Icma.az
close
up
RU
Sarı Aşığin “Gül dəftəri” kitabı çap olunub

Sarı Aşığin “Gül dəftəri” kitabı çap olunub

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 7 aprel, AZƏRTAC

Cinas bayatılar ustadı kimi tanınan Sarı Aşığın “Gül dəftəri” kitabı üçüncü dəfə çap olunub.

AZƏRTAC xəbər verir ki, şair İlham Qəhrəman tərəfindən toplanılaraq tərtib edilən yeni nəşr AMEA Folklor İnstitutu Elmi şurasının qərarı ilə işıq üzü görüb. Təkmilləşdirilmiş bu topluda Sarı Aşığa məxsus müxtəlif mənbələrdən götürülmüş 1018 bayatı, 8 qoşma (2 təcnis), 33 bayatı-tapmaca və bağlamalar yer alıb. Tərtibçi istifadə etdiyi qaynaqlara tənqidi yanaşıb, çoxsaylı deyim və sözlərə, dini-mifoloji məfhumlara, xüsusi adlara aydınlıq gətirib, cinasları düzgün və anlaşıqlı şəkildə təqdim edib. Sarı Aşığın irsi bu kitabla oxuculara tam şəkildə çatdırılır. Əvvəlki toplulardan fərqli olaraq üçüncü nəşrə Haqq Aşığının iki mənbədən götürülmüş 21 bayatısı əlavə edilib və indiyə qədər cavabsız qalmış bağlama və tapmacaların bir çoxunun açması düzgün qeyd olunub. Eyni zamanda oxucular yeni nəşrdə Sarı Aşıq haqqında el arasında yayılmış rəvayətlərlə də tanış ola biləcəklər.

Kitabın sonunda tərtibçi çətin sözlər üçün “Sözlük” verib. Topludakı bayatılar köhnə ənənə üzrə birinci misranın son hərfinə uyğun olaraq əlifba sırasıyla düzülüb. 288 səhifəlik kitab İlham Qəhrəmanın “Ürək qoyulan kitab” adlı geniş “Ön söz”üylə açılır. Eyni zamanda “Salman Mümtazın xatirəsinə” xüsusi qeydi də tərtibçinin xələflərə olan minnətdarlığının ifadəsi kimi diqqət çəkir.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş nəşrin redaktoru filologiya üzrə fəlsəfə doktoru Məsiağa Məhəmmədi, korrektoru filoloq Nigar İlhamqızıdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Aprel 2026 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see212

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see202

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see199

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see192

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see185

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see182

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see179

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see178

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see175

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see174

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see172

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see169

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see168

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see166

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see165

Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI

03 Oktyabr 2026 04:53see164

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see162

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see162

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see161

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri