Icma.az
close
up
RU
SAT imtahanlarının saxtalaşdırılması ilə bağlı qalmaqallı iddialar

SAT imtahanlarının saxtalaşdırılması ilə bağlı qalmaqallı iddialar

Icma.az, Axsham.az saytına istinadən bildirir.

Artıq bir neçə gündür ki, sosial şəbəkədə SAT imtahanları ilə bağlı qalmaqallı paylaşımlar davam edir. Belə ki, bir çox valideyn övladının yüksək bal toplamasına baxmayaraq universitetə qəbul ola bilmədiyini deyib. İddia edilib ki, imtahan sualları əvvəlcədən satılıb.

Axşam.az xəbər verir ki, ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova bununla bağlı paylaşım edib. O bildirib ki, SAT imtahanlarında saxtakarlıq olunduğu şübhəsi var:

"Bu il Azərbaycanda yüzlərlə 17 yaşlı gəncin haqqı pozulub. 11 il əvvəl məktəb həyatına başlayan, bu gün isə ADA Universiteti kimi nüfuzlu ali təhsil müəssisələrinə hazırlaşan gənclər, ciddi əmək və real biliklərlə qazandıqları yüksək SAT nəticələrinə baxmayaraq, təhsil aldıqları kurslarda 1300–1370 aralığında bal toplamalarına rəğmən universitetə qəbul ola bilməyiblər. Səbəb isə sual doğurur: Azərbaycanda birdən-birə 1500 və hətta 1600 bal toplayan abituriyentlərin çoxalması.

Bu, ABŞ kimi SAT imtahanının doğma vətənində belə nadir rast gəlinən nəticələrdir. Və bu qədər yüksək nəticələrin Azərbaycanda bu qədər sıxlıqla görünməsi sual doğurur, doğrudanmı bu nəticələr realdır? Əlbəttə, burada ADA Universitetini ittiham etmək əsassız olardı. Universitet mövcud rəsmi nəticələrə əsaslanaraq qəbul həyata keçirir.

Lakin problemin kökündə duran sual dəyişmir, bu nəticələrə necə və hansı yollarla nail olunub? Valideynlər nə deyir? Son günlərdə sosial şəbəkələrdə bir çox valideyn bu məsələyə etirazını bildirib və ehtimallar səsləndirir. Onların dediyinə görə, bəzi gənclər SAT imtahanlarına tamamilə real və halal şəkildə hazırlaşsalar da, hansısa gizli mexanizmlə daha yüksək bal toplayan namizədlər önə çıxır və onların haqqı tapdanır. Maraqlısı budur ki, bu narazılıqlar təkcə emosional etirazlarla məhdudlaşmır. İddialar var ki, artıq bu sistemə texnoloji müdaxilə olunmağa başlanılıb".

Q.Ataşova imtahanlarda saxtakarlığa yol verildiyinin olduğunu iddia edib:

"Şərhlərdə yer alan məlumata görə, bəzi şəxslər imtahan salonuna kiçik və aşkar edilməyən texniki cihazlarla daxil olurlar. İmtahan başlamazdan əvvəl tələb olunan təhlükəsizlik kodları bu cihazlar vasitəsilə ötürülür və uzaqdan kimlərsə həmin şəxsin hesabına girərək imtahanı yerinə yetirir. Daha da maraqlısı eyni ad-soyadla bir binada 5–6 nəfər qeydiyyatdan keçirilir və suallar saxta SAT hesablarında cavablandırılır. Sistem isə bu oxşar adları fərqləndirə bilmir, nəticədə real imtahanı verməyən, lakin texniki müdaxilə ilə nəticə əldə edən şəxslər yüksək bal toplayaraq qəbul olunur. 

Başqa bir ehtimala görə isə imtahan nəticələrini yoxlayan əməkdaşların şəxsi hesablarına müdaxilə edilməklə nəticələr sonradan dəyişdirilə bilər. Əgər bu, doğrudursa, artıq məsələ təkcə imtahan saxtakarlığı deyil, həm də kibertəhlükəsizlik və milli təhlükəsizlik məsələsidir. Bu, sadəcə təhsil problemi deyil. Bu cür halların mövcudluğu təkcə bir qrup gəncin universitetə qəbul hüququnun pozulması ilə yekunlaşmır. Bu, gələcəkdə daha ciddi təhlükələrə yol aça bilər. Əgər bu gün bu tip texnoloji vasitələrlə təhsil sisteminə müdaxilə edilə bilirsə, sabah seçki sistemlərinə də müdaxilə edilə bilər. Araşdırılmalı olan zəncir bu olmalıdır düşünürəm.

Kökünü anlamaq üçün SAT imtahanını təşkil edən şirkətlər, bu imtahana hazırlıq verən tədris mərkəzləri və onlarla əməkdaşlıq edən İT şirkətləri xüsusi diqqət mərkəzində olmalıdır. İmtahanların keçirildiyi mərkəzlər, nəzarətçilər, məktəb rəhbərləri və onların işlədiyi IT şirkətləri və əməkdaşları. Burada texnoloji imkanlardan istifadə edilərək “ağıllı saxtakarlıqların” edildiyinə dair mütləq ciddi ipucları mövcuddur. Yüksək bal toplayan şəxslər əgər bu nəticəni real biliklə qazanıblarsa, onlar istənilən halda bunu sübut edə bilərlər. Universitet daxilində bu şəxslərin təkrar imtahana çəkilməsi bu suallara aydınlıq gətirə bilər. Əgər bir şəxs 1600 bal toplayıbsa, ingilis dilində sərbəst danışmalı, riyaziyyat suallarını məntiqi şəkildə izah edə bilməlidir. Əgər bu il 17 yaşlı bir gəncin haqqı pozularsa və buna susularsa, gələn il daha böyük haqsızlıqlar baş verə bilər.

Bu gün təhsildə baş verən kibersaxtakarlığın qarşısı alınmasa, sabah daha təhlükəli sahələrə sirayət edə bilər. Bu gün məsələyə müdaxilə edilməli, təhsil sahəsində şəffaflıq bərpa olunmalı, gənclərin hüquqları qorunmalıdır. Bu, yalnız bir nəsli deyil, bütün cəmiyyətin gələcəyini qorumaq deməkdir. Bu il SAT üçün hazırlaşan və zərərçəkənlər prokurorluq orqanlarına baş vurun. Şübhələrinizi ora deyin".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://axsam.az
archiveBu xəbər 31 İyul 2025 23:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see370

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see358

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see279

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see269

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see258

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see246

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see239

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see234

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see229

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see222

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see213

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see212

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see204

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see192

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see191

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see186

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see183

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see175

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see172

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri