Sarri geri qayıtdı
Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Latsio”nun yeni baş məşqçisi müəyyənləşib.
“Qafqazinfo” xəbər verir ki, İtaliya A Seriyası təmsilçisi sabiq çalışdırıcısı Mauritsio Sarrini yenidən bu posta qaytarıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Sarri elə bu gün istefaya göndərilmiş Marko Baronini əvəz edib.

