Icma.az
close
up
RU
Sarkozinin həbsinə Fransa parlamentində sərt reaksiya: millət vəkilləri iki yerə bölünüb

Sarkozinin həbsinə Fransa parlamentində sərt reaksiya: millət vəkilləri iki yerə bölünüb

Azertag saytına istinadən Icma.az xəbər verir.

Paris, 22 oktyabr, AZƏRTAC

Fransanın sabiq Prezidenti Nikola Sarkozi Liviya maliyyələşməsi işi üzrə cinayətkar dəstə ilə əlbir olmaq ittihamı üzrə oktyabrın 21-də Parisdəki “Santé” həbsxanasına yerləşdirilib. Bu, V Respublika tarixində bir ilkdir: indiyə qədər heç bir keçmiş prezident həbs olunmayıb. Hadisə dərhal Milli Assambleyada ciddi rezonans doğurub və millət vəkilləri bu məsələ ilə bağlı fərqli fikirlər bildiriblər.

AZƏRTAC xəbər verir ki, N.Sarkozinin qurucusu olduğu Respublikaçılar Partiyası (Les Républicains) onun həbsini haqsız və ədalətsiz hesab edib. Partiyanın deputatı Mari-Kristin Dalloz sabiq prezidentin həbsxanaya gətirildiyi görüntüləri görəndə sarsıldığını bildirib. "Bu gün mən Nikolya Sarkozini dəstəkləyirəm. Ailəsini və yaxın ətrafını düşünürəm, onlar üçün bu vəziyyət çox ağırdır", - deyə sağçı deputat deyib. O, həmçinin bu iş üzrə aparılan məhkəmə araşdırmasının obyektivliyini şübhə altına alıb və araşdırmanın maliyyə dəyəri ilə bağlı parlament komissiyası yaratmağı təklif edəcəyini bildirib.

Radikal sağçı Milli Birlik Partiyası (RN) da Sarkozinin tərəfindədir. Partiyanın deputatı Sebastyən Şenyü sabiq prezidentə cəsarət arzulayaraq, onun həbs olunmasının Fransa üçün utandırıcı görüntü olduğunu deyib. "Bu, Fransa üçün gözəl bir mənzərə deyil. Hakimlərin keçmiş prezidentə qarşı bu cür davranışı yersizdir", - deyə S.Şemyü bildirib.

Bu arada RN lideri Marin Lö Pen də məhkəmə qərarı ilə üz-üzədir. O, Avropa parlamentində saxta məşğulluq işi üzrə siyasi fəaliyyətə qadağa cəzası alıb və onun da işi hazırda məhkəmə prosesindədir.

Solçu partiyalar isə bu vəziyyəti ədalət sisteminə qarşı "seçici münasibətin" nümunəsi kimi qiymətləndirirlər. “Əyilməz Fransa” (La France insoumise) hərəkatının deputatı Uqo Bernalisis həbsin sağçılar tərəfindən yalnız indi narahatlıq doğurmasına toxunaraq bildirib ki, məsələ özlərindən birinə aid olanda, birdən-birə həbsxana onlara maraqlı gəlir. Müvəqqəti həbs qərarı onları emosional vəziyyətə salıb". O, bu hadisədən istifadə edərək, cəmiyyətə Fransa həbsxanaları haqqında məlumat vermək və həbsxana sisteminin real vəziyyətini göstərmək lazım olduğunu deyib. Deputat, həmçinin qeyd edib ki, Santé həbsxanası normadan iki dəfə artıq məhbus saxlayır, bu isə Fransa penitensiar sisteminin vəziyyətinə dair ciddi suallar doğurur.

Sarkozinin həbsi Fransa siyasi arenasında kəskin bölünmə və qızğın debatlara səbəb olub. Sağçılar və ifrat sağçılar sabiq prezidenti müdafiəsində duraraq qərarı tənqid edirlər. Solçular isə ədalətin hər kəs üçün eyni olduğunu və bu hadisənin hüquq sistemindəki problemləri gündəmə gətirdiyini vurğulayırlar.

Bu hadisə Fransa siyasətində ədalət, bərabərlik və məsuliyyət anlayışlarının necə dəyərləndirilməsi ilə bağlı sualı bir daha aktuallaşdırır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Oktyabr 2025 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri