Icma.az
close
up
RU
Sapı özümüzdən olan baltalar ın üzündən... Üzeyir Hacıbəyliyə yetişməyən məktubda nə yazılmışdı?

Sapı özümüzdən olan baltalar ın üzündən... Üzeyir Hacıbəyliyə yetişməyən məktubda nə yazılmışdı?

Kulis.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Kulis.az Aslan Kənanın təqdimatında tarzən Əhmədxan Bakıxanovun Üzeyir Hacıbəyliyə məktubunu təqdim edir.

Vaxtilə arxivdə araşdırma apararkən Azərbaycan milli musiqi mədəniyyətinin qurulmasında və inkişafında əvəzsiz xidməti olmış, dərin muğam bilicisi, böyük bir tarzən nəsli yetişdirən, pedaqoq, xalq çalğı alətləri ansamblın yaradıcısı və bəstəkarı kimi iz qoymuş Əhmədxan Bakıxanovun dahi bəstəkar Üzeyir bəy Hacıbəyliyə yazdığı bir məktub qarşıma çıxdı. Məktubun məzmunundan məlum olur ki, Əhmədxan müəllim çətin durum keçirir və bu çətin durumdan çıxmaq üçün güman yeri hər bir şəxsə köməyini əsirgəməyən bəstəkar Üzeyir bəy Hacıbəyli olur. Həyatının ağır anlarını bəstəkara bildirmək üçün ürək bu məktubu yazmaq qərarına gəlir. Lakin Ə.Bakıxanova məlum deyildi ki, güman yeri bildiyi böyük insan ölüm yatağında son günlərini yaşayır.

Məktubun yazılmasından 9 gün sonra - 23 noyabr 1948-ci ildə “sapı özümüzdən olan” xainlərin, simasızların üzündən Üzeyir bəy dünyasını dəyişir...

Əhmədxan Bakıxanov 1892-ci ildə Bakıda anadan olmuşdu. İlk musiqi təhsilini Əhmədxan Bakıxanov İran Azərbaycanında yaşadığı müddətdə məşhur muğam ustası Əbülhəsən xandan dərs almaqla muğamatın sirlərinə dərindən yiyələnib. 1920-ci ildə Azərbaycanda məlum hadisələrdən sonra Əhmədxan Bakıya köçür və burada musiqi məclislərdə və konsertlərdə çalmaqla yanaşı, müəllimlik də edir. Ə.Bakıxanov milli musiqimizin gözəl sənətkarı olmaqla yanaşı dərin muğam bilicisi, mahir tarzən, xalq çalğı alətləri ansanblının yaradıcısı və bəstəkar kimi musiqi tarixinə düşüb.

Ü.Hacıbəyli ilə tanışlıq Ə.Bakıxanovun yaradıcılığına böyük təsir göstərmişdi. Belə ki Ü.Hacıbəylinin xahişi ilə bir çox muğamlar onun ifasında səslənmişdi. 1929-cu ildən Üzeyir bəy Hacıbəylinin dəvəti ilə Azərbaycan Dövlət Konservatoriyasında, daha sonra Azərbaycan Dövlət Musiqi Məktəbində muğamdan dərs deyib. Əhmədxan Bakıxanovun ifasından bir çox instrumental "Rast", "Şur", "Bayatı-Şiraz", "Segah-Zabul", "Rahab", "Şüştər", "Hümayun", "Şahnaz" muğamları bəstəkar Nəriman Məmmədov tərəfindən nota salınaraq çap olunmuşdur. Ə.Bakıxanov bir çox fəxri ada layiq görülmüşdi.

Ə.Bakıxanov tarı solaxay çalırdı. Bu cür çalmaq çətin olsa da, o, nəinki bacarmış, hətta ifası ilə məşhurlaşmışdı. Azərbaycanın Xalq artisti Teymur Mustafayev mənə danışırdı ki, Əhməd müəllim çox üzüyumuşaq insan imiş. Tələbələri hər dəfə Əhməd müəllimin üzüyumşaqlığından istifadə edib tarını götürüb gedirdilər. Gələcəkdə bu təkrarlanmasın deyə Əhməd müəllim tarı sola çevirir.

Deyildiyinə görə Əhməd Bakıxanov təkcə Azərbaycanda deyil, bütün Şərqdə yeganə solaxay tarzən olmuşdu.

Əhmədxan Bakıxanov 1973-cü ildə vəfat etmişdi.

"Üzeyir bəy!

Familiyası Azərbaycan xalqının azadlıq mübarizəsi ilə ayrılmaz surətdə bağlı olan Azərbaycan xalqının fəxri, böyük alim və maarifçi Abbasqulu ağa Bakıxanova ən yaxın olan bizim ailədən yalnız iki nəfər qalmışdır: Həcər və bacım.

Abbasqulu ağa Bakıxanov 100 il bundan qabaq yazmış və hələ heç kəsə məlum olmayan bir çox əlyazmaları varsa da, məktubları Azərbaycan kəndlərindən polkovnik Bakıxanovun adına yazılsa, bir çox şikayətlər, ərizələr indiyə qədər bizim ev kitabxanasında saxlanmışdır ki, bunlar da xalqımızın tarixi üçün ən qiymətli materialdır. Təəssüf ki, tale bunları mənə çap etdirməyə imkan vermədi.

1942-ci ildən üzərində işləməkdə olduğum və bitməmiş qalan “Odlu diyar” (Strana oqney) adlı operanın sözləri üzərində davam etdirirəm. Həcər ilə o zamanlar bu opera haqqında sizin fikrinizi bilmək üçün hüzurunuza gəlməyə can atırdım. Lakin tez-tez xəstəliyim sonra da belə elə məni sizi görmək arzusunda məhrum etdi.

İndi mənim bütün gələcəyim varlığım, yoxluğum sizdən və yenə sizdən asılıdır. İndi siz mənim həyatıma hakimsiniz. Bəs Sizə, Azərbaycan xalqının ən nəcib oğluna müraciət edərək mənim məsələm haqqında Azərbaycan Sosialist Sovet Respublikası Ali Sovetinin katibi Səftər Cəfərov ilə danışmağınızı, daha doğrusu, mənim bağışlanmağımı danışmanızı çox-çox rica edir və səmimiliyinizi möhkəm sanıram.

Üzeyir bəy!

Mənim yaxın bir adamım olmadığından belə atəş içərisində yanıram. Bütün arzular, ümidlər açmadan solur.

Çox hörmətli Üzeyir bəy!

Gecənin bir yarsında qəlbimdə məhəbbətini gəzdirdiyim Sizə məktub yazmağa cəsarət etdim. Bağışlayın. Göz yaşlarımın şahidi, könlümün atəş ilə yazılmış bu məktub həqiqi olaraq öz taleyindən şikayət edir.
Tutuşdu qəm oduna şad gördüyün könlüm
Aşdı məhbəsi azad gördüyün könlüm.

Artıq bir həqiqətdir ki, dünyanın yaraşığı olan insan öz həqiqi mənasını yalnız Stalin (SSRİ-nin başçısı – A.K.) epoxasında (əsrində – A.K.) ala bilmişdir. Adam sözü yalnız bizim ölkədə böyük vüqar və əzəmətlə səslənir. Sovet adamı bütün dünyanın zəhmət adamları üçün yer üzərində ən xoşbəxt bir adamdır.

Lenin (proletariatın rəhbəri – A.K.) və Stalin həmişə təsadüfi hadisələr nəticəsində dolaşan kadrları cəsarətlə mühafizə etməsi onları ayağa qaldırmışdır.

Əziz Üzeyir bəy!

Mərhəmətli olmaq hər kəs üçün lazımdır. Tarix həmişə mərhəmətli olanları yaşatmışdı. Mərhəmət insanın aynasıdır. Lakin bir çoxlarında mərhəməti yarada biləcək xüsusiyyətlər yoxdur. Şübhəsiz ki, Siz mənim ərizəm ilə tanış olduqda görəcəksiniz ki, mənim ali əsərlərimin yalnız biri vəziyyət nəticəsində baş vermiş cinayətdən nəinki çox-çox ağırdır, bəlkə də çox qiymətlidir.

9 ildən bəri üzərində çalışdığım “Stalinə” və “Şaumyan” əsərləri bitməmiş qaldı.

Həcərlə yalnız son illərdə biz 1941-ci ildə Azərbaycan Dövlət Darülfünün qurtardıqdan sonra biz elmi sahəyə atılmış və 12-ə qədər elmi-tənqidi əsər hazırlamışam.

Əziz Üzeyir bəy!

İndi bildim ki, həyatda ən şirin bir şey varsa o da azadlıq, yenə azadlıq. Bütün həyat, varlıq, insanlıq ondadır. Belə bu saata öz həyatımı Sizə təsir etməyə çətinlik çəkirəm.

Zavallı bacım xəstə olaraq yatır. Bu da mənim üçün ən ağır bir dərd olmuşdur. Heç şübhə yoxdur ki, kimsəsiz qalan bacım əbədi olaraq gözlərini yumacaqdır. Mən də burada məhv olacağam. Budur gəncliyimizin son qərərgahı.

29 yaşına qədər əzab, əziyyət içərisində oxuyub-qurtardıqdan sonra zavallı bacımı sevindirmək mümkün olmadı. Həyat gəncliyimi də çox gördü.

Möhtərəm Üzeyir bəy!

Son arzumu tamam etmək üçün mənə köməklik etmənizi çox-çox rica edirəm.

Böyük minnətdarlıq ilə əlinizi möhkəm sıxıram".

Əhməd Bakıxanov. 14 noyabr 1948-ci il.

Böyük sənətkarın vaxtsız ölümü nəticəsində məktub ünvanına yetişmir.

Sənət dünyasının əfsanələrindən "Mirvari sırğalı qız"... - Onun əsrarəngiz "Mona Liza" ilə oxşarlığı nədir? Diplomlu işsizlər, varlı ustalar - Cəmiyyətin görünməyən təzyiqi Bodrumda “Yüzlər və Yüzsüzlər” sərgisi açıldı
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:77
embedMənbə:https://kulis.az
archiveBu xəbər 11 Sentyabr 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see293

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see269

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see199

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see196

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see182

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see166

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see150

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see144

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see142

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see141

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see140

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see138

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see135

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri