Icma.az
close
up
RU
Santuşun təyinatı zamanı yazılan yazı VİRTUAL SÖHBƏT

Santuşun təyinatı zamanı yazılan yazı VİRTUAL SÖHBƏT

Sportal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İcraiyyə Komitəsinin üzvləri yığışıblar, Santuşu da hesabat verməyə çağırıblar. Qarşıdan AVRO-2028 gəlir. Hədəflər böyük, inam çox azdır. Millətlər Liqasında uğursuz nəticələrdən sonra heç kim gələcək barədə ümidli danışa bilmir. 

Yuxarı başda əyləşən AFFA prezidenti Rövşən Nəcəf sözə haradan başlayacağını müəyyənləşdirə bilmədiyi üçün iclas otağında qeyri-müəyyənlik hökm sürür. Hamı ona baxır, Santuşu Azərbaycan futboluna urcah eləyən adama. Rövşən Nəcəf özü də yaxşı anlayır ki, istəsə də, istəməsə də xoş olmayan söhbəti açmaq onun üzərinə düşür.

- Cənab Santuş, eeeee... mən, yox biz, elə mən özüm də, yəni hamımız millinin oyunundan da, nəticələrdən də narazıyıq.  

Rövşən Nəcəf yalnız indi fərqinə vardı ki, onu tər basıb, heç kim diqqət eləməsə də, əlləri də bir az titrəyir. Yox, təbii ki, Santuşdan çəkinəcəyi yoxdur. Amma həyəcanlıdı. Qabağındakının Avropa çempionu olması, nailiyyətləri və təcrübəsini nəzərə alanda ona narazılıq eləməyin sıradan bir hadisə olmadığını başa düşürdü. Hər halda bütün sıxıntılara rəğmən AFFA prezidenti ağlındakını dilə gətirdi, üstündən elə bil ağır yük götürdülər. İndi davamını gətirmək lazımıydı, narazılığın səbəblərini açmaq üçün sözünə davam etdi.

-Cənab Santuş, biz sizi dəvət eləmişdik ki, millimiz gözəgəlimli futbol oynasın, uğurlu nəticələr qazanaq. Amma 2 il keçib, ciddi şəkildə dəyişən bir şey yoxdur. Əslində, mənim leksikonuma uyğun məsəl deyil, amma bizdə belə bir söz var - "köhnə hamam, köhnə tas". Millimizdəki vəziyyət elə bu məsələ bənzərdi. 

Fernando Santuş ağır-ağır nəfəs alaraq beynində gənc AFFA prezidentinə verəcəyi cavabı götür-qoy edirdi. Elə danışmaq lazımıydı ki, həm özü günahkar çıxmasın, həm də Rövşən Nəcəfi günahkar çıxarmasın. Nə də olmasa, onun Azərbaycana gəlib böyük pullar qazanmasına səbəbkar qarşısındakı adam idi. 

- Sizi yaxşı başa düşürəm, Rövşən bəy. İstəyirsiz ki, milliniz yaxşı nəticələr qazansın. Bunu mən də istəyirəm, bəlkə sizdən də çox istəyirəm. Amma bayaq dediyiniz bir məsəl var idi. Tam anlamasam da, deməliyəm ki, hamam köhnə olandan sonra tasın təzə olması ciddi dəyişikliyə səbəb ola bilməz. Sizdə ümumi futbolun səviyyəsi aşağı, böyük hədəflər üçün futbolçularınız yox, amma mənə deyirsiz ki, böyük uğurlar qazan. Futbolda lift yoxdur, pilləkənlər var. Asta-asta, mərtəbə-mərtəbə, mərhələ-mərhələ inkişaf etmək lazımdır. Səbirli olun. 

- Sizə qədər millimizdə işləyən əcnəbilərin demək olar hamısı eynən belə danışırdı. Hərçənd, hər biri yeni müqavilə bağlayanda parlaq gələcək, böyük nəticələr vəd edirdilər. Sonradan isə... İndi siz də onlar kimi danışmağa başlamısız. Bəs, əvvəldən niyə demirdiniz ki, qarşıya qoyulan hədəflərə çatmaq mümkünsüzdür. O vaxt belə açıq danışsaydız, sizin əvəzinizə milliyə yerli məşqçi təyin edərdik. Camaat qınamızdı ki, bacardığımız budur...

-Oğlum, sən cavansan, hələ futbolda nə görmüsən ki... Sizdən çox sərfəli təklif gəlmişdi. Arada olan adamlar da demişdilər ki, AFFA rəhbərliyində tanınmış adlara düşkünlük var. Yəni məşqçinin yaşı, iş prinsipləri, onların yığmasına nə qədər uyğun olması heç kimə maraqlı deyil. Əsas odur ki, adlı-sanlı biri olsun. Mən olmayım, yerimdə başqası olsun. O cür təklifdən kim imtina edərdi axı? Gəlib heç nə eləyə bilmərəm də deyə bilməzdim. Ona görə belə vədlər vermişdim. Allah da şahiddir ki, əlimdən gələn hər şeyi etdim. Amma olmayanda olmur da.

-Bəs, indi neyləyək? Qarşıdan AVRO-2028 gəlir. Camaat bizdən uğurlu çıxış gözləyir. Amma biz nəinki final mərhələsinə çıxa bilərik, heç qrupda 3-cü yeri tutacağımız da inandırıcı deyil. 

-Orası elədir. Məsələyə real yanaşsaq, final mərhələsinə düşməyimiz mümkünsüzdür. Amma yenə də cəhd edərik. Bir-iki sözlə camaata da ümid verərik. Sonrası da ki, sizlərin çox tez-tez işlətdiyi bir söz var - Allah kərimdir. 

-Cənab Santuş, bilmirəm buranın havasındandırmı, ya suyundanmı, amma bura gələn əcnəbilərin əksəriyyəti qısa müddətdən sonra çevrilib bizim kimi olurlar. Çox qəribədir. Nəysə... Bunları sonra danışarıq. Əsas odur ki, gəlin görək, millini nə edirik. Sizə, nə var, çıxıb gedəcəksiz. Mən qalacam camaatın ağzında. 

-Mən neyləyə bilərəm, əlimdə sehirli çubuq yoxdur ki... 

-Belə başa düşürəm təcili yeni məşqçi axtarmalıyıq.

-Baxın da, nətər məsləhətdi. Mən ağsaqqal adamam. Bundan sonra çətin ki, haradansa dəvət alım. Təzminatımı verin gedim. Onsuz da pulunuz çoxdur. 

Kabinetindəki daxili telefonun zəngi Rövşən Nəcəfi diksindirdi. Fikrə dalmışdı. Bayaqdan xəyalən millinin baş məşqçisi Fernando Santuşla danışırdı. İndi başa düşdü ki, portuqaliyalı məşqçi ilə yolları ayırmaq asan olmayacaq. AVRO-2028-də uğurlu nəticə qazanmaq da həmçinin. Fikirlərindən ayrılıb dəstəyi qaldırdı. Neft sahəsi ilə əlaqəli vacib bir məsələylə bağlı qərar vermək lazım idi...

Emin Abbasov

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://sportal.az
archiveBu xəbər 06 Sentyabr 2025 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see198

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see151

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see141

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see140

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see133

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see132

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see132

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see129

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see128

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see128

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see121

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri