Icma.az
close
up
RU
Sarsılmaz birliyin yeni nümunəsi dövrün tələbi, strateji zərurətdir KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

Sarsılmaz birliyin yeni nümunəsi dövrün tələbi, strateji zərurətdir KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Ulu Öndərimiz Heydər Əliyev sağlığında türkdilli xalqların birliyinə, həmrəyliyinə böyük əhəmiyyət verərək söyləyirdi ki, “Türk dünyasının birliyi bizim tarixi köklərimizdən gələn zərurətdir və biz bu birliyə söykənərək daha güclü, daha nüfuzlu, daha müstəqil ola bilərik”. Azərbaycan Prezidenti cənab İlham Əliyev bu bəşəri, milli ideyalara sadiqliyini bu gün uğurla nümayiş etdirir”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri xüsusilə vurğulayıb ki, 3 oktyabr 2009-cu ildə bilavasitə dövlətimizin rəhbərinin təşəbbüsü ilə Naxçıvanda əsası qoyulan Türk Dövlətləri Təşkilatı hazırda nəinki regionda, dünyada böyük bir gücə çevrilməkdədir.

“Oktyabrın 7-də Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12 Zirvə görüşü bu günün birliyini və amallarını bir daha bütün dünyaya göstərdi. Amalı, məqsədi sülh, təhlükəsizlik, əməkdaşlıq, insan azadlığı, inkişaf olan Təşkilat bu görüşdə də beynəlxalq hüququn normalarına əsaslandığını, dövlətlərin suverenliyinə və müstəqilliyinə, ərazi bütövlüyünə hörmət edildiyini, dünya ölkələri ilə münasibətlərin yaxşılaşdırılmasına böyük önəm verdiyini ortaya qoydu.

Zirvə görüşündə cənab İlham Əliyev yalnız regionda sülh və təhlükəsizliyin təmin edilməsinə münasibət bildirməklə kifayətlənmədi, həm də Türk Dövlətləri Təşkilatının yeni hədəfləri üçün gələcək inkişafa dair strateji hədəflərini – yol xəritəsini müəyyənləşdirdi. Bu, türk dünyasının daha sıx inteqrasiyasıdır, üzv ölkələr arasında ticarət, nəqliyyat, enerji, turizm, təhsil, mədəniyyət, hərbi əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, milli təhlükəsizliyin təmin edilməsidir. Qarşıya qoyulan hədəflərin həyata keçirilməsi , Təşkilatın gələcək inkişafını təmin edəcək mühüm sənədlərin imzalanması türk dövlətləri arasında daha möhkəm və güclü əməkdaşlığın qurulmasına və bu əsasda ölkələrin inkişafına imkan yaradacaqdır.

Öz iqtisadi inkişafı, beynəlxalq nüfuzu, humanizmi, demokratik təsisatlara, ölkələrə dəstəyi ilə seçilən Azərbaycanın Türk Dövlətləri təşkilatına sədrliyə dönəmi bu təşkilatın möhkəmlənməsinə, daha geniş mövqeyə, imkanlara sahib olmasına töhfə verəcəkdir. Türk dövlətlərinin güclənməsi, iqtisadi, müdafiə, təhlükəsizlik mövqelərin möhkəmlənməsi dövrün tələbidir, strateji zərurətdir. XII zirvə görüşü bu baxımdan Türk dövlətləri tarixinə yeni yaddaqalan bir səhifə yazdı”, deyə Tahir Rzayev bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://sia.az
archiveBu xəbər 10 Oktyabr 2025 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see214

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see173

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see170

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see158

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see152

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see147

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see139

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see138

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see135

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see132

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see128

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri