Şarl Mişel COP29da iştirak edəcək
Icma.az, Sfera.az portalına istinadən məlumatı açıqlayır.
Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün Azərbaycana səfər edəcək.
Sfera.az xəbər verir ki, bunu açıqlamasında Avropa İttifaqı Şurasının prezidentinin mətbuat katibi Yekaterina Kazinqe deyib.
Qeyd edək ki, COP29 bu il noyabrın 11-22-də Bakıda keçiriləcək.

Şarl Mişel COP29da iştirak edəcək
07 Noyabr 2024 15:30

