Icma.az
close
up
RU
Şanxaydan Bakıya: Böyük Avrasiyanın Azərbaycan yolu

Şanxaydan Bakıya: Böyük Avrasiyanın Azərbaycan yolu

Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.

"25 illik yubileyini qeyd edən Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) dünya siyasətində Qərb institutlarından kənarda formalaşan ən böyük siyasi məkanlardan birinin hansı istiqamətə getdiyini yenidən gündəmə gətirir.

Çin, Rusiya, Hindistan, Pakistan, İran, Belarus və Mərkəzi Asiya dövlətlərini birləşdirən təşkilat artıq yarandığı dövrün sərhəd təhlükəsizliyi platformasından daha böyük iqtisadi və siyasi gücə çevrilir. Enerji, nəqliyyat, ticarət, rəqəmsallaşma, təhlükəsizlik və yeni maliyyə institutları ŞƏT-in gündəliyində getdikcə daha böyük yer tutur".

BAKU.WS xəbər verir ki, bu fikirləri Oxu.Az-a açıqlamasında deputat Zahid Oruc deyib.

O bildirib ki, Prezident İlham Əliyevin avqustun 31-də ŞƏT tədbirlərində iştirak etmək üçün Bişkekə səfəri Azərbaycanın Avrasiya məkanındakı mövqeyinə yeni rakursdan baxmağa imkan verir:

"Sentyabrın 1-də keçiriləcək sammitə təşkilatın üzvləri ilə yanaşı Azərbaycan, Türkiyə, Ermənistan, Monqolustan, Laos, Vyetnam və digər dövlətlərin rəhbərləri, həmçinin beynəlxalq təşkilatların nümayəndələri qatılır. ŞƏT artıq öz formal sərhədlərindən kənarda daha geniş tərəfdaşlıq coğrafiyası yaradır.

Azərbaycan 2015-ci ildən ŞƏT-in dialoq tərəfdaşıdır. 11 il əvvəl Azərbaycan Qarabağ münaqişəsinin həlli üçün beynəlxalq siyasi imkanlarını genişləndirməyə çalışan dövlət idi.

İndi milli iradəsi və güclü ordusu ilə ərazi bütövlüyünü və suverenliyini təmin etmiş Azərbaycan Qələbəsinin legitimliyini qlobal məkanda möhkəmləndirir, sülh gündəliyi ilə yerləşdiyi regiona və dünyaya müharibədən çıxış modelini təqdim edir. Bakı artıq beynəlxalq təşkilatlara yalnız milli problemin həlli üçün siyasi dəstək axtaran paytaxt kimi getmir. Ölkəmizin siyasi çəkisinin artması, Cənubi Qafqazı Orta Asiya və Yaxın Şərqlə birləşdirməsi Azərbaycanı etibarlı tərəfdaşa və vacib regional vasitəçiyə çevirir.

ŞƏT qarşısında ölkəmizin üstünlüyü qlobal embarqoların genişləndiyi və ənənəvi təchizat zəncirlərinin qırıldığı dövrdə Bakının ötürücü körpü rolunun artmasıdır. Otuz il əvvəl dünyadan işğala qarşı siyasi qərar və hüquqi dəstək gözləyən dövlət indi təhlükəsizlik ixracatçısı kimi çıxış edir və beynəlxalq sülh platformalarında söz sahibi olur.

ŞƏT xəritəsində böyük Avrasiya coğrafiyasının Qərbə çıxışı üçün vacib arteriyalardan biri məhz Azərbaycandır.

Çindən və Mərkəzi Asiyadan çıxan yük Xəzəri keçərək Azərbaycana, buradan Gürcüstan və Türkiyə vasitəsilə Avropaya gedir. Şimaldan gələn yol Azərbaycan üzərindən İrana, oradan Hind okeanı istiqamətinə uzanır".

Z. Oruc qeyd edib ki, Prezident İlham Əliyev 2025-ci ildə Tianjində keçirilən "ŞƏT Plus" toplantısında Azərbaycanın Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən biri olduğunu xüsusi vurğulayaraq Orta Dəhlizlə 2022-ci ildən bəri ölkəmiz üzərindən yükdaşımaların təxminən 90 faiz artdığını bildirmişdi:

"Ələt limanının illik ötürücülük qabiliyyətinin 15 milyon tondan 25 milyon tona çatdırılması nəzərdə tutulur. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub xətlərinin hər ikisinə böyük infrastruktur sərmayələri yatırır.

Dünya Bankının Orta Dəhlizlə bağlı araşdırmasına görə, 2030-cu ilə qədər yük dövriyyəsinin üç dəfə artırılması və daşınma müddətinin yarıya endirilməsi mümkündür. Bankın hesablamalarında Azərbaycan, Qazaxıstan və Gürcüstan dəhlizin üç əsas dövləti kimi götürülür. Yolun ətrafında yeni istehsal, logistika, liman, enerji və sənaye infrastrukturu yaranır.

ŞƏT məkanının ən böyük üstünlüklərindən biri onun nəhəng coğrafiyasıdır. Əsas problemi isə dünya bazarları ilə yetərincə əlaqələnə bilməməsidir.

Mərkəzi Asiya dövlətlərinin dünya okeanına birbaşa çıxışı yoxdur. Çin Avropaya gedən marşrutlarını şaxələndirməyə çalışır. Rusiya sanksiyalardan sonra alternativ iqtisadi yollar axtarır. İran Şimal-Cənub dəhlizinin genişlənməsində maraqlıdır.

Azərbaycanın 1990-cı illərin məğlubiyyəti üzərində yaradılmış inhisarçı geosiyasi arxitekturanı dəyişməsi və regionu dünyaya açması Zəfərimizin coğrafiyasını genişləndirərək ona yeni strateji tərəfdaşlar qazandırır. Lakin istər ABŞ, istərsə də Çinlə münasibətlərində ölkəmiz heç bir dövlətin forpostuna çevrilmədən əməkdaşlıq, ticarət, mübadilə və qarşılıqlı fayda prinsipini qoruyur".

Deputatın sözlərinə görə, 2024-cü ildə Astana ŞƏT sammiti çərçivəsində Azərbaycanla Çin arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə qəbul edildi. Cəmi doqquz ay sonra, 2025-ci ilin aprelində Prezident İlham Əliyevin Çinə dövlət səfəri zamanı münasibətlər hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəldi:

"Si Cinpinin 2025-ci ildə Tianjində İlham Əliyevə "əziz dostum" deyə müraciət etməsi iki lider arasındakı münasibətin protokol sərhədlərini aşdığını göstərirdi.

Azərbaycan son 30 ildə Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars, Ələt limanı və başqa layihələri dəyişən siyasi gündəmlərdən qoruyaraq uzunmüddətli dövlət strategiyasına çevirib.

Çin "Bir kəmər, bir yol" layihəsində məhz belə tərəfdaşlar axtarır.

Azərbaycan da təşəbbüsü ilk dəstəkləyən dövlətlərdən olub. Son illər Orta Dəhlizin əhəmiyyətinin artmasını Rusiya-Ukrayna müharibəsi ilə izah etmək geniş yayılıb. Lakin Bakı Şərq-Qərb infrastrukturu üzərində Ukrayna müharibəsindən çox əvvəl işləyirdi.

Əvvəlki onilliklərin investisiyaları indi yeni beynəlxalq şəraitdə strateji üstünlüyə çevrilir.

Rusiya üzərindən Şimal marşrutunun siyasi riskləri artıb. İran üzərindən yollar sanksiya və təhlükəsizlik problemləri ilə üzləşir. Süveyş istiqaməti daha uzun dəniz yoludur. Orta Dəhliz isə Çini Qazaxıstan, Xəzər, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya bağlayır.

Azərbaycanın rəsmi nəqliyyat məlumatlarına görə, Çinlə Avropa arasındakı bu xətt təxminən 8-10 min kilometr təşkil edir və yüklərin 12-18 gün ərzində daşınmasına imkan verir.

Azərbaycanın ŞƏT qarşısındakı mövqeyini dəyişdirən ən mühüm hadisə Qarabağ Zəfəridir.

2025-ci ilin avqustunda Vaşinqtonda əldə olunan razılaşmalar Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında yeni nəqliyyat bağlantısının yaradılması üçün tarixi imkanlar açır. Bakı-İrəvan sülhünün perspektivə çevrilməsi ilə Çin və Mərkəzi Asiyadan Xəzər vasitəsilə gələn yüklərin Azərbaycan-Naxçıvan-Türkiyə istiqamətində əlavə çıxış qazanması Cənubi Qafqazın kommunikasiya xəritəsini köklü şəkildə dəyişə bilər.

Prezident Əliyevin Tianjində həmin bağlantını həm Orta Dəhlizin, həm də Şimal-Cənub xəttinin gələcək mühüm hissəsi adlandırması təsadüfi deyildi.

Qarabağ Zəfərinin regional iqtisadi nəticələri artıq görünür. Peşəkar beynəlxalq araşdırmalara görə, yaxın on ildə Orta Dəhliz boyunca üç Qafqaz ölkəsinin birlikdə ÜDM-i 35 faizə qədər arta, yeni iş yerlərinin sayı isə 2 milyona çata bilər.

Otuz il münaqişənin ayırdığı coğrafiya sülhdən sonra Avrasiyanı birləşdirən platformaya çevriləcək.

Ermənistan da barışdan qazanmaq fürsəti əldə edir. İrəvan ərazi iddiaları və blokada siyasətinin yaratdığı qapalı vəziyyətdən çıxaraq Azərbaycan və Türkiyə üzərindən daha böyük iqtisadi məkana çıxa bilər. Sülhün iqtisadi dayağı nə qədər güclü olarsa, yeni müharibələrin də qarşısı bir o qədər alınar.

Bakı ŞƏT-ə yeni iqtisadi-siyasi mərkəzin orbitinə daxil olmaq üçün getmir. Azərbaycan nə KTMT-yə qoşulub, nə Avrasiya İqtisadi İttifaqına, nə NATO üzvlüyünü dövlət strategiyasına çevirib, nə də Avropa İttifaqına daxil olmaq üçün müraciət edib.

Lakin onların hər biri ilə müxtəlif səviyyələrdə əməkdaşlıq edir.

Uzun illər Azərbaycanın xarici siyasəti haqqında sual belə qoyulub: Bakı Qərbə gedir, yoxsa Şərqə?

Coğrafiyası eyni zamanda Rusiya, İran, Türkiyə, Mərkəzi Asiya və Avropa məkanına açılan dövlət üçün belə seçim süni olardı.

Azərbaycanın üstünlüyü müxtəlif siyasi və iqtisadi mərkəzləri öz ərazisində birləşdirmək bacarığındadır.

Türkiyə Azərbaycanın hərbi və siyasi qardaşıdır. Çinlə hərtərəfli tərəfdaşlıq qurulub. Pakistanla münasibətlər strateji müttəfiqlik səviyyəsindədir. Mərkəzi Asiya dövlətləri ilə Xəzərin iki sahili vahid geosiyasi və geoiqtisadi regiona çevrilir. Avropa Azərbaycan qazını alır və Orta Dəhlizin inkişafında maraqlıdır. Rusiya və İran Şimal-Cənub xəttinin tərəfləridir. ABŞ Ermənistanla Azərbaycan arasında sülh prosesinin yeni mərhələsində mühüm siyasi rol oynayır.

Azərbaycan üçün təhlükəsiz xarici siyasət modeli rəqib güc mərkəzlərinin heç birindən birtərəfli asılılığın yaranmamasıdır.

Qarabağ Zəfəri Azərbaycanın siyasi coğrafiyasını dövlət sərhədlərindən qat-qat böyük miqyasda genişləndirib".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://baku.ws
archiveBu xəbər 31 Avqust 2026 18:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see325

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see305

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see286

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see286

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see281

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see276

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see274

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see248

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see236

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see235

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see234

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see232

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see228

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see219

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see215

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see213

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see209

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri