Icma.az
close
up
RU
“Satellite Evolution”: Azərbaycan kosmosu müşahidə edən ölkədən kosmik tədqiqatları formalaşdıran ölkəyə çevrilib

“Satellite Evolution”: Azərbaycan kosmosu müşahidə edən ölkədən kosmik tədqiqatları formalaşdıran ölkəyə çevrilib

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 24 oktyabr, AZƏRTAC

Nüfuzlu beynəlxalq “Satellite Evolution” nəşri Azərbaycan Respublikasının Kosmik Agentliyi — “Azərkosmos”un Yer səthinin müşahidəsi və sosial-iqtisadi inkişafı dəstəkləyən peyk həllərinin tətbiqi sahəsində 10 illik fəaliyyətinə həsr olunmuş məqalə dərc edib.

AZƏRTAC xəbər verir ki, məqalədə “Azərkosmos” tərəfindən “Kosmosdan gələn imkanlar: Kosmik müşahidəmizin sosial-iqtisadi inkişafa töhfəsinin 10 ili” tədbirinin yüksək səviyyədə təşkil olunduğu vurğulanır.

“Satellite Evolution” vurğulayıb ki, tədbir dövlət qurumlarını, biznesi, elmi dairələri və media nümayəndələrini bir araya gətirərək Yer müşahidəsi texnologiyalarının məlumatları real həllərə çevirdiyini nümayiş etdirib – bu da dövlət və özəl sektora daha çevik, effektiv və dayanıqlı qərarlar qəbul etməyə imkan yaradır.

Nəşr xüsusilə “Peyk xidmətləri Azərbaycanın inkişafına necə töhfə verir” adlı sessiyaya diqqət çəkib. Burada Azərbaycanın ilk yüksək dəqiqlikli müşahidə peyki “Azersky” vasitəsilə əldə olunan məlumatların praktiki tətbiq nümunələri təqdim olunub. Fəaliyyəti dövründə “Azersky” 80 mindən çox yüksək dəqiqlikli təsvir arxivi yaradıb. Bu məlumatlar bir sıra sahələrdə geniş istifadə olunur: kənd təsərrüfatı – əkin planlamasının optimallaşdırılması və məhsuldarlığın monitorinqi; ekologiya və iqlim – meşələrin qırılması, torpaq deqradasiyası və çirklənmənin izlənməsi; şəhərsalma – ağıllı şəhərlər və infrastruktur layihələrinin dəstəklənməsi; su və torpaq idarəçiliyi – təbii resursların qiymətləndirilməsi və səmərəli istifadəsi.

Nəşr qeyd edir ki, “Azərkosmos” artıq tam peyk ekosistemi formalaşdırır. Agentlik öz Coğrafi İnformasiya Sistemi (CİS) Mərkəzi vasitəsilə təxminən 1000 yerli və beynəlxalq layihəyə dəstək göstərib.

“Satellite Evolution” həmçinin bildirir ki, hazırda “Azersky-2” adlı növbəti nəsil peykin hazırlanması üzərində işlər aparılır. Bu layihə Azərbaycanın kosmik texnologiyalar sahəsində imkanlarını daha da gücləndirəcək.

Nəşrin fikrincə, “Azərkosmos” artıq qlobal səviyyədə etibarlı peyk xidmətləri təminatçısı kimi tanınır və Azərbaycan kosmosu sadəcə müşahidə edən deyil, fəal şəkildə onun tədqiqatlarını formalaşdıran ölkəyə çevrilib.

“Azərkosmos bütün dünyadan tərəfdaşları kosmosun açdığı sonsuz imkanları birgə kəşf etməyə dəvət edir”, - deyə “Satellite Evolution” vurğulayır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:184
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Oktyabr 2025 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri