Sarkisyanın kürəkəni mühakimə olunacaq Minasyan ağır cinayətlərdə ittiham olunur AzPolitika onlayn siyasiictimai qəzet
Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ermənistanın Vatikandakı keçmiş səfiri, eks-prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyan qiyabi mühakimə olunacaq. Məhkəmə bununla bağlı prokurorun vəsatətini qəbul edib.
Baş Prokurorluğun 24 avqust 2023-cü il tarixli qərarı ilə Minasyana qarşı cinayət yolu ilə əldə edilmiş xüsusilə külli miqdarda əmlakın leqallaşdırılması (çirkli pulların yuyulması) maddəsi ilə cinayət işi başlanıb.
Mikael Minasyan qanunsuz varlanmada, bəyannamədə yalan məlumatlar təqdim etməkdə və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaqda ittiham olunur. O, 2020-ci ilin 23 mart tarixindən axtarışdadır.
Bir neçə ay əvvəl onun barəsində 2018-ci ildə başlanmış cinayət işinin 3 maddəsinə daha 13 maddə əlavə edilməklə yeni cinayət təqibi başlayıb.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 30 Noyabr 2024 11:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















