Ukrayna Volodinə “iş kəsdi” Ağır cinayətlərdə ittiham olunur AzPolitika onlayn siyasiictimai qəzet
Ukraynanın Xmelnitski Şəhər Dairə Məhkəməsi Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodini Ukraynanın ərazi bütövlüyünə və toxunulmazlığına qəsd etdiyinə görə 15 il müddətinə(qiyabi) azadlıqdan məhrum edib.
“AzPolitika” xəbər verir ki, Ukrayna prokurorluğunun açıqlamasında belə deyilir.
Məhkəmə Rusiya parlamentinin sədrini Ukraynanın ərazi bütövlüyünə və toxunulmazlığına qəsd etməkdə təqsirli bilib. Ukrayna Cinayət Məcəlləsinin 110-cu maddəsinin 3-cü hissəsinə əsasən, o, əmlakı müsadirə olunmaqla 15 il müddətinə azadlıqdan məhrum edilib.
2022-ci il fevralın 15-də Volodinin sədrliyi ilə Dövlət Dumasının iclasında Vladimir Putinə müvəqqəti işğal olunmuş Donetsk və Luqansk vilayətlərinin “müstəqilliyinin” tanınması xahişi ilə müraciət məsələsinə baxılıb. O cümlədən, Volodin bu məsələnin gündəliyə salınması təşəbbüsü ilə çıxış edib, səsvermənin gedişinə nəzarət edib və müvafiq müraciət üzrə qətnaməni dəstəkləyib.
Həmin il fevralın 22-də Volodin Rusiya Federasiyası ilə “DXR” və “LXR” psevdo-respublikaları arasında “dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilələr”in ratifikasiyasına səs verib ki, bu da rus qoşunlarının Ukraynaya qarşı işğalına formal əsas verib.
“AzPolitika.info”