Icma.az
close
up
RU
SAT imtahanlarında şok iddialar: saxtakarlıq harada baş verir? AÇIQLAMA

SAT imtahanlarında şok iddialar: saxtakarlıq harada baş verir? AÇIQLAMA

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Dövlət İmtahan Mərkəzinin sədri (DİM) Məleykə Abbaszadə bildirib ki, SAT imtahanında çoxlu saxtakarlıq hallarına rast gəlinir.

Təhsil eksperti Ramin Nurəliyev Redaktor.az-a açıqlamasında qeyd etdi ki, Məleykə xanımın haqlı olduğu tərəflər var:

"Hazırda SAT imtahanları dövlətlərin müxtəlif qurumları tərəfindən həyata keçirilir. Azərbaycanda bunu Dövlət İmtahan Mərkəzi (DİM) həyata keçirir. DİM-in təşkil etdiyi SAT imtahanlarında ciddi problem olmur, hər şey qanuni şəkildə həyata keçirilir. Yəni bu, birmənalı olaraq belədir. Çünki DİM-in keçirdiyi imtahanlardakı şəffaflıq hər şeyin üstündədir. Əsas diqqət olunacaq məqam da məhz şəffaflıqdır və DİM-in keçirdiyi SAT imtahanlarında hər hansı saxtakarlıqdan söhbət gedə bilməz. Amma bəzən bəzi insanlar, valideynlər fərqli yerlərdə SAT imtahanının keçirilməsinə təşəbbüs göstərirlər və bir neçə halda burada ciddi narahatlıqlar, problemlər formalaşa bilir. Hətta saxtakarlıqla bağlı ciddi hallar da ortaya çıxır. Məleykə xanım çox düzgün qeyd edir. SAT imtahanı riyaziyyat, məntiq və ingilis dili üzrə həyata keçirilir. SAT imtahanının riyaziyyat proqramı isə DİM-in buraxılış imtahanı proqramından daha ağır və çətindir".

Həmsöhbətimiz vurğuladı ki, fərqli ölkələrdə SAT imtahanlarında müəyyən təşkilatlar tərəfindən saxtakarlıq halları əvvəlki illərdə çox olub:

"Xüsusilə MDB məkanında olan bəzi ölkələrdə buna yol verilirdi. Bizdə SAT imtahanı ilə əsasən ADA Universiteti tələbə qəbul edir və SAT imtahanını DİM keçirdiyinə görə burada ciddi problem olmur. Yəni əsas yük DİM-in üzərindədir. Əvvəlki illərdə DİM-dən əvvəl SAT imtahanları Azərbaycanda keçirilərkən də müxtəlif təşkilatlar tərəfindən, Məleykə xanımın dili ilə desək, müəyyən saxtakarlıq hallarının şahidi olmuşduq. DİM-in nəzarətində olduğu vaxtdan isə bu şəffaflıq həqiqətən də ciddi şəkildə qorunur.

Amma valideynlər uşaqlarının başqa ölkələrdə — Gürcüstanda və digər ölkələrdə — SAT imtahanında iştirak etməsinə çalışırlar. Orada da müəyyən məbləğ qarşılığında müxtəlif təşkilatlar saxtakarlığa yol verirlər. Məsələn, bir şəxsin yerinə başqa şəxsin imtahana salınması, kənardan imtahana ümumi müdaxilə halları olur. Hətta bir neçə dəfə bunun şahidi olmuşduq ki, texnologiyanın imkanlarından istifadə edərək saxta SAT nəticə sənədi alanlar da olub. Azərbaycanda son dövrlərdə imtahanlar DİM-in nəzarətinə keçəndən sonra bu hallar aradan qalxıb. Amma başqa ölkələrdə SAT imtahanında iştirak edənlərdə müəyyən problemlər ortaya çıxır. SAT nəticəsinin buraxılış imtahanının riyaziyyat nəticəsi ilə müqayisədə ciddi fərq göstərməsi istər-istəməz insanlarda saxtakarlıq şübhəsi yaradır.

Azərbaycanda SAT imtahanının DİM tərəfindən keçirilməsində heç bir problemin olmadığını bilirəm. Hesab edirəm ki, hər kəsin bu istiqamətdə DİM-in təşkil etdiyi SAT imtahanında iştirak etməsi daha doğru olar. Çünki şəffaflığın qorunmasını istəyənlər üçün ən doğru seçim məhz budur".

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 15 May 2026 21:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see373

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see358

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see317

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see283

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see271

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see231

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see223

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see220

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see218

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see196

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see195

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see187

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see186

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see185

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see184

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see180

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see180

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see179

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see170

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri