Icma.az
close
up
RU
Sarsılmaz birliyin tarixi zəfərləri

Sarsılmaz birliyin tarixi zəfərləri

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Azərbaycan–Türkiyə müttəfiqliyinin Şuşa hədəfləri Vaşinqtonda gerçəkləşdi

İki gün bundan əvvəl Bakıda keçirilən yüksək səviyyəli görüş diplomatik protokolun tələbi deyildi. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Türkiyənin xarici işlər nazirinin müavini Ayşe Berris Ekincini qəbul etməsi Vaşinqton sülh sammitində qazanılmış tarixi zəfərin regional arxitekturaya tətbiqinin və Şuşa Bəyannaməsinin strateji dərinliyinin praktiki təzahürü idi. Həmin görüş Ankara–Bakı strateji oxunun regional gələcəyi aktiv şəkildə formalaşdıran aparıcı subyekt olduğunu bütün dünyaya nümayiş etdirdi.

Prosesin əsas təməlini Şuşa Bəyannaməsinin fəlsəfəsi təşkil edir. Azərbaycanın mədəniyyət paytaxtında imzalanmış sənəd münasibətləri müttəfiqlik səviyyəsinə yüksəldən hüquqi çərçivə olmaqla yanaşı, həm də ortaq sivilizasiya kodları üzərində qurulmuş sarsılmaz iradənin manifestidir. Bəyannamənin hərbi-siyasi əməkdaşlığı, xüsusən xarici təhdidlərə qarşı ortaq fəaliyyəti nəzərdə tutan müddəaları Vaşinqton zəfərinə gedən yolun strateji təminatını formalaşdırdı. Məhz Türkiyənin qardaş dəstəyinin hüquqi və siyasi müstəvidə təsbit edilməsi Azərbaycanın diplomatik masada mövqelərini əhəmiyyətli şəkildə gücləndirən, rəqiblərin manevr imkanlarını məhdudlaşdıran əsas amilə çevrildi. Vaşinqtonda əldə edilmiş nailiyyətlər Şuşada qoyulmuş təməllər olmadan təsəvvürə gətirilə bilməz. Bakıdakı müzakirələr zamanı Şuşa Bəyannaməsinin qardaşlıq və dostluq əlaqələrinin təcəssümü kimi vurğulanması onun gələcəyin yol xəritəsi kimi qəbul edildiyini göstərir.

Danışıqların ikinci əsas mövzusu, heç şübhəsiz, Azərbaycanın zəfəri ilə nəticələnmiş Vaşinqton sülh sammitinin yekunları oldu. Nazir Ceyhun Bayramovun prosesin detalları barədə məlumat verməsi qələbənin nəticələrinin müttəfiqlə birgə idarə olunması zərurətindən irəli gəlirdi. Vaşinqton sammiti otuzillik münaqişəni sonlandırmaqla yanaşı, Cənubi Qafqazın geosiyasi xəritəsini dönməz şəkildə dəyişdirdi. Sammitin əsas nəticəsi Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin beynəlxalq səviyyədə qeyd-şərtsiz təsdiqi, işğala son qoyan reallıqların legitimləşdirilməsi və regionda sülhün Azərbaycanın şərtləri əsasında bərqərar olmasıdır. Bu zəfər, eyni zamanda, illərlə fəaliyyətsiz qalmış və münaqişənin dondurulmasına xidmət etmiş ATƏT-in Minsk qrupu kimi vasitəçilik formatlarının fiaskosunu rəsmiləşdirdi. Beləliklə, Azərbaycan–Türkiyə tandemi regionun problemlərinin regional güclər tərəfindən həll edilməsi prinsipini uğurla həyata keçirdi. Bakı görüşü Vaşinqtondan sonra yaranmış yeni status-kvonun möhkəmləndirilməsi, sülh müqaviləsinin müddəalarının tam icrasına nəzarət və Ermənistan tərəfindən hər hansı revanşist cəhdin qarşısının alınması üçün atılacaq sinxron addımların müəyyənləşdirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edirdi.

Görüşün gündəliyi iki dövlətin müttəfiqlik münasibətlərinin çoxşaxəli təbiətini ortaya qoydu. Dövlət liderlərinin təlimatları əsasında siyasi və təhlükəsizlik məsələləri ilə yanaşı, iqtisadi, ticarət, enerji, nəqliyyat və kommunikasiya sahələrində əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə sferasına daxil edildi. Bu, Şuşa Bəyannaməsinin və Vaşinqton zəfərinin yaratdığı əlverişli şəraitdən iqtisadi-ticari dividendlər əldə etmək, sülhü dayanıqlı tərəqqi ilə möhkəmləndirmək strateji xəttinin təzahürüdür. Söhbət, sadəcə, mövcud layihələrin, məsələn, Avropanın enerji təhlükəsizliyində həlledici rol oynayan Cənub Qaz Dəhlizinin genişləndirilməsindən getmir. Proses həm də Zəngəzur dəhlizinin (TRIPP) açılması ilə reallaşacaq Orta Dəhlizin tam potensialının işə salınmasından, Türk dünyasını bir-birinə bağlayan polad magistralların və kommunikasiya xətlərinin çəkilməsindən, Avrasiyanın nəqliyyat və ticarət xəritəsini yenidən cızmaqdan gedir. Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərində Türkiyə şirkətlərinin fəal iştirakı, müdafiə sənayesi sahəsində qurulan birgə müəssisələr, texnoloji transferlər müttəfiqliyin iqtisadi dayaqlarının nə qədər möhkəm olduğunu göstərir.

Müzakirələrdə Azərbaycan və Türkiyənin çoxtərəfli platformalarda, xüsusən ailə ocağı hesab edilən Türk Dövlətləri Təşkilatında (TDT) birgə səylərinin təqdirəlayiq hesab edilməsi Ankara–Bakı xəttinin daha geniş coğrafiyaya təsir imkanlarının təhlilidir. Bu il Qəbələdə keçirilmiş sammit TDT-nin artıq mədəni-mənəvi birlikdən geosiyasi və təhlükəsizlik məsələlərində ortaq mövqe sərgiləyən təsirli quruma transformasiyasını rəsmiləşdirdi. Azərbaycanın Cənubi Qafqazda əldə etdiyi zəfər Türk dünyasının kollektiv gücünün və həmrəyliyinin nələrə qadir olduğunun parlaq nümunəsinə çevrildi. Bakıdakı görüşdə TDT-nin daha da gücləndirilməsi istiqamətindəki əminlik gələcəkdə Mərkəzi Asiyadan Avropaya qədər uzanan geniş coğrafiyada sabitliyin və təhlükəsizliyin təminatında Türk dövlətlərinin artan roluna inamı ifadə edir.

Görüşün üfüqləri təkcə yaxın coğrafiya ilə məhdudlaşmadı. Yaxın Şərq, Qəzza, Suriya və Afrika qitəsindəki proseslər ətrafında fikir mübadiləsinin aparılması Azərbaycan–Türkiyə müttəfiqliyinin qlobal proseslərə biganə qalmadığını, beynəlxalq sülh və sabitliyə töhfə vermək məsuliyyətini dərk etdiyini göstərir. Bu, iki dövlətin xarici siyasət koordinasiyasının miqyasını və onların beynəlxalq münasibətlər sistemində artan çəkisini əks etdirən mühüm göstəricidir. Bu, o deməkdir ki, liderlər səviyyəsində müəyyənləşən strateji hədəflər diplomatik korpuslar səviyyəsində operativ və detallı şəkildə fəaliyyət planlarına çevrilir.

27 oktyabr görüşü Ankara–Bakı müttəfiqliyinin yeni tarixi mərhələdəki strateji hədəflərini və fəaliyyət prinsiplərini aydın şəkildə ortaya qoydu. Şuşa Bəyannaməsinin yaratdığı sarsılmaz təməl üzərində Vaşinqton zəfərinin açdığı yeni imkanlar sayəsində Azərbaycan və Türkiyə təkcə Cənubi Qafqazda sülhün və təhlükəsizliyin qarantı kimi çıxış etmir, eyni zamanda bütün Avrasiya məkanında yeni əməkdaşlıq və tərəqqi arxitekturasının memarları rolunu oynayırlar. Bu tarixi missiya, həm iki qardaş xalqın milli maraqlarına, həm də regional və qlobal sülhün mənafelərinə tam cavab verir.

Ceyhun MƏMMƏDOV, 
Milli Məclisin deputatı

Şübhəsiz ki, Türkiyə xarici işlər nazirinin müavininin Bakıya səfəri rəmzi məna daşımaqla yanaşı, son dərəcə praqmatik zərurətdən irəli gəlir. Vaşinqtonda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan diplomatiyası tarixi zəfərə imza atdı. Bu zəfər 44 günlük Vətən müharibəsində və antiterror tədbirləri nəticəsində əldə edilən hərbi qələbənin məntiqi və qanunauyğun siyasi-hüquqi yekunudur. Lakin biz yaxşı anlayırıq ki, sülhə imza atmaq onu qorumaq qədər asan deyil.

Bütün bu prosesin təməlində isə, sözsüz ki, Ali Baş Komandan İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın polad iradəsi ilə imzalanmış Şuşa Bəyannaməsi dayanır. Həmin Bəyannamə olmasaydı, Vaşinqtondakı nəticə tam fərqli ola bilərdi. Bəyannamə bizim üçün bütün diplomatik cəbhələrdə arxalandığımız tükənməz güc mənbəyidir. İndi əsas vəzifə Vaşinqtonda əldə edilən razılaşmaların, xüsusilə də Zəngəzur dəhlizinin açılması kimi regionun bütün iqtisadi mənzərəsini dəyişəcək layihənin sürətlə həyata keçirilməsidir. Bu, bütün Türk dünyasının, hətta Avropanın və Asiyanın maraqlarına cavab verən mühüm geosiyasi layihədir.

Fərhad MƏMMƏDOV, 
politoloq 

Azərbaycan–Türkiyə ənənəvi siyasi məsləhətləşmələri iki qardaş ölkə arasındakı münasibətlərin dərinləşməsinin və yeni keyfiyyət mərhələsinə qədəm qoymasının bariz göstəricisidir. Türkiyə xarici işlər nazirinin müavininin Azərbaycana səfəri münasibətlərin davamlı inkişafının, qarşılıqlı etimad və strateji əməkdaşlığın təzahürüdür. 44 günlük müharibədən sonra regionda yaranan yeni reallıqların əsas dayaqlarından biri məhz Azərbaycan–Türkiyə birliyidir. Bu müttəfiqlik Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin olunmasında həlledici rol oynayır, regiondakı dəyişikliklərin istiqamətini müəyyənləşdirir.

Azərbaycan–Türkiyə əməkdaşlığı, həmçinin regionu geosiyasi mübarizə meydanına çevirmək istəyən qüvvələrin planlarını puça çıxardı. Şuşa Bəyannaməsi ilə təsdiqlənmiş müttəfiqlik Ermənistan–Azərbaycan sülh prosesi və Ermənistan–Türkiyə münasibətlərinin normallaşması istiqamətində də mühüm sistemləşdirici rol oynadı. Eyni zamanda, bu əməkdaşlığa transregional kontekstdə, yəni Türk Dövlətləri Təşkilatı çərçivəsində baxmaq lazımdır. Təşkilatın iki aparıcı üzvü – Azərbaycan və Türkiyə ali səviyyədə hərbi-siyasi müttəfiqlər kimi digər türk dövlətlərinə nümunədirlər. Bu, Türk dünyasının inteqrasiyasını gücləndirən və təşkilatın təkamülünü sürətləndirən vacib amildir. Azərbaycan və Türkiyə bu gün Yaxın Şərqdən tutmuş Şərqi Aralıq dənizi hövzəsinədək müxtəlif platformalarda birgə fəaliyyət göstərir, qarşılıqlı dəstək nümayiş etdirirlər. Bu siyasətin nəticələri hər iki ölkənin geosiyasi, iqtisadi və texnoloji maraqlarına xidmət edir.

Yusif Şərifzadə
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:130
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Oktyabr 2025 09:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycana hər məhsulu gətirmək mümkün olmayacaq Yeni QAYDALAR

07 Avqust 2026 00:37see534

Donuz zənn edib atəş açdı, atasını öldürdü

07 Avqust 2026 03:09see481

ABŞ nin Səudiyyə Ərəbistanından neft idxalı sıfıra enib

07 Avqust 2026 00:21see451

Korrupsiyaya qarşı komitə rəhbərinin gizli milyonları üzə çıxdı

07 Avqust 2026 02:46see367

Dini və milli tolerantlığın Azərbaycan modeli

07 Avqust 2026 12:23see361

Real Madrid Vinisius Junior ilə müqaviləni uzadıb

07 Avqust 2026 02:09see336

Avropanın 80 dək səhiyyə təşkilatı Aİ ni əhalinin istidən qorunması üçün tədbirlər görməyə çağırıb

06 Avqust 2026 21:40see261

Belçika Qrenlandiyaya qoşun göndərir: Təlimlər başlayır

07 Avqust 2026 14:00see242

Ermənistana səfərlər rusiyalılar üçün təhlükəli ola bilər Matviyenko

07 Avqust 2026 02:00see239

Eboladan ölənlərin sayı 1800 ü keçib

07 Avqust 2026 02:34see224

Azərbaycan “Qlobal Sülh İndeksi”ndə 110 cu yerdə qərarlaşıb Siyahı

07 Avqust 2026 18:16see208

Qurban Qurbanov: “Hava həddindən artıq isti idi...”

07 Avqust 2026 00:31see206

Bu oteldə qalanlar pul ödəmir, bağ işlərinə kömək edirlər (Foto)

08 Avqust 2026 04:05see204

Yeni “Bugatti” belə olacaq Fotolar

07 Avqust 2026 01:42see203

Çeçenistanda seçki marafonu: Kadırov yenidən rəhbər postuna iddialıdır

06 Avqust 2026 21:39see188

Tramp “doğum turizmi”ni qadağan edən sərəncamı imzaladı

07 Avqust 2026 01:28see186

Səbail in yeni İdarə Heyətinin təqdimatı keçirildi FOTOLAR

07 Avqust 2026 22:21see185

Vinisiusdan şok qərar

06 Avqust 2026 22:31see185

Cəlilabadda maşın aşıb Yaralılar var

07 Avqust 2026 01:44see183

Husilərin Səudiyyə Ərəbistanına hücumu nəticəsində 11 mülki şəxs yaralanıb

07 Avqust 2026 02:56see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri