Sarkisyanın kürəkəni: “Azərbaycanın bütün tələbləri yerinə yetirildi”
Icma.az, Tribuna saytına istinadən bildirir.
“Ermənistan ATƏT-in Minsk Qrupunu ləğv etməklə və Naxçıvana maneəsiz yol verməklə Azərbaycanın bütün tələblərini yerinə yetirdi”.
Tribunainfo.az xəbər verir ki, bunu Ermənistanın sabiq səfiri, keçmiş prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyan deyib.
Onun sözlərinə görə, Paşinyan ABŞ-a Ermənistanın strateji əhəmiyyət kəsb edən ərazisini izah olunmayan və müzakirə olunmayan detallarla verib. “O, “Qarabağı ver, Soyqırımı unut, xoşbəxt və dinc yaşa” qlobalist ideologiyasının qələbəsini təmin etdi”.
Minasyan hesba edir ki, szəifləmiş İran, geri çəkilən Rusiya, dominant Azərbaycan və günü-gündən hegemonluq quran Türkiyə fonunda məğlubiyyət simvolu maksimuma çatıb. “Bu sövdələşmənin ən mühüm cəhətlərindən biri də erməni xalqının baş verənlərə biganə qalması idi”.
Fərda Uğur


