Tanınmış müğənnidən şok açıqlama: “Mən yadplanetliyəm”
Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rusiyalı müğənni MARGO (Marqarita Ovsyannikova) kamera qarşısında tamaşaçıların diqqətini cəlb etmək üçün istənilən eksperimentə hazır olduğunu bildirib. Onun üçün yeganə keçilməz sərhəd qanundur.
Bizim.Media xəbər verir ki, müğənni bu barədə “Lady Mail” nəşrinə müsahibəsində danışıb.
Ona milyonlarla baxış qazanmaq naminə hansı addımı atmağa razı olmayacağı barədə sual verilib.
MARGO yaradıcı fəaliyyətində özünə, demək olar ki, heç bir qadağa qoymadığını, qanunları pozmadığı təqdirdə istənilən ideyanı həyata keçirə biləcəyini deyib. Bununla belə, effektli görüntülər əldə etmək üçün cinayət törətmək niyyətində olmadığını vurğulayıb.
Sənətçi qeyri-adi davranışlarının əvvəlcədən düşünülmüş səhnə obrazı olması fikrini də rədd edib. O bildirib ki, şəxsi həyatı ilə ictimaiyyətə təqdim etdiyi obraz arasında fərq qoymur və özünü başqa biri kimi göstərmək ona uyğun deyil.
MARGO əlavə edib ki, ətrafındakı insanlar onun qeyri-adi davranışlarında gizli məna axtarmamalıdır.
“Mən sadəcə bir az fərqliyəm, yadplanetliyəm”, – deyə müğənni bildirib.
Müğənni tamaşaçıları onu olduğu kimi qəbul etməyə çağırıb.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 12 Noyabr 2026 11:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















