Icma.az
close
up
RU
Azərbaycan Özbəkistan: sarsılmaz dostluq və yüksək etimad əsasında ortaq strateji hədəflərə doğru

Azərbaycan Özbəkistan: sarsılmaz dostluq və yüksək etimad əsasında ortaq strateji hədəflərə doğru

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Mərkəzi Asiya regionu ilə əlaqələrin inkişaf dinamikası həm siyasi münasibətlər kontekstində, həm də geosiyasi, iqtisadi və mədəni müstəvilərdə yeni inteqrasiya modelinin formalaşdığını göstərir. Dövlətimizin başçısının Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi geniş müsahibə bu əməkdaşlığın strateji çərçivəsini aydın şəkildə nümayiş etdirir.

Müsahibədə vurğulanan əsas məqam ondan ibarətdir ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri tarixən bağlı olan ortaq mədəni, mənəvi və etnik irsin daşıyıcılarıdır. Bu birliyi ilk baxışda coğrafi sərhədlər ayırır kimi görünsə də, Xəzər dənizi gerçək mənada birləşdirici funksiyanı yerinə yetirir. Xəzər bu gün sadəcə su hövzəsi deyil, region xalqlarının strateji yaxınlığını, iqtisadi imkanlarını və tarixi əməkdaşlıq ənənəsini bir araya gətirən məkandır. Prezident İlham Əliyev qeyd edib: “Əsrlər boyu qardaş xalqlarımız bir-birinə dərin rəğbət və hörmət bəsləyiblər. Sevindirici haldır ki, dövlətlərarası münasibətlərimiz bu möhkəm təməl üzərində uğurla inkişaf edir”.
Dövlətimizin başçısının Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündə üçüncü dəfə iştirak etməsi əməkdaşlıq xəttinin ardıcıl xarakterini təsdiqləyir. 2023-cü ildə Düşənbə, 2024-cü ildə Astana və növbəti dəfə Daşkənddə keçirilən toplantılar regionun geosiyasi koordinasiyasını gücləndirən başlıca platformaya çevrilib. 7-ci Məşvərət görüşü isə siyasi dialoqdan tutmuş nəqliyyat şəbəkələrinə, rəqəmsal transformasiya və humanitar sahələrədək çoxşaxəli tərəfdaşlığın yeni mərhələsinə təkan verəcək. Özbəkistan müsahibədə qardaş ölkə və etibarlı tərəfdaş kimi xarakterizə olunur. İki xalqın əlaqələrinin təməlində dil, mədəni köklər, etnik yaxınlıq və ortaq tarix dayanır. Bu möhkəm baza dövlətlərarası münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəlməsini təmin edib.
Xüsusi qeyd olunmalıdır ki, iki ölkə lideri arasında formalaşmış şəxsi etimad münasibətlərin indiki yüksək səviyyəsinin əsas amillərindən biridir. Son illər ərzində qarşılıqlı olaraq çoxsaylı səfərlərin baş tutması tərəfdaşlığın dinamikasını aydın göstərir. Bu tarixi səfərlər zamanı onlarla mühüm sənəd, o cümlədən Strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə, Müttəfiqlik münasibətləri haqqında Müqavilə, “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilənin həyata keçirilməsi üzrə 2025-2029-cu illər üçün “Yol Xəritəsi” və digərləri iki ölkə arasında hüquqi çərçivəni daha da gücləndirib. Özbəkistanın Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləməsi, azad edilmiş Füzulidə Mirzə Uluqbəy adına məktəbin inşası isə qardaşlığın rəmzi ifadəsi kimi minnətdarlıqla qeyd olunur.
İki ölkə arasında təsis edilmiş Ali Dövlətlərarası Şura münasibətlərin uzunmüddətli inkişaf strategiyasını müəyyənləşdirən yüksək mexanizm kimi çıxış edir. Daşkənd və Bakı iclasları iki ölkənin qarşılıqlı fəaliyyətini daha sistemli və planlaşdırılmış əsasda həyata keçirməyə imkan verib. Bu Şura gələcək əməkdaşlıq istiqamətlərini dəqiqləşdirən çərçivə kimi xüsusilə vacib rol oynayır.
Müttəfiqliyin əsas dayaqlarından biri şaxələndirilmiş logistika və tranzit imkanlarının inkişafıdır. Hər iki ölkə Orta Dəhliz Beynəlxalq Nəqliyyat Marşrutunun əsas aktorlarıdır və bu marşrut üzrə artan yüklərin daşınması regionun geostrateji çəkisini artırır. Ötən il tranzit daşımaların 18 faiz artaraq 1,3 milyon tonu keçməsi iqtisadi əməkdaşlığın real nəticəsidir. Cari ilin ilk doqquz ayında həmin göstərici bir milyona yaxınlaşıb ki, bu da sabit və dinamik inkişafı təsdiqləyir. Ələt Beynəlxalq Ticarət Limanı, müasir ticarət donanması, Bakı–Tbilisi–Qars xətti və doqquz beynəlxalq hava limanından ibarət infrastruktur Azərbaycanın region üçün əsas tranzit mərkəzinə çevrilməsinin əsasını təşkil edir. Gələcəkdə Zəngəzur dəhlizinin açılması isə Mərkəzi Asiya ölkələri üçün əlavə strateji üstünlüklər yaradacaq.
Enerji sektoru münasibətlərin digər prioritet istiqamətidir, SOCAR-ın Özbəkistana neft və neft-kimya məhsullarının ixracı, “Neftegaztexnologiya” birgə müəssisəsinin uzun illərdir uğurla fəaliyyəti əməkdaşlığın praktiki tərəfini formalaşdırır. Ötən il Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında enerji sistemlərinin inteqrasiyasına yönəlmiş sənədlərin imzalanması isə yaşıl enerji sahəsində regional sinerjinin əsasını qoyur. Bu amil təkcə bərpaolunan enerjinin inkişafına deyil, həm də Orta Dəhlizin enerji ölçüsündə yeni imkanlarının açılmasına xidmət edir.
Müsahibədə son illərdə iki qardaş ölkənin əldə etdiyi dinamika, həyata keçirilən geniş islahatlar və ölkənin beynəlxalq nüfuzunun artması yüksək dəyərləndirilir. Bütün bu nailiyyətlər qardaş ölkə liderinin düşünülmüş və ardıcıl siyasətinin məntiqi nəticəsi kimi dəyərləndirilir.
Dövlətimizin başçısının UzA agentliyinə müsahibəsi həm Mərkəzi Asiya ilə əlaqələrin strateji konturlarını müəyyənləşdirən konseptual sənəd, həm də iki ölkə arasında mövcud əməkdaşlığın təqdimatı kimi xarakteri olunur. Region xalqlarını birləşdirən tarixi köklər, siyasi etimad, tranzit və enerji imkanları, humanitar və mədəni əməkdaşlıq gələcək regional inteqrasiyanın əsas dayaqlarıdır. Azərbaycan və Özbəkistan arasında formalaşmış yüksək səviyyəli müttəfiqlik isə Mərkəzi Asiyada yeni əməkdaşlıq modelinin məhz dostluq, qarşılıqlı dəstək və etimad üzərində qurulduğunu bir daha təsdiqləyir.

Asif Əsgərov
Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 Noyabr 2025 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see278

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see215

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see205

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see190

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see179

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see166

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see157

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see154

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see154

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see150

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see148

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see146

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see145

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see144

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see141

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see141

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see138

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri