Şarl Mişeldən COP29 paylaşımı: Kollektiv intihar yerinə...
Publika.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı paylaşımında “ədalətli və inklüziv keçid” üçün çağırış edib.
Publika.az xəbər verir ki, bu barədə belçikalı siyasətçi “X” sosial şəbəkəsində qeyd edib.
“Kollektiv mübarizəmiz ekzistensial önəm daşıyır. Kollektiv intihar yerinə sağ qalma instinktini seçməliyik. Eyni zamanda, ədalətli və inklüziv keçid üçün tədbir görməliyik”, – o yazıb.
O, Avropa icmasının “bu çağırışı qəbul etməyə hazır” olduğunu vurğulayıb.
Xatırladaq ki, noyabrın 10-dan 11-nə keçən gecə Şarl Mişel COP29-da iştirak etmək məqsədilə Azərbaycana səfərə gəlib. Günorta isə Aİ liderinin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü baş tutub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 12 Noyabr 2024 00:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















