı bilir. Adlar çəkilənlərinhamısı namizədlərdir. Xeyirlisi kimdirsə, o da olsun. Əsas odur ki, millimiz bundan qazansın. 

Mirbağırağa

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://sportal.az
archiveBu xəbər 09 Sentyabr 2025 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see241

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see229

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see198

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see183

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see163

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see163

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see154

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see154

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see153

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see151

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see150

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see147

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see143

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see139

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see136

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see135

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri